Parlamentdə dərmanlarla bağlı fikir ayrılığı yarandı
"Vaxtı ilə bir neçə dərman şirkəti Azərbaycanı tərk edib getdi. Bu gün Azərbaycan dünyanın bir çox keyfiyyətli dərmanlarını ala bilmir".
Oxu.Az-ın məlumatına əsasən, bunu parlamentin iclasında deputat Musa Quliyev deyib.
O bildirib ki, Azərbaycan Türkiyə və Gürcüstan nümunəsindən istifadə edib, dərmanlarla bağlı qeydiyyatda tanınmanı tətbiq etməlidir.
Millət vəkili onu da əlavə edib ki, Türkiyədə dərmanlara əlçatanlılıq asandır.
"Buna görə təklif edirəm ki, Türkiyədə qeydiyyatdan keçmiş dərmanlar Azərbaycana gətirilsin və onların qeydiyyatı tanınsın. Onlar həm də keyfiyyətlidir", - deyə M.Quliyev əlavə edib.
Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov isə M.Quliyevin fikrinə etiraz edib.
"Şübhəsiz ki, ölkədə dərman çatışmazlığı var. Ancaq mən Musa müəllimin fikri ilə razı deyiləm. Hər hansı ölkədə qeydiyyatdan keçmiş dərman preparatlarının qeyd-şərtsiz, icazəsiz Azərbaycana gətirilməsi problem yaradar. Hər ölkənin öz dərman siyasəti var. Dərmanlar mütləq yoxlanılmalıdır, o, hansı ölkədə istehsal olunmasından asılı olmayaraq. Heç bir şərt olmadan dərmanların ölkəyə gətirilməsi təhlükə yaradar", - deyə Ə.Əmiraslanov bildirib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 996 Tarix: 30 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi
Lənkəran rayonunda kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıblar. xəbər verir ki, rayonun Osaküçə kənd sakinləri olan bir ailə səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət ediblər. Göstərilən tibbi yardımlardan sonr
12 noyabrYerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrSabah 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti
12 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabr12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?
Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması
12 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabr