DİN-dən saxta COVID-19 pasportu alanlara SƏRT XƏBƏRDARLIQ - VİDEO
"Saxta COVID-19 pasportu satanla yanaşı, o sənədi alan və istifadə edən şəxs də cinayət məsuliyyəti daşıyır. Vətəndaşın bu sənədi almaq üçün verdiyi rüşvət maddəyə tövsif edilə bilər. Bu, istintaq hərəkətləri ilə əlaqəli məsələdir".
Bunu "ARB 24"ün "Gündəm" verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev deyib.
O bildirib ki, Cinayət Məcəlləsinin 320-ci maddəsinə əsasən, saxta sənəd hazırlamaq və istifadə etmək məsuliyyət yaradır:
"Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və qanunsuz hazırlama, bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının digər sənədlərini satma 3 min manatdan 6 min manatadək cərimə və iki ilədək müddətdə islah işləri və ya iki ilədək müddətdə azadlıqdan mərhum etmə cəzası ilə cəzalandırılır. Bu məcəllənin göstərilən digər normasında vurğulanır ki, bu saxta sənədləri bilə-bilə istifadə etmək daha ağır cəzadır. Saxta COVID-19 pasportu alan vətəndaş bilir ki, onun bu sənədi saxtadır. Burada artıq ehtiyatsızlıq yox, qəsd var. Şüurlu şəkildə müəyyən vəsait ödəməklə alırlar və onların bu əməli qiymətləndirilib daha ağır formada cəzalandırıla bilər. Bu tədbirlərin geniş miqyasda davam etdirilməsi, vətəndaşlardan bu barədə daxil olan siqnalların yoxlanılması daxili işlər orqanları ilə birlikdə Baş Prokurorluq tərəfindən davam etdirilir. Bu əməlləri törədən şəxslərin hər biri barəsində Cinayət-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq qətimkan tədbirləri seçilir".
E. Hacıyev onu da qeyd edib ki, saxta COVID-19 pasportu istifadə edən şəxs digərlərini koronavirusa yoluxdurarsa və ölümünə səbəb olarsa, Cinayət Məcəlləsinin digər, yəni 139.1-ci maddəsi ilə məsuliyyətə cəlb oluna bilər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi