Daha bir "reket jurnalist" tutuldu - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Abşeronda obyektdən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən saxta jurnalist saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Sonxeber.az-a verilən məlumata görə, Abşeron rayonunda yerləşən ictimai iaşə obyektlərindən birinin sahibi Rayon Polis İdarəsinin Mehdiabad Polis Bölməsinə şikayət edərək tanımadığı bir nəfərin özünü jurnalist kimi təqdim edərək guya obyektdə karantin qaydalarının pozulduğunu və bu barədə reportaj hazırlamamaq üçün ondan hədə-qorxu yolu ilə pul tələb etdiyini bildirib. Bölmə əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən qanun pozuntusunu törətməkdə şübhəli bilinən Nərmin Hacıyeva obyektin sahibindən 500 manat alan zaman saxlanılaraq Mehdiabad Polis Bölməsinə gətirilib. Onun üzərində şəxsi axtarış aparılan zaman hədə-qorxu yolu ilə əldə etdiyi pul vəsaiti, saxta jurnalist vəsiqəsi və digər maddi sübutlar aşkar olunaraq götürülüb. O, ifadəsində özünü jurnalist kimi təqdim edərək qeyd edilən hadisəni törətdiyini etiraf edib.
Faktla bağlı Mehdiabad Polis Bölməsində toplanan materiallar araşdırmaların davam etdirilməsi üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Bu şəxsin Abşeron rayonu, eləcə də, paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Nərmin Hacıyevanın qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin Nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...
10 milyonluq qızılla tutulan polkovnikin cəzası azaldıldı
2027-ci ildə pensiyalar 7,5 faiz artacaq: Pensiyaçılar nə qədər qazanacaq? - İQTİSADÇIDAN AÇIQLAMA
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
Fatma Mahmudova: "Qızıma aldığım mebellərin qapısı açılmamış qaldı"
Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
9 gün iş olmayacaq
Arvadının iynə vurduğu kişi öldü
Prezident xanımı ilə Liderlər Sammitində - Video - Fotolar - Yenilənib
Səudiyyədə nikahdankənar uşaq dünyaya gətirən qadına 100 şallaq cəzası verildi
General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)