Kəlbəcərdə çörək bişirmə sexi açılıb - FOTO
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, azad edilən ərazilərdə hərbi şəhərciklərin və digər hərbi struktur obyektlərinin kompleks şəkildə inşa edilərək hərbi qulluqçuların istifadəsinə verilməsi istiqamətində aparılan işlər davam etdirilir.
Bu barədə Sonxeber.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi qulluqçuların qida təminatının daha da yaxşılaşdırılması məqsədilə Kəlbəcər şəhərində çörək bişirmə sexinin açılışı olub.
Açılış mərasimində Müdafiə nazirinin müavinləri - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov və Quru Qoşunları Komandanı general-mayor Ənvər Əfəndiyev iştirak ediblər.
Məruzə olunub ki, Kəlbəcər rayonunda xidmət edən hərbi qulluqçuların isti çörəklə vaxtında təmin edilməsi məqsədilə inşa edilən sex müasir avadanlıq və inventarlarla təchiz olunub.
Çörək sexinə zəruri kommunikasiya xətləri çəkilib, fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generator quraşdırılıb.
Sexdə yaradılan şəraitlə tanışlıqdan sonra şəxsi heyətin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı Müdafiə nazirinin tapşırıqları komandanlığa çatdırılıb.



Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1167 Tarix: 29 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrMaşında musiqiyə qulaq asanlar cərimələnəcək
Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd
12 noyabrSabah 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti
12 noyabrEyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA
Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa
11 noyabrƏməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca
12 noyabr