Bakıda kişi arvadını "Instagram" parolunu vermədiyinə görə ÖLDÜRDÜ

Bakıda kişi arvadını "Instagram" parolunu vermədiyinə görə ÖLDÜRDÜEmin və Firuzə (adlar şərtidir) 2009-cu ildə ailə həyatı qurublar. Onların bu nikahdan iki övladları dünyaya gəlib. Firuzə həm də Eminin anasının xalası nəvəsidir, yəqin qohum olduqlarına görə qızı bəyənib ailələrinin bir üzvü ediblər. Onlar Bakının Suraxanı rayonu, Əmircan qəsəbəsində yaşayıblar, eyni həyətdəki digər evdə Eminin atası və anası da yaşayıb. Bir neçə il – 2020-ci ilin yay ayına qədər ailədəki münasibətlərdə gündəlik qayğılar, ailə ehtiyacları prioritetdir. Ancaq 2020-ci ilin yayı ailədə isti münasibətlərin hərarətini artırmır, əksinə, bu tarixdən etibarən münasibətlərdə soyuqluq yaranır. Sonluq isə qanla bitir, Emin Firuzəni həyatdan məhrum edir...

Sonxeber.az Oxu.Az-a istinadən xəbər verir ki, 2020-ci ilin yay aylarında Emin həyat yoldaşının "Instagram" sosial şəbəkəsində başqa kişilərlə yazışdığından şübhələnir, lakin əlində fakt olmadığı üçün məsələni çox da qabartmır.

Bir neçə gün keçir, Eminin beynini şübhələr dağıdır, artıq o, Firuzəyə güvənmir. Gecə saatlarında Firuzədən şübhələnir, yataq otağına keçib telefonu onun əlindən alır.

Həmin vaxt Firuzə "Instagram"dan çıxa bilmədiyi üçün ekranda "Həsən" adlı profili və həmin oğlanla ikisinin birlikdə şəkillərini görür. Qadın ərinə guya şəkilləri montaj etdiyini, həmin oğlanı tanımadığını, həmçinin "Instagram"da qrup açdıqlarını, orada hamının danışdığını deyir.

Lakin ər hirslənir, əsəbini arvadını döyməklə çıxır.

Ər-arvad arasındakı münasibətlər gərginləşir. Emin 2021-ci ilin 30 yanvarında gecə saatlarında Firuzənin əlində yenidən telefonu alır.

Telefona baxdıqdan sonra arvadının "Instagram" sosial şəbəkəsində "Qaqaş Seyfəlov" adlı şəxslə yazışdığını görür və Firuzəni döyür.

Daha sonra anası və qayınanasını çağırıb vəziyyəti izah edir. Bu zaman Firuzənin anası qızını döymək istəyir, lakin Emin buna imkan vermir. Sakitlik üçün razılıq əldə olunur, lakin bu, çox qısamüddətli nisbi sakitlik idi.

2021-ci ilin fevralın 1-də saat 18 radələrində Emin evə gəlib yoldaşından "Instagram" parolunu soruşur.

Firuzə isə parolu demir, aralarında mübahisə yaranır. Ər bu dəfə arvadını öldürməyi qərara alır. Döyür, sonra cinayətkar niyyətini tamamlamaq üçün mətbəxdən götürdüyü bıçaqla Firuzəyə yeddi bıçaq zərbəsi endirir.

Övladları isə səs-küyü eşitmirlər, çünki onlar Eminin atasının evində hər şeydən xəbərsiz idilər.

Emin vəziyyət barədə atasına danışır, arvadını öldürmə səbəbəni deyir. Anası da gəlir, qərara alırlar ki, məsələ barədə Firuzənin anasını da məlumatlandırsınlar. Ancaq birdən-birə, qəfil yox, buna görə də, zəng edib Firuzənin anasını evə çağırırlar.

Firuzənin anası gəlir, Eminin qonaq otağında yerdə uzanıb əllərini başının altına qoyaraq tavana baxdığını görür.

Ondan nə üçün yerdə uzandığını, özünü necə hiss etdiyini soruşanda arxadan kimsə ona "sən hələ həyətdəkinə bax, bundan beş betəri həyətdədir" deyir. Ana həyətə baxanda qızının meyitini görür...

Emin istintaqa ifadəsində hadisədən peşman olduğunu desə də, bu, onun cəzasının yüngülləşməsinə əsas vermir.

Emin Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 22 sentyabr tarixli hökmü ilə 10 il altı ay müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Kriminal   Baxılıb: 4152   Tarix: 25 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Ata 14 yaşlı qızını oğlanla danışanda tutdu, özü təcavüz etdi - Dəhşətli cinayətin təfərrüatı

Füzuli rayonunda ata doğma qızına təcavüz edib. -a istinadən xəbər verir ki, rayon sakini, 1987-ci il təvəllüdlü Vasif Ağayev (ad və soyad şərtidir - red.) 2008-ci ildə ailə qurub və birgə nikahdan 3 övladı olub. Bir müddət əvvəl Vasifin anası yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb və xəstəxanay

5 oktyabr
.

Azərbaycanda icra başçısı cərimələndi

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovla bağlı inzibati protokol tərtib olunub. -a istinadən xəbər verir ki, icra başçısı ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə protokol tərtib olunaraq məhkəməyə göndərilib. İşə baxış zamanı müəyyən edilib ki, eyni vaxtda baş vermi

27 oktyabr
.

Plastik cərrahı qətlə yetirən həyat yoldaşı mirasından məhrum edildi

Xəbər verdiyimiz kimi, məhkəmə həyat yoldaşını qəsdən öldürən şəxsi mirasdan məhrum edib. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, mirasdan məhrum edilən şəxs plastik cərrah Türkan Gündüzün həyat yoldaşı Muhammet Gündüz imiş. Mərhumun qızı atasının anasından qalan mirasa münasibətdə ləyaqətsiz vərəs

13 oktyabr
.

Ötən gün qəzada yaralanan sürücü vəfat etdi

Ötən gün Xəzər rayonunda baş verən qəzada yaralanan sürücü vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində qeydə alınıb. Belə ki, Elmar Hüseynovun idarə etdiyi "Daewoo" markalı avtobus Elçin Qədimovun idarə etdiyi "Lada Granta" markalı avtomobillə toqquşub

8 oktyabr
.

Aliment verməkdən imtina edən kişi - 4-cü dəfə həbs olundu

Sabirabad rayonunda aliment borcunu qərəzli şəkildə ödəməyən şəxs növbəti dəfə həbs olunub. "Qafqazinfo"nun əldə etdiyi məlumata görə, rayonun Çöl Beşdəli kəndində yaşayan 1984-cü il təvəllüdlü Əhməd Ələmov (ad və soyadlar şərtidir) bu dəfə 1 il 6 ay müddətinə həbs cəzasına məhkum edilib. Araşdırmala

30 sentyabr
.

Traktorla 13 yaşlı velosipedçini vurub öldürdü

Neftçala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə oktyabrın 22-si Neftçala-Salyan avtomobil yolunun rayonun Həsənabad qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Həsənov Fərhad Kamil oğlu idarə etdiyi traktorla velosipedlə hərəkətd

23 oktyabr
.

Kollecdə 360 min manatlıq yeyinti: Sabiq direktorlar pulları necə talayıblar?

Gəncə Dövlət Universitetinin nəzdində Regional Kollecinin korrupsiyada ittiham olunan keçmiş rəhbərlərinin məhkəməsi başlayıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində iş üzrə ilk iclas keçirilib. Bu iş üzrə 4 nəfər - sabiq kollec direktorları Fəxrəddin Zeynalo

1 oktyabr
.

Azərbaycanda molla arvadını qətlə yetirdi: Amansızlıqla törədilən qətlin pərdəarxası

Qusar rayonunun Hil kəndində 32 yaşlı keçmiş həyat yoldaşı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən 1990-cı il təvəllüdlü Asif Təyibovun məhkəmə prosesi başa çatıb. -a istinadən xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində təqsirləndirilən şəxsə hökm oxunub. Cinayət Məcəlləsinin 120.2.

4 noyabr
.

Vüsalın qətlinə görə cəmi 10 min veribmiş...

13 il əvvəl Qərb Universitetinin tələbəsi Vüsal Şilderin qətlini sifariş verməkdə ittiham olunan Xəyal Əli-Zadənin məhkəmə istintaqı başlayıb. "Qafqazinfo"nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda prokuror ittiham aktını elan edib. Xəyal Əli-Zadə 2013-c

28 sentyabr