Bakıdakı özəl məktəbdə düşən davanın səbəbi bilindi - TƏFƏRRÜATI
Bakıda özəl məktəbdə baş verən insidentlə bağlı təhsil müəssisəsindən açıqlama yayılıb.
Sonxeber.az BAKU.WS-ə istinadən xəbər verir ki, açıqlamada bildirilir:
"Dünən (29.09.2021) məktəbin "Bayıl" korpusunun həyətində baş vermiş xoşagəlməz hadisəyə aydınlıq gətiririk.
İnsident valideynlərdən biri ilə məktəbin təhlükəsizlik xidmətinin əməkdaşı arasında baş verib.
Təhlükəsizlik xidmətinin əməkdaşı üzərində şəxsiyyət vəsiqəsi olmadan övladını götürməyə gələn valideynə (məktəbin daxili qaydalarına uyğun olaraq, hər bir valideyn / qəyyum dərsdən sonra şagirdi götürmək üçün öz şəxsiyyətini təsdiq etməlidir) məktəbin bütün şagirdlərin təhlükəsizliyinin təmin olunmasına xidmət edən qaydalarını nəzakətli şəkildə bildirib.
Müvafiq kartın olmasının və digər çıxışdan istifadənin zəruriliyi barədə xəbərdarlığa baxmayaraq, anası şagirdi turniketin altından keçirdərək aparıb.
Müəyyən müddətdən sonra şagirdin atası məktəbə gələrək təhlükəsizlik xidmətinin əməkdaşını həyat yoldaşına qarşı "ədəbsiz davranış"da günahlandıraraq ona qəflətən hücum edib və xəsarət yetirib.
Nəticədə Vətən Müharibəsi zamanı Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad olunmasında iştirak etmiş məktəb əməkdaşına tibbi yardım göstərilməsi zərurəti yaranmışdır.
Həm hadisənin özü, həm də buna gətirib çıxaran məqamlar videomüşahidə kameraları vasitəsilə qeydə alınıb.
Beləliklə, valideynlər münaqişə vəziyyəti yaradıblar və məktəb qaydalarını kobud şəkildə pozaraq vəziyyəti daha da ağırlaşdırıblar.
Məktəb yaranmış vəziyyətdən təəssüflənir və bütün valideynlərdən şagirdlərin təhlükəsizliyinə yönəlmiş daxili qaydalara riayət etmələrini xahiş edir.
Hazırda hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı araşdırma aparırlar. İctimaiyyətə əlavə məlumat təqdim olunacaq. Xahiş olunur, yalnız rəsmi informasiyaya etibar edəsiniz. Anlayışınız üçün təşəkkür edirik!"
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3281 Tarix: 30 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi
Lənkəran rayonunda kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıblar. xəbər verir ki, rayonun Osaküçə kənd sakinləri olan bir ailə səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət ediblər. Göstərilən tibbi yardımlardan sonr
12 noyabrYerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrSabah 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti
12 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabr12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?
Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması
12 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabr