"Hamı bir şüarla yaşayırdı: öldü var, döndü yoxdur!"
"Dəfələrlə demişdim ki, düşmən öz xoşu ilə torpaqlarımızdan çıxmasa, biz onu qovacağıq və belə də oldu".
Sonxeber.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Anım Günü ilə əlaqədar xalqa müraciətində deyir.
Dövlət başçısı bildirib ki, biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, biz düşməni torpaqlarımızdan qovduq: "Bu gün Azərbaycan xalıq müzəffər xalq kimi yaşayır, bu gün Azərbaycan dövləti qalib dövlət kimi yaşayır. Biz daim müzəffər xalq, qalib dövlət kimi yaşayacağıq.
Müharibə dövründə dəfələrlə Azərbaycan xalqına müraciət edərək deyirdim ki, heç nə və heç kim bizi dayandıra bilməz. Biz müqəddəs savaşa çıxmışdıq. Müharibə dövründə hamı bir şüarla yaşayırdı: öldü var, döndü yoxdur.
Biz hər gün qələbə qazanırdıq, 44 gün ərzində bir gün də olmayıb ki, biz geri addım ataq. Baxmayaraq ki, 30 il ərzində 5-6 xətdən ibarət istehkam qurulmuşdu. 44 günlük müharibə zamanı Azərbaycan ordusunda bir dənə də olsun fərarilik olmayıb. Biz əsgər, zabitlərimizlə fəxri edirik, onların qəhrəmanlıqları unudulmayacaq".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1287 Tarix: 27 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşında musiqiyə qulaq asanlar cərimələnəcək
Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd
12 noyabrSabah 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti
12 noyabrAzərbaycanda ən çox və ən az maaş verilən sahələr
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri
12 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabr