"Sən hər zaman mənim qəlbimdə təzə bəyim olaraq qalacaqsan" - Şəhid xanımı ÜRƏK DAĞLADI

"Sən hər zaman mənim qəlbimdə təzə bəyim olaraq qalacaqsan" - Şəhid xanımı ÜRƏK DAĞLADIBu gün Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsi sayəsində ərazi bütövlüyümüzün bərpasına səbəb olan Vətən müharibəsinin başlamasının 1 ili tamam olur. 27 sentyabr Cənab Prezident İlham Əliyevin sərəncamı ilə hər il anım günü kimi qeyd ediləcək.

Sonxeber.az BiG.AZ-a istinadən xəbər verir ki, 44 günlük Vətən müharibəsində canını fəda edən igid şəhidlərimizdən biri də cəmi üç günü bəyi olan Elməddin Şindiyevdir. Şəhidimizin xanımı həyat yoldaşı haqqında yazdığı sözlər hər kəsin ürəyini dağlayıb:

"Keçən ilin bu günü ailəmdə, ətrafımda bambaşqa sevincli gün idi. Həyəcandan qarnıma dolan ağrılar, ürəyimin ağzının içində döyünməsi, sevdiyimə qoşuşmağım...Səninlə danışırdı, sevincdən ikimiz də mənasızca gülürdük. Yata bilmirdik həyəcanımızdan. Səhər açıldı, gəldin getdik bəzənməyə. Elməddin əslində səbrsiz, əsəbi, göləməyi sevməyən və mən salonda olanda qəti yanıma gəlməyi istəməyən biri idi. Ayın 27-si isə bambaşqa biri olmuşdu. Tez-tez yanıma gəlir, mənim əhvalımı soruşur, üümü güldürürdü. Saat 12 olardı, yenə gəldi yanıma, məni çölə çağırdı. Çox həyəcanlı, gölərində narahatlıq və mənə nələrisə başa salmağa çalışırdı. Ən sonda dedi, Lalə, müharibə başlayıb qardaşlarımın ikisi şəhid olub. O an dünya başıma yıxıldı. Necə olacaq bəs, Elməddin mən bəzənirəm?Toyumudu...Heç nə olmaz...Aprel döyüşlərini yada sal. 3 günə qurtaracaq. Narahat olma bu gün ən gözəl gündür bizim üçün. Mən bəzəndim qurtardım, gəldi gözümün işığı məni gətirdi evimizə. Maşından düşəndə "tez hazırlaş, gəlirəm aparmağa" dedi. Mən isə baxıb güldüm ona. Haırlaşdıq və gəldi...O qədər həyəcanlı idi ki...Məni ağlayan görüb o, da kövrəldi. Həyəcandan əlindəki gülü belə mənə verməyi unutmuşdu. Şəkillər çəkildi və maşına oturduq. O anda dostuna "Mən belə həyəcanlanmamışdım bu nə idi... vəssalam getdi bu da...gedək evimizə" dedi. Evimizə çatdıq. Hər şey ö qaydasında idi. Deyirdik, güülrdük. Toyumuz olmamağı gözümüzə görünmürdü bizim. Çox inanmışdıq biz xoşbəxt olacağıq. Mən inanıram sən həyatda olsaydın biim çox gözəl ailəmz olacaqdı. Yolun başında ikən sonuna belə tez gəlmək...Səni zamansız itirmək məni hər gün öldürür. Bir də heç vaxt yan-yana gələ bilməyəcəyik. Bu dünyada yarım qalsaq da şübhəsiz ki, ən gözəl qovuşmağımızı biz cənnətə saxladıq.Mənim ruhum gözəl qəlbli sevgim. Ayrı-ayrı olsaq da qovuşmağımız uzun olacaq bilirəm amma səbrlə gözləyirəm o günü. Səninlə nəinki bir il bir ay belə evli qala bilmədik biz. Amma ruhunun hər an mənimlə olduğunu bilirəm. Bəlkə də indi də burdasan, mənimlə. Yuxuma gəl, sevgilim biz rğyalarda qeyd edək xoş günümüzü. Səni sonsuz və əvəzsiz sevirəm, can yoldaşım. Sən hər zaman mənim qəlbimdə təzə bəyim olaraq qalacaqsan, gül qoxulum, cənnət ətirlim".


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2786   Tarix: 27 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Maşında musiqiyə qulaq asanlar cərimələnəcək

Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd

12 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Sabah 20 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti

12 noyabr
.

Azərbaycanda ən çox və ən az maaş verilən sahələr

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri

12 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ " platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsasl

12 noyabr
.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr