"44 günlük Vətən müharibəsi müasir Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir" - Emil Əkbərov
"Sentyabrın 27-si tək Vətən müharibəsinin başlandığı gün deyil, həm də illərlə bizə qarşı yönələn haqsızlığa son qoyulduğu tarixdir".
Bunu Sonxeber.az-a açıqlamasında "BİG Media" MMC-nin direktoru Emil Akbarov deyib.
O, qeyd edib ki, illərlə Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həll edilməsini gözləsək də, təəssüf ki, bununla məşğul olan dövlətlərin və təşkilatların ikili münasibəti ərazi bütövlüyümüzü öz gücümüzə bərpa etməyə səbəb oldu:
"Ötən ilin iyulunda Tovuz istiqamətində və sentyabrın 26-dan 27-nə keçən gecə Ermənistan ordusunun bütün cəbhə boyu etdiyi təxribatları bizim səbrimizin daşmasına səbəb oldu. Məhz buna görə Azərbaycan öz gücünə torpaqlarımızı işğaldan azad etmək qərarına gəldi. 44 gün davam edən Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər ordumuz sahib olduğumuz gücü və savaş mədəniyyətini bütün dünyaya göstərdi. Döyüş meydanında darmadağın edilən və qorxaqcasına əsgərlərimizin qarşısından qaçan erməni silahlı qüvvələri 44 gündə onlara verdiyimiz bu ağır dərsi heç vaxt unutmayacaqlar. Şuşanın, eləcə də digər şəhər və rayonların azad edilməsi istiqamətində aparılan döyüşlər müasir Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir".
Emil Akbarov vurğulayıb ki, cənab Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dövlət başçısı seçildiyi gündən ordu quruculuğu sahəsində apardığı siyasət 44 günlük Vətən müharibəsində öz bəhrəsini verdi:
"Vətən müharibəsində müasir texnika ilə təchiz edilən Silahlı Qüvvələrimizin yüksək döyüş qabiliyyəti ilə qısa müddət ərzində düşməni darmadağın edərək, ərazi bütövlüyümüzü bərpa etdik. Bu gün bir çox böyük dövlətlər Azərbaycan ordusunun cəmi 44 gün ərzində nail olduğu qələbənin sirrini öyrənməyə, döyüş praktikamızdan bəhrələnməyə çalışır. Müzəffər Ali Baş Komandan İlham Əliyev dəmir iradəsi, yüksək diplomatik və liderlik qabiliyyəti ilə bütün cəbhələrdə qalib gələrək güclü sərkərdə kimi adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdı. Artıq biz Anım Günlərində şəhidlərimizin məzarını başıaşağı deyil, qürurlu, onların intiqamını alan qalib ölkənin vətəndaşları kimi ziyarət edəcəyik.
Ən önəmlisi isə, bizim, eləcə də öz doğma yurdlarından qovulan soydaşlarımızın övladları və gələcək nəsillər Qarabağa həsrət böyüməyəcək. Vaxtı ilə ayaqyalın öz doğma yurdlarından vəhşicəsinə çıxarılan uşaqlarmız illər sonra güclü Azərbaycan dövlətinin və ordusunun qalib əskərləri, vətənaşları kimi o torpaqlara geri qayıtdırlar. Biz bu şanlı və möhtəşəm qələbəni Ali Baş Komandanımıza, son nəfəsinə qədər qəhrəmancasına vuruşan, yaralı döyüş yoldaşını xilas etmək üçün düşünmədən öz bədənini sipər edən, torpağına canını qurban verən şəhidlərimizə, Vətəni uğrunda sağlamlığını fəda edən qazilərimizə və adını bilmədiyimiz qəhrəmanlarımıza borcluyiq.
Azərbaycan xalqı var olduqca, bu qürurverici anları bizə yaşadan 2907 şəhidimiz heç bir zaman unudulmayacaq və onların öz qanları bahasına bizə miras qoyduğu torpaqları, dövlətimizin ərazi bütövlüyünü qorumaq üçün əlimizdən gələni edəcəyik.
Allah şəhidlərimizə rəhmət eləsin! Şəhid övladlarının, qardaşlarının və həyat yoldaşlarının tabutunu öz ciyinlərində gəzdirən, analarımızın, atalarımızın və bacılarımızın qarşısında baş əyirik".
Aysel Yusifqızı
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)