Əməkdar artist ürəyindən açıq əməliyyat olunacaq
"Hazırda səhhətim ağır-stabildir".
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Sərvər Əliyev deyib. Onun sözlərinə görə, həkimlər açıq ürək əməliyyatına ehtiyac olduğunu bildirib:
"Bir neçə ilə əvvəl ürək əməliyyatı keçirmişəm. Sentyabrın 27-dən ağrılarım başlayıb. Müayinə olundum, dedilər, damarlar tutulub. Həmin vaxt Dərbəndə getməliydim, çünki tamaşa təhvil verməlidyim. Həkimlər getməməyi məsləhət bildilər, amma buna baxmayaraq, gedib tamaşanı təhvil verdim. Mahaçqalada vəziyyətim daha da kəskinləşdi, nə olar, nə olmaz deyə bir başa Bakıya qayıtdım. Müayinə olunarkən məlum oldu ki, iki damar tutulub. Həkimin bildirdiyinə görə, tutulan damarlardan biri əvvəl əməliyyat zamanı qoyulan stendlərdəndi. Həkim deyir ki, "deyəsən o vaxt əməliyyat zamanı stendin içinə ikinci bir stend qoymuşam. Onun üçün də gərək diskə baxam. Əgər həmin stendin içinə ikinci bir stend qoymuşamsa, onda açıq ürək əməliyyatı etməliyəm".
Rejissor əməliyyatın baha olduğunu vurğulayıb:
"Həkimlər ürək damarlarımın çox zədələndiyini deyir. Deyirlər, ki, açıq əməliyyatın özü də təhlükəlidi, qismət Allahdan".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1341 Tarix: 27 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Maşında musiqiyə qulaq asanlar cərimələnəcək
Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd
12 noyabrSabah 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti
12 noyabrAzərbaycanda ən çox və ən az maaş verilən sahələr
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri
12 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabr