Azərbaycanda ali təhsil neçəyədir? —​ QİYMƏTLƏR

Azərbaycanda ali təhsil neçəyədir? —​ QİYMƏTLƏR"Azərbaycanın 51 ali təhsil müəssisəsində 186 min tələbə təhsil alır. 2018-ci ilə qədər tələbələrin 31 faizi ödənişsiz, qalan 69 faizi isə ödənişli əsaslarla oxuyurdu. Amma ölkə başçısının 2019-2020-ci ildə imzaladığı müvafiq sərəncamlarla ali təhsil müəssisələrinin plan yerlərinin 50 faizi – rəqəmlərlə desək, 21 min 600 plan yeri dövlət sifarişli müəyyən olundu. Bu gün ali təhsil müəssisələrində təhsil alan hər iki nəfərdən biri ödənişsiz oxuyur".

Bunu Modern.az-a Azərbaycanın ali təhsil müəssisələrində tələb edilən təhsil haqqı ilə təklif edilən təhsilin keyfiyyət uyğunluğunu müqayisə edən təhsil eksperti Kamran Əsədov deyib.

O bildirib ki, Azərbaycanda təhsil haqqının ən yüksək olduğu ali təhsil ocağı ADA universitetidir:

"Burada təhsil haqqı 6000-6500 manatdır. Təhsil haqqının yüksək olmasına görə ikinci yerdə Xəzər universiteti qərarlaşıb. Bu özəl ali təhsil ocağı 4000-5000 manat civarında təhsil haqqı tələb edir.

Təhsil haqqının ən yüksək olduğu dövlət universiteti isə Azərbaycan Tibb Universitetidir. Burada təhsil haqqı 4000-4500 manat olaraq müəyyənləşib. Bakı Dövlət Universitetinin hüquq ixtisası da ən yüksək təhsil haqqı tələb edən ixtisasdır. Burada təhsil almaq istəyən tələbə illik 4000-4500 manatından keçməlidir.

Ən ucuz ixtisaslar isə dövlət universitetlərindən biri olan Azərbaycan Dillər Universitetindədir. Burada bir neçə ixtisas var ki, təhsil haqqı digər ali məktəblərə nisbətdə daha aşağı müəyyən edilib. Həmçinin təhsil haqqının aşağı olmasına görə bölgələrin universitetləri də diqqəti cəlb edir.

Özəl ali məktəblər arasında Xəzər universitetindən sonra ən yüksək təhsil haqqı Qərbi Kaspi universitetindədir. Burada 3000-3500 manat təhsil haqqı müəyyən edilib. Azərbaycan Universitetində isə illik təhsil haqqı 2500-3000 manatdır.

Bakı Dövlət Universitetinin hüquq ixtisasından sonra ən çox təhsil haqqı tələb edən Beynəlxalq Münasibətlər ixtisasıdır ki, illik 3000 manat tələb olunur. Ali məktəblərin ixtisasları arasında illik ödənişi 1000-1500 manat olanlar da var, amma ortalama rəqəm 2000-2500 arasında dəyişir".

Təhsil eksperti hesab edir ki, heç də bütün universitetlər aldıqları ödənişin müqabilində keyfiyyətli təhsil verə bilmirlər:

"Biz bunu əmək bazarında da görürük. Ali təhsil alan şəxslərin yalnız 42 faizi öz ixtisası üzrə işləyə bilir. Bu o deməkdir ki, onların keyfiyyət göstəricisi 50 faizdən azdır.

Təhsil Nazirliyinin həyata keçirdiyi müəllimlərin işə qəbul imtahanında pedaqoji ixtisasları bitirənlər iştirak edirlər və nəticələri kifayət qədər aşağıdır. Dövlət qulluğuna qəbulda da ürəkaçan nəticələrin olmaması təhsil alanların ödənilən təhsil haqqına uyğun keyfiyyətli təhsillə təmin olunmadığını aşkar göstərir.

Ali təhsil müəssisələri əmək bazarının tələblərinə, müasir standartlara cavab verən kadr hazırlamırlar. Ali məktəbi bitirən kadrı işəgötürənlər ondan elə bilik və bacarıqlar tələb edirlər ki, ali məktəblər bunu öyrətməyiblər. Hesab edirəm ki, universitetlər bu məsələyə diqqət etməli, əmək bazarının tələblərinə uyğun tədris proqramı qurmalıdır.

Universitetlərin maddi texniki bazası, elektron kitabxanaları, laboratoriyaları çox aşağı səviyyədədir. Qeyd etdiyim kimi, alınan təhsil haqqının müqabilində göstərilən xidmət ürəkaçan deyil".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2137   Tarix: 23 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Evdə halı pisləşən 25 yaşlı qız öldü

Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay

12 noyabr
.

Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd

12 noyabr
.

Mənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA

Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında

12 noyabr
.

Maşında musiqiyə qulaq asanlar cərimələnəcək

Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd

12 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr
.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş (FOTO)

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyət

12 noyabr
.

Teymur Musayevə yeni vəzifə verildi

Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib. "Qafqazinfo" xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev təyin olunub. Qeyd edək ki, bu təyinatadək Nazirlə

12 noyabr