Şəhid Ruslanın anası oğlunun ili çıxmadan vəfat etdi - FOTO
Vətən müharibəsi şəhidinin anası vəfat edib.
Sonxeber.az-ın verdiyi məlumata görə, 44 günlük Vətən müharibəsi iştirakçısı, maxe Ruslan İmanquliyevin anası Səfərova Ramiyya xanım dünən dünyasını dəyişib.
51 yaşlı ana yeganə övladının şəhidliyinin bir ili tamam olmadan, dünən, yəni sentyabrın 22-də yaşadığı evdə həyata gözlərini yumub. Onun ölüm səbəbi hələ məlum deyil.
Qeyd edək ki, şəhid Ruslan Natiq oğlu 14 mart 1996-ci il tarixində Sumqayıt şəhərində anadan olub. O, müharibə başlamadan 3 ay öncə, 17 iyun 2020-ci il tarixində Fərzəliyeva Elvina Eldar qızı ilə ailə hayatı qurub. Təəssüf ki, gənc ailənin səadati uzun çəkməyib. Müharibə başlayandan ön cəbhədə vuruşan Ruslan 2020-ci ilin oktyabr ayının 2-də Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub, 3 oktyabrda isə Sumqayıt Şəhidlər Xiyabanında dəfn edilib.
2015-ci ilin iyun ayında həqiqi hərbi xidmətə çağırılan Ruslan 2017-ci ilin yanvar ayınadək Şəmkir rayon Dallar qəsəbəsində DSX-nin "N" saylı hərbi hissəsində, Çevik Alay Taborunda xidmət edib. Qəlbində olan Vətən sevgisi onu yenidən 2019-cu ilin dekabr ayında Azərbaycan Silahlı Qüvvələrinin sıralarına qayıtmağa sövq edib. O, işlədiyi müddətdə müxtəlif hərbi təlimlərdə aktiv iştirak edib.
Qeyd edək ki, eyni binada 2 qonşu şəhidlik zirvəsinə ucalıb. Binanın girişinə hər iki şəhidin xatirə fotosu vurulub.







Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 7104 Tarix: 23 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabrAstarada mikroavtobus aşdı: 10-a qədər yaralı var
Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb
11 noyabrLənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi
Lənkəran rayonunda kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıblar. xəbər verir ki, rayonun Osaküçə kənd sakinləri olan bir ailə səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət ediblər. Göstərilən tibbi yardımlardan sonr
12 noyabrBakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin aşmasının anbaan görüntüləri yayılıb. -ın həmin görüntüləi təqdim edir. 12:58. Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşə
11 noyabr