Nəqliyyatdakı sıxlıq kimlərə sərf edir? - İşbazlar iş başında
Xəbər verdiyimiz kimi, ali və orta məktəblərdə tədris əyani şəkildə davam edir. Buna görə də, metro və avtobuslarda sıxlıq yaranıb. Bunu necə aradan qaldırmaq olar?
Məsələ ilə bağlı Sonxeber.az-a açıqlama verən ekspert Elməddin Muradlı bildirib ki, Bakıda nəqliyyat sistemi düzgün işləmir:
"Çəkilən yol şəbəkəsi, yol infrastrukturu Bakıda o dərəcədə yüksək səviyyədə deyil ki, biz bu probləmləri kökündən həll edək. Paytaxtda ictimai nəqliyyatın nə yerüstü, nə də yeraltı növləri normal şəkildə işləmir.
Metro stansiyalarının sayı kifayət qədər deyil, metro bütün Bakını əhatə etmir. Bayıl, Masazır istiqamətində metro stansiyası yoxdur. Bakının mərkəzində məhəllələr söküldü. Əvvəllər 5-10 ailənin yaşadığı o məhəllələrdə indi 200-300 nəfərlik mənzlillər tikilib. Bütün bunlara görə də, yaxın zamanda şəhərdə ümumiyyətlə nəfəs almaq olmayacaq.
Şəhərdə məskunlaşma qaydalara uyğun aparılmır və bu bizim hamımızın ziyanınadır. Bu, yalnız bəzi işbazların və məmurların xeyrinədir. Metroları şaxələndirmək mümkün deyil, çünki həmin ərazilərdə binaların tikildiyi deyilir. Bəs bu binaların tikilməsinə kim icazə verib? Heç kim!
Sıxlığı aradan qaldırmaq üçün böyük şirkətləri, bəzi nazirlikləri kənarlara çıxarmaq lazımdır. Dövlət Sərhəd Xidmətinin, Müdafiə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin və digər qurumların Bakıda olmağı düzgün deyil.
Bakının baş planı qəbul olunub, amma hələ də o plana uyğun iş görülmür. Baş planda nəqliyyatla bağlı bəzi layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Ümidimiz onadır ki, bu planlar həyata keçirildikdən sonra nəqliyyat şəbəkəsi normallaşa bilər.
Məktəblərlə bağlı da problem ondan ibarətdir ki, uşaqları məktəbə aparmaq üçün vahid avtobus yoxdur. Əgər vahid servis olsa, məktəb ətrafında avtomobillər yığılmaz və sıxlıq yaranmaz".
Aytəkin CƏLALİ
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3010 Tarix: 30 sentyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi
Lənkəran rayonunda kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıblar. xəbər verir ki, rayonun Osaküçə kənd sakinləri olan bir ailə səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət ediblər. Göstərilən tibbi yardımlardan sonr
12 noyabrYerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrSabah 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti
12 noyabrBakıda intensiv yağış yağacaq - XƏBƏRDARLIQ
Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-dək bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensivləşəcəyi ehtimalı var
10 noyabr12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?
Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması
12 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabr