"Şəhid olduğu yeri qucaqlayıb öpmək istəyirəm" - Milli Qəhrəmanın atası

"Şəhid olduğu yeri qucaqlayıb öpmək istəyirəm" - Milli Qəhrəmanın atasıVətən Müharibəsinin Anım Günü münasibətilə şəhidlərin ziyarəti davam edir. Vətəndaşlar eyni zamanda İkinci Fəxri xiyabanda polkovnik Şükür Həmidovun, general-mayor Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin və digər şəhidlərin məzarlarını ziyarət ediblər.

Milli Qəhrəman Şükür Həmidovun atası Nəriman Həmidov və ailə üzvləri də ziyarətə qoşulublar. N.Həmidov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, qələbə bizə hava və su kimi lazım idi: "Qələbə də qurbansız olmaz. Belə bir ifadə var:

Geyib əsgər paltarını, silahlandı qəhrəman,

Onun polad sinəsinə sığışmadı ürəyi.

Həqiqətən də, bizim Prezidentimiz əsgər forması geyindi, geniş ürəyinə, polad sinəsinə sığmadı onun ürəyi. Məğlub xalq adı onun rəhbərliyi altında üzərimizdən götürüldü, xalqının önünə düşərək, cəsarətlə bizə qalib xalq adını verdi. Mən buradan möhtərəm Prezidentimizə bütün xalqımız adından öz salamımı çatdırıram, arzu edirəm ki, elə bu sürətlə də, bu cəsarətlə də addımlasın. Xalqımıza arzu edirəm ki, bu birliyi, həmrəyliyi qorusun. Əgər bu birlik olmasa idi, biz qalib ola bilməzdik. Bütün xalqımıza xoşbəxtlik, firavanlıq, daim qalibiyyət arzulayıram".
"Şəhid olduğu yeri qucaqlayıb öpmək istəyirəm" - Milli Qəhrəmanın atasıN.Həmidov qeyd edib ki, oğlu Şükür çox vətənpərvər olub: "Bəzən olurdu ki, çay içdiyi yerdə deyirdi ki, "ay ata, biz burada pürrəngi çay içirik, torpaqlarımız düşmən tapdağı altındadır". Mən də həmişə deyirdim ki, "oğul, hər şeyin bir vaxtı var, narahat olma". Heç vaxt düşünməzdim ki, belə bir hadisə yaxın vaxtda baş verəcək.

Müharibə vaxtı tez-tez danışırdıq, özü də çox zarafatcıl adam idi. Bir az zarafat edirdi ki, narahat olmayaq. Axırıncı dəfə oktyabrın 19-da zəng etdi, dedi ki, "ata bəlkə getdik siz tərəfə", Qubadlını nəzərdə tuturdu. Dedim, oğul, dizlərini qoy yerə, bizim kənddə bir bulaq var, Nağıl bulağı, oradan doyunca su iç, dedi ki, "ata, hələ tezdir". Getdi, Qubadlını qucaqladı, amma sudan içə bilmədi. Şükürün şəhid olduğu yeri ziyarət etmək, qucaqlamaq, öpmək istəyirəm.

Çox şükürlər olsun ki, torpağımızı azad edə bildik. Möhtərəm Prezidentimizin dəmir yumruğu altında torpaqlarımızı işğaldan azad etdik. Şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyirəm. Mehriban xanıma buradan təşəkkürlərimi çatdırıram, yaralılarımıza yardımlar edir.

Allah bu günü xalqımıza çox görməsin. Azad, firəvan yaşamaq üçün çalışaq".

Fotoda: Milli Qəhrəman Şükür Həmidov
"Şəhid olduğu yeri qucaqlayıb öpmək istəyirəm" - Milli Qəhrəmanın atası


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 920   Tarix: 27 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Maşında musiqiyə qulaq asanlar cərimələnəcək

Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd

12 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Sabah 20 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti

12 noyabr
.

Azərbaycanda ən çox və ən az maaş verilən sahələr

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri

12 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ " platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsasl

12 noyabr
.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr