Yevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildi

Yevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildiAzərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-i Azərbaycanda Anım Günü kimi qeyd edilir
Anım günü münasibətilə Yevlaxda da Şəhər İcra Hakimiyyəti tərəfindən tədbir keçirilmişdir. Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Azərbaycan Respublikası Milli Məclisinin Yevlax rayonu ərazisindən seçilmiş deputatları, Milli Məclisin sədrinin birinci müavini Əli Hüseynli və İlham Məmmədov, rayonun hüquq mühafizə orqanlarının, rayon ictimaiyyətinin nümayəndələri və şəhid ailələri üzvləri əvvəlcə Şəhidlər Xiyabanını ziyarət etdilər. Həmçinin burada Şəhidlərin Xatirəsinə ucaldılan Abidənin açılışı olmuşdur. Eyni zamanda şəhidlərin xatirəsinə ağacəkmə aksiyası çərçivəsində ümumilikdə 500, Şəhidlər Xiyabanında isə Vətən Müharibəsində həlak olan yevlaxlı şəhidləri simvolizə edən 65 ədəd ağac əkilmişdir.
Sonra tədbir Heydər Əliyev sarayında davam etmişdir. Tədbirdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxış edərək bildirdi ki, Möhtərəm Prezidentimiz şəhidlərimizin anım gününü məhz savaşın başlanma tarixi ilə eyniləşdirib. Yəni, xalqımız hər il savaşla bağlı 44 gün sürəcək tarixi prosesləri qeyd edərkən, ilk olaraq məhz şəhidləri anacaq. Bəli, Zəfər günləri məhz şəhidlərimizin xatirəsini anmaqla başlayacaq.
Ali Baş Komandan müdrikcəsinə elan edir ki, bu zəfəri şəhidlərimizə borcluyuq. Onların qanları əbəs yerə tökülməyib, bu qan Zəfərimizə hopub, Qələbəmizin rəmzi olub. Bu gün hamımız sizinlə birgə şəhidlərimizin hüznünü saxlayırıq. Həm də sizinlə bərabər şəhidlərimizlə qürur keçiririk.
Bu 65 igidimiz onilliklər sonra da bütün Yevlaxın ən böyük qəhrəmanları sayılacaqlar və daim də fəxr mənbəyimiz olacaqlar.
Sizlərin itkisi böyükdür. Ancaq qürurunuz da böyükdür.
Təsəlliniz də odur ki, şəhidlərimizin qanı əbəs getmədi, bizə Zəfəri yaşatdı. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını qəhrəmanlıqla fəda edən şəhidlərimizin ruhu bu gün azad Qarabağda rahatlıq tapır.
Əgər Azərbaycan xalqı 1988-1993-cü illərdə Heydər Əliyevsizlik dövrünü yaşamasaydı, bu problemləri də görməyəcəkdik. Nə müharibə baş verəcəkdi, nə də Yevlaxın iki savaşda qurban verdiyi 309 şəhidi olacaqdı. Yəni ümumiyyətlə Qarabağ problemi ilə üzləşməyəcəkdik.
Ümummilli liderimizin səyi ilə atəşkəsin imzalanması nəticəsində həm dövlətimizin, həm də ordumuzun quruculuğu başladı. Bu prosesin nə ilə nəticələndiyini isə möhtərəm Prezidentimizin fəaliyyətində aydın görürük. Cənab İlham Əliyevin sayəsində indi Azərbaycan qüdrətli dövlətə çevrilib, Ordumuz isə 32 illik müharibəni şanlı qələbə ilə bitirib.
Milli Məclisin deputatı İlham Məmmədov, şəhid Polkovnik leytenant Soltan Məmmədovun həyat yoldaşı Tünzalə Məmmədova, I Qarabağ müharibəsi qazisi Elxan Hümbətov, Vətən müharbəsi qazisi Elşən Mustafayev çıxışlarında qeyd etdilər ki, bu inamlı tarixi qələbə Azərbaycan xalqının əzəli və tarixi, dədə-baba yurdlarının təxminən 30 ildən sonra azad edilməsini reallaşdırdı. Bu tarixi qələbə 1 milyondan çox Azərbaycan vətəndaşının uzunillik Vətən həsrətinə və nisgilinə son qoydu. Vətən müharibəsi haqqında hələ tarix kitablarında çox yazılacaq, siyasətçilər çox araşdırma aparacaq, təhlil və diskussiyalarda çox məqamlara aydınlıq gətiriləcək. Vətən müharibəsi xalqımızın həm hüquqi, həm də mənəvi haqqından doğan, beynəlxalq ədalətə söykənən reallığı, eyni zamanda, nəinki ölkəmizin vətəndaşlarının , eləcə də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Vətən sevgisinin, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu. Vətən müharibəsi həmvətənlərimizin qəlbinin, ruhunun dərinliklərində öz oyanış vaxtını gözləyən monolit birliyə yol açdı, adi həyatda fərqinə varmadığımız, lakin Vətən torpaqları uğrunda ölüm-dirim mübarizəsi anında baş qaldıran mübarizlik və qəhrəmanlıq xüsusiyyətləri harda yaşamasından asılı olmayaraq hər bir azərbaycanlıya sirayət etdi.
Sonda Yevlax şəhər Mədəniyyət Mərkəzi Şəhidlərin Xatirəsinə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirmişdir.
Ölkənin bütün ərazisində olduğu kimi saat 12:00-da Yevlaxda da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Yevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildiYevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildiYevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildiYevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildiYevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildiYevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildiYevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildiYevlaxda Anım gününə həsr edilmiş tədbir keçirildi


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1107   Tarix: 27 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Maşında musiqiyə qulaq asanlar cərimələnəcək

Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd

12 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Sabah 20 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti

12 noyabr
.

Azərbaycanda ən çox və ən az maaş verilən sahələr

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri

12 noyabr
.

Bakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var

10 noyabr
.

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ " platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsasl

12 noyabr
.

Alman və fransız dili tədrisi, ingilis dili tələbi: Bölgə gənclərinin iş tapmaq problemi - TƏHSİL EKSPERTİNDƏN AÇIQLAMA

Azərbaycanda orta məktəblərdə xarici dil tədrisi ilə bağlı seçimlər şagirdlərin gələcək təhsil və karyera imkanları baxımından suallar yaradır. Belə ki, paytaxt və region məktəblərində ingilis, alman və fransız dillərinin tədrisi üzrə fərqli mənzərə müşahidə olunur. Elm və Təhsil Nazirliyinin məlumatın

11 noyabr
.

"Vital Hospital"da laborant baş tibb bacısı işləyib - Klinika cərimələndi

Bakıda "Vital Hospital" kimi tanınan "Sağlamlıq və Gözəllik Mərkəzi" MMC-də aparılan plandankənar yoxlama zamanı qanun pozuntusu aşkarlanıb. Qaynarinfo-nun məlumatına görə, yoxlama nəticəsində laborant ixtisası üzrə sertifikatı olan şəxsin klinikada əvvəlcə tibb bacısı, daha sonr

11 noyabr