"Onun itki düşməyini eşidəndə dünyam qaraldı"
Bu gün Azərbaycanda Anım Günü qeyd olunur. Şəhid ailələrinin üzvləri 44 günlük İkinci Qarabağ müharibəsinin xatirələrini bölüşərək itirdikləri əzizlərinin xatirəsini yad edirlər.
Sonxeber.az Axşam.az-a istinadən xəbər verir ki, onlardan biri də aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı, aparıcı Zülfiyyə Bayramovadır. O, müharibədə bir çox yaxınının iştirak etdiyini və onlardan yalnız ona yaxın olan, övladının dostu Əmrahın geri qayıtmadığını, şəhidlik zirvəsinə ucaldığını bildirib:
"27 sentyabr, 2020-ci il, bazar günü. Yuxudan oyanıram İlqar yerində yox, maşın da həyətdə deyil. Zəng edirəm - haradasan? Telefonun o başından xoşbəxt bir səslə - "Müharibə başladı, mən Horadizə gedirəm"... Bir gözün ağlayıb, bir gözün gülməyinin nə demək olduğunu mən onda anladım. 2 oğlu əsgərlikdə olan, eyni zamanda Vətənini övladları qədər sevən ananın bir gözü sevincdən gülsə də, diğər gözü "birdən balalarıma bir şey olar" deyib, ağlayır. Ardınca qardaşımın yoldaşı zəng edir - "Müharibə başlayıb, Hamlet də getdi". Qardaş yükü də gəlir oğul, ər yükünün üstünə. Birdən Əmrah düşür yadıma, amma tez özümə təsəlli verirəm ki, "yox o Bakıda xidmətdədir, yəqin ki, aparmazlar". Sonra eşidirəm ki, onları da aparıblar. Bacımın oğlu gəlir ki, "Xala mən könüllü gedirəm, haqqını hallal et, müharibədir, bilmək olmaz". Getmə deyə bilmirəm, desəm də faydası olmayacağını gözəl bilirəm.
Bu böyük ev get gedə daralır, bir divan qalır, bir də televizor. O divanda oturub, nəfəs çəkmədən televizordan alacağım xəbərlərə baxıram. Sonra o divan da, televizor da mənə dar gəlir. Özüm də getmək istəyirəm cəbhəyə, amma necə? Səhəri qaçıram işlədiyim televiziya rəhbərinin yanına, xahiş edirəm, yalvarıram, məni müxbir kimi göndər cəbhəyə deyə. "Yox" cavabı və mən tənha qaldığım, gözümdə zərrə qədər dəyəri qalmamış evimə qayıdıram. Bir ananın, bir bacının, bir həyat yoldaşının gecələri diri gözlə sabahlamagı bilirsiniz nədir? Mən bilirəm...
Qardaşımdan 3 gün xəbər ala bilmirik. Ev az qalır başıma uça. Yenə yalvarıram ki, məni göndərin gedim cəbhəyə. Yenə "yox" cavabı... Yenə o divan, televizorda da ancaq "Real.TV"... Yenə gözümün biri sevinir, digəri ağlayır. Alınan torpaqlar bir gözümü güldürür, şəhid xəbərləri digər gözümü ağladır. Əmrahın itkin düşmə xəbərini eşidirəm. Bu dəfə dünyam daralır, nəfəsim boğazıma düyünlənir və yenə işə gedirəm, amma indi yalvarmağa yox, məzuniyyət götürməyə. Məzuniyyət götürürəm və mən də gedirəm Əmrahımı axtarmağa. Yol boyu Əmrahı tapacağımı, boynuna sarılacağımı xəyal edirəm. Beyləqana çatanda Əmrahın şəhid olma xəbərini eşidirəm. Sanki dünyam dağıldı və mən müharibə bitənə kimi bir daha Bakıya qayıtmadım. Təsəllim o odun alovun içində olub balalarıma bir nəfəs yaxın olmaq idi".

Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)