Birinci sinfə gedən şəhid övladları - FOTO
Bu gündən Azərbaycanda məktəblər açılıb.
Oxu.Az-ın məlumatına görə, bu il ölkə üzrə təhsil müəssisələrində əyani tədris karantin rejiminə əsasən, l-IV siniflər üzrə 22 sentyabr tarixindən, V-XI siniflər üzrə və ali təhsil müəssisələrində isə 29 sentyabr tarixindən başlayır.
Məktəbə gedənlər arasında 44 günlük Vətən müharibəsində canından keçən şəhidlərimizin övladları da var.
Şəhid Aqil Məlikovun övladı Süleyman Məlikov bu il birinci sinfə gedir. Qeyd edək ki, A.Məlikov ötən il Füzuli rayonu uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
O, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "İgidliyə görə" medalları ilə təltif edilib.
Vətən müharibəsində şəhid olmuş Zahir Mehdiyevin oğlu Samir Mehdiyev də birinci sinfə gedir.
Zahir Mehdiyev noyabrın 1-də Murovdağ döyüşləri zamanı şəhid olub. O, "Vətən uğrunda" medalı ilə təltif edilib.
Qəhrəmanımız Elgün Əzizovun oğlu Məhəmməd Əzizov da məktəbə ilk qədəmini qoyur.
E.Əzizov "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Eyni zamanda, Vətən müharibəsində şəhid olan leytenant Nurlan Həsənovun qızı Nurgül bu il birinci sinfə gedir.
N.Həsənov "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhid Məmmədhəsən Sadıqlının övladı Uğur da birinci sinfə gedib.
O, "Şuşanın azad olunmasına görə" və "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.

Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2019 Tarix: 22 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
"Əmək bazarında qısamüddətli əmək müqavilələrinin, natamam iş vaxtı rejiminin və ayrı-ayrı sahələrdə çevik məşğulluq formalarının mövcudluğu minimum əməkhaqqına yanaşmanın təkmilləşdirilməsini zəruri edir". "Qafqazinfo" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirini
11 noyabrSabah bu ərazilər üzrə pensiyalar ödəniləcək
Noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzr
12 noyabrGeneral Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabrYerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrƏməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca
12 noyabr