Vaksinsiz məktəbə buraxılmayan valideynlər nə etməlidir? - AÇIQLAMA
Son günlər övladlarını məktəbə aparan bəzi valideynlər onlardan "COVID-19" pasportunun tələb olunmasından şikayət edirlər. Təhsil nazirinin "Valideyinlər vaksinsiz də uşaqları məktəbə apara bilər" deməsinə baxmayaraq, bəzi məktəb direktorları, müəllimlər yenə də vaksin pasportu tələb edirlər. Lakin valideynlərin belə bir qanunun olmadığını demək haqqı var. Onlar vaksin vurdurmadan da uşağı qapıyadək ötürə bilərlər.
Məsələ ilə əlaqədar Sonxeber.az-a təhsil eksperti Kamran Əsədov açıqlama verib.
O, hazırda valideynlərlə bağlı məhdudiyyətin olmadığını təsdiqləyib:
"Hazırda Azərbaycanda tədris prosesinin iştirakcısı olan hər bir şəxs mütləq vaksin olunmalıdır. Yəni məcburi tələbdir ki, ali və orta ixtisas müəssisələrində, orta məktəblərdə tədris prosesinin yaşı 18-dən yuxarı olan hər bir iştirakcısı mütləq vaksin olunmalıdır.
Əgər valideyn məktəbdə, dərsdə iştirak etmirsə, məktəbin inzibati binasına daxil olmursa, vaksin vurdurmuş olması vacib deyil. Məktəb tərəfindən belə bir tələb yoxdur. Yox, həmin şəxs restorana və ya vaksin tələb olunan digər yerlərə gedəcəksə, sözsüz ki, vaksin pasportu ona lazımdır.
Valideyn övladını məktəbin qapısına qədər aparır, qapıdan yola salır və işi bitmiş hesab edilir. Həmin şəxsə "Vaksinin yoxdursa, məktəbə gəlmə, uşağın gəlməsin" deyib tələb qoymaq olmaz. Valideynlər rahatlıqla məktəbin qapısına qədər gedə bilərlər və buna görə onlardan heç kim vaksin tələb edə bilməz. Şagirdi də valideynin vaksini olmadığına görə tədris prosesində iştirakdan məhrum etmək qəbuledilməzdir. Şagirdlərin valideyinə görə tədrisdən uzaqlaşdırılması nəzərdə tutulmur və bu yolverilməzdir.
Valideyn yalnız tədrisdə iştirak etmək istədikdə, məktəbə daxil olmaq istədikdə vaksin tələb olunur".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1956 Tarix: 30 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi
Lənkəran rayonunda kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıblar. xəbər verir ki, rayonun Osaküçə kənd sakinləri olan bir ailə səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət ediblər. Göstərilən tibbi yardımlardan sonr
12 noyabrYerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrSabah 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti
12 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabr12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?
Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması
12 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabr