COVİD pasportlarının saxtalığını yoxlayan cihaz gətiriləcək? - RƏSMİ AÇIQLAMA

COVİD pasportlarının saxtalığını yoxlayan cihaz gətiriləcək? - RƏSMİ AÇIQLAMABütün dünyada pandemiyanın tüğyan etdiyi bir vaxtda ölkəmizdə də COVİD bəlasına qarşı mübarizə uzun müddətdir ki, yüksək templə davam edir. Xüsusilə də, koronavirusa qarşı ən effektiv üsul hesab olunan vaksinasiya prosesinə daha böyük diqqət yetirilir.

Lakin bu məsələdə bir sıra saxtakarlıq hallarına yol verildiyi ilə bağlı xəbərlər də ara-sıra qarşımıza çıxır. Belə ki, təcrübədə peyvənd olunmadan vaksin pasportlarının satılması hallarına yol verildiyi məlumdur.

Bu səbəbdən, Daxili İşlər Nazirliyi də bu cür xoşagəlməz halların qarşısnı almaq üçün ciddi tədbirlər görməyə davam edir.

Buna müvafiq olaraq, sentyabrın 23-də DİN-dən mətbuata verilən açıqlamada saxta COVİD pasportu satanlarla bərabər alanların da qanun pozuntusuna yol veridyi qeyd olunub.

Bu zaman isə vacib bir nüans ortaya çıxıb: Vaksin pasportlarının saxta olub-olmaması yoxlanıla bilərmi?

Qeyd edək ki, dünya təcrübəsində insanların həqiqətən də peyvənd olunub-olunmadığını müəyyən edən cihazlar mövcuddur və xarici KİV-lərdə yayılan xəbərlərdə Böyük Britaniyada bir sıra aeroportlarda həmin avadanlıqdan istifadə olunduğu qeyd olunub.

Sonxeber.az xəbər verir ki, suala cavab tapmaq "Bizim.Media" Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxlayıb.

DİN-in sözcüsü açıqlamasında peyvənd olunmamış şəxslərin aşkar edilməsi üçün hər hansı cihazın tətbiqinin TƏBİB-in səlahiyyətləri çərçivəsində olduğunu qeyd edib.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin məsləhətçisi Elnarə Baxış isə məsələnin çalışdığı qurumun səlahiyyətləri çərçivəsində olmadığını və TƏBİB-in xəstəxanalarda müalicə işini təşkil etdiyini bildirib.

Ümumilikdə isə, hər hansı şəxsin peyvənd olunub-olunmadığını yoxlamağın mümkünlüyü ilə bağlı danışan həkim-radioloq Aydın Əliyev sözügedən məsələnin müəyyənləşdirilməsinin o qədər də asan olmadığını bildirib:

"Qanda immunoqlabinin miqdarını yoxlamaqla insanın orqanizmində antitelin formalaşdığını müəyyən etmək olar. Əgər şəxs peyvənd olunubsa və ya virusa yoluxubsa qan analizində bunu aydınlaşdırmaq mümkündür. Lakin burada da istisna hallar var. Belə ki, praktikada peyvənd olunduğu təqdirdə qanda immunoqlobin yaranmayıb.

Bu səbəbdən də kiminsə həqiqətən də vaksinasiyadan keçdiyini qan analizi ilə 100% dəqiqliklə müəyyən etmək çox çətindir".

Aydın Əliyev sözügedən məsələdə dəqiq nəticə əldə etmək üçün hər hansı yeni cihazın və ya metodun mövcudluğu haqqında isə dəqiq məlumatının olmadığını bildirib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3713   Tarix: 24 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Evdə halı pisləşən 25 yaşlı qız öldü

Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay

12 noyabr
.

Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd

12 noyabr
.

Mənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA

Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında

12 noyabr
.

Maşında musiqiyə qulaq asanlar cərimələnəcək

Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd

12 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr
.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş (FOTO)

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyət

12 noyabr
.

Teymur Musayevə yeni vəzifə verildi

Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib. "Qafqazinfo" xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev təyin olunub. Qeyd edək ki, bu təyinatadək Nazirlə

12 noyabr