II Qarabağ müharibəsində qohumu şəhid olan MƏŞHURLAR - FOTO

II Qarabağ müharibəsində qohumu şəhid olan MƏŞHURLAR - FOTO44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparmaq üçün minlərlə igid oğullarımız ön cəbhəyə yollandı. Qəhrəmanlarımız qanları və canları bahasına düşmənə sarsıdcı zərbələr endirərək şərəfli tarix salnaməsi yazdılar.

Təbii ki, heç bir müharibə ağrısız və acısız olmur. II Qarabağ müharibəsində də bir çox oğullarımız ən uca məqam olan şəhidlik zirvəsinə yüksəldilər. Onlar arasında azərbaycanlı məşhurların da qohumları var.

BAKU.WS II Qarabağ müharibəsində qohumu şəhid olan məşhurları təqdim edir:

Xalq artisti Mənsum İbrahimovun qardaşı Zülfüqar İbrahimovun oğlu İsrafil İbrahimov Azərbaycanın 4 rayonunun işğaldan azad edilməsində iştirak edib. Laçın uğrunda gedən döyüşlərdə isə şəhid olub. Xüsusi Təyinatlı Qüvvələrdə xidmət edən şəhid İsrafil İbrahimov Ağdamda dəfn edilib.

II Qarabağ müharibəsində qohumu şəhid olan MƏŞHURLAR - FOTOMüğənni Nadir Qafarzadənin yaxın qohumu isə Aprel döyüşlərində şəhid olub. Sənətçinin dayısı nəvəsi Novruzov Ravil Tərtərdə gedən döyüşlərdə zamanı dünyasını dəyişib. Sənətçi verdiyi müsahibələrindən birində qohumunun vəfatına inana bilmədiyini və dərin kədər hissi keçirdiyini bildirib.

II Qarabağ müharibəsində qohumu şəhid olan MƏŞHURLAR - FOTOMüğənni Vasif Məhərrəmlinin qohumu Silahlı Qüvvələrin baş leytenantı və hərbi tibb qulluqçusu, şəhid Adil Əfəndiyev də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan igidlərdəndir. Sənətçinin qohumu oktyabrın 22-də Xocavənd istiqmətində gedən döyüşlər zamanı düşmən gülləsinə tuş gələrək qəhrəmancasına həlak olub. Bu haqda sənətçi şəxsi instaqram hesabında məlumat verib.

II Qarabağ müharibəsində qohumu şəhid olan MƏŞHURLAR - FOTOXalq artisti Əli Nurun oğlu Rövşən Nuruzadə də Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızdandır. Baş leytnant olan Rövşən oktyabrın 6-da Şuşada snayperlə vurularaq şəhid olub.

II Qarabağ müharibəsində qohumu şəhid olan MƏŞHURLAR - FOTOƏməkdar artist Məlahət Abbasovanın qohumu da Vətən müharibəsində şəhid olub. Bu haqda sənətçi sosial şəbəkə hesabında özü məlumat verib. 21 yaşlı qohumu Rövşənin II Qarabağ müharibəsi zamanı şəhadətə yüksəldiyini qeyd edən sənətçi, onun fotosunu paylaşaraq, ata və anasına baş sağlığı verib.

II Qarabağ müharibəsində qohumu şəhid olan MƏŞHURLAR - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1791   Tarix: 27 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Maşında musiqiyə qulaq asanlar cərimələnəcək

Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd

12 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Sabah 20 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti

12 noyabr
.

Azərbaycanda ən çox və ən az maaş verilən sahələr

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri

12 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ " platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsasl

12 noyabr
.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr