Azərbaycanda ən çox və ən az maaş verilən sahələr
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib.
Sonxeber.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçilərin sayı 1 milyon 790,8 min nəfər olub. Onlardan 836,8 min nəfəri dövlət, 954 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
İşçilərin 18,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 17,6 faizi təhsil, 13,9 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,9 faizi tikinti, 6,1 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat sahələrində çalışıb.
Muzdla çalışanların 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 4 faizi peşə, elmi və texniki fəaliyyət, 2,5 faizi maliyyə və sığorta, 2,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 15 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Ən yüksək orta aylıq nominal əməkhaqqı mədənçıxarma sənayesində qeydə alınıb - 4224,8 manat. Maliyyə və sığorta fəaliyyəti sahəsində bu göstərici 3026 manat, informasiya və rabitədə 2109,9 manat, peşə, elmi və texniki fəaliyyətdə isə 1915,3 manat olub.
Ən aşağı maaş qeydə alınan sahələr arasında ticarət və nəqliyyat vasitələrinin təmiri - 762 manat 90 qəpik, su təchizatı, tullantıların təmizlənməsi və emalı - 785 manat 60 qəpik, turistlərin yerləşdirilməsi və ictimai iaşə - 794 manat 10 qəpik də var.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 92 Tarix: 12 noyabr 2026
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabrAslan Fətullayevin nəşi Bakıya gətirildi
Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz
12 noyabrBakıda hündür ağac bahalı avtomobilin üzərinə aşdı (FOTO)
Bakıda hündür ağac güclü külək nəticəsində maşının üzərinə aşıb. -ın əldə etdiyi məlumata görə, ağac Suraxanı rayonunda güclü küləyin əsməsi nəticəsində Denza markalı 88-FA-759 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Ağacın qaz borusunu sındırması nəticəsində o da avtomobilin üzərinə düşüb. Avtomaşın
9 noyabrMaaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabrBakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin aşmasının anbaan görüntüləri yayılıb. -ın həmin görüntüləi təqdim edir. 12:58. Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşə
11 noyabrDentstom sağlamlıq, yoxsa təhlükə mərkəzi?
İnsan sağlamlığının heçə sayıldığı iddia edilən daha bir klinikadan şikayət var. BTV-yə istinadən xəbər verir ki, Dentstom Sağlamlıq Mərkəzi ilə bağlı redaksiyamıza daxil olan şikayətlər ciddi suallar doğurur. İddialara görə, Sariyev İlqar Xəlil oğlu tibbi sertifikasiya şəhadətnaməsi və hətta müvafi
10 noyabr