Polis əri tərəfindən şöbədə qətlə yetirilən qadının qardaşı gizlinləri açdı - FOTO

Polis əri tərəfindən şöbədə qətlə yetirilən qadının qardaşı gizlinləri açdı - FOTO"Bacım polis bölməsində, bibimin və iki azyaşlı uşağının gözü qabağında qətlə yetirilib".

Bu sözləri ötən gün Nizami Rayon Polis İdarəsinin (RPİ) Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədovun xidmətdə olarkən Nizami RPİ-nin 24-cü Polis Şöbəsində şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı xidməti silahdan atəş açaraq qətlə yetirdiyi Xanım Məmmədovanın qardaşı Əliyev Aqil Musa oğlu Oxu.Az-a açıqlamasında deyib.

O bildirib ki, bacısı 27 yaşlı Məmmədova Xanım Musa qızı həyat yoldaşından uzun müddət şiddət görüb:

"Dəfələrlə ailələrində qısqanclıq üstündə mübahisələri olurdu. Hər dəfə də ailədir, söz-söhbət olar deyib, bir yol tapıb barışırdı. Bacım dəfələrlə döyülüb. İki il əvvəl dubinka ilə bacımı bərk döymüşdü. Atamgildə qaldı. Sonra atamgil dedilər ki, ailədir, iki uşaq var, boşanmasın. Ailəsi dağılmasın deyə barışdırdılar. Bir il, il yarım ailəsində hər şey normallaşdı. Sonra yenə başladı həmin problemlər. Oğlu birinci sinfə gedir. Yenə qısqanclıq zəminində problemlər başladı və ailəsində söz-söhbət döyülməyə qədər gətirib çıxardı".

A.Məmmədov deyir ki, İsmayıl Məmmədov qısqanclıq zəminində Xanım Məmmədovanı döysə də, mobil telefonu da özü alıb vermişdi. Növbəti qısqanclıq da elə buradan başlayıb:

"Bacıma mobil telefon alıb və "WhatsApp" tətbiqi yükləyib. O da orada oğlunun sinfinin valideynlər qrupunda yazışıb. Müəllimlər ilə uşağın dərsi ilə bağlı danışıblar. Gəlib deyib ki, "niyə məktəbi bəhanə edib başqa valideynlərlə danışırsan?" Qətlə yetirməzdən iki gün əvvəl bacımı möhkəm döyüb, qapını da bağlayıb gedib. Özləri kirayədə qalırdılar. Evdə qapının ikinci açarı olub. O işə gedəndən sonra bacım uşaqları da götürüb gedib bibimgilə. Bibimə deyib ki, "bu dəfə sondur, daha dözə bilmirəm, boşanacam". 6 ildir qaldıqları evdə bacımı dustaq kimi saxlayıb. Bacım bəzi şeyləri bizdən gizlədib ki, ailəsi dağılmasın, biz narahat olmayaq.

Bibimgildə bizimlə danışdı, dedi ki, polisə ərizə yazacam. Biz dedik ki, vermə polisə, çıx gəl yanımıza, boşanarsan. Dedi ki, yox, artıq dözə bilmirəm. Axşam 102 Çağrı Mərkəzinə yığıb şikayət edib, onlar da ərazi üzrə Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə çağırıb. Bacım deyib ki, qorxuram, gəlmək istəmirəm, siz şikayətimi qəbul edin, sonra gəlib ərizə yazaram. Onlar isə deyib ki, sizin təhlükəsizliyiniz tam təmin ediləcək, narahat olmayın. Sentyabrın 30-da bacım iki uşağı və bibimi də götürüb səhər saat 8-də gedib Şöbəyə. Şöbədə tədqiqatçının yanında ərizə yazıb. Daha sonra tədqiqatçı deyib ki, yoldaşınızı da çağıraq, onun da izahatını alaq. Bacım yalvarıb ki, çağırmayın, mən gedim, sonra onun izahatını alarsınız. Tədqiqatçı isə deyib ki, "narahat olmayın, polis şöbəsindəsiniz və mən polis mayoruyam, burqda sizə heç kim heç nə edə bilməz".

A.Məmmədov deyir ki, tədqiqatçı İsmayıl Məmmədovu çağıranda polis maşınında dolu və atəşə hazır vəziyyətdə olan silahla otağa girib:

"Birinci otağa girəndə buraxmayıblar. O da deyib ki, oğlumu görüb, çıxacam. Elə qapını açıb, əyilib oğlunu öpəndə tez silahı çəkib bacımı vurub. Boğazdan aşağı bacıma 7 dəfə atəş açıb. Tədqiqatçı hadisə yerindən təxminən 10 metr aralıda olub. Tədqiqatçı qaçıb gələnə qədər bütün darağı boşaldıb. Oğlan şəhid ailəsidir, Xocalıdan olublar. Özü əvvəllər narkotik vasitə istifadəçisi olub. Dəfələrlə bacımı döyüb, söyüb, təhqir edib.

Bacımın meyiti ekspertizaya verilib. Bədənindən 6 güllə çıxarılıb, bir gülləni hələ çıxarmayıblar. Saat 12:00-da atamgil bacımın meyitini götürüb, gəlməlidirlər rayona. Atam uşaqları öz himayəsinə götürüb".

A.Məmmədov deyir ki, bacısının azyaşlı oğlu hadisənin şokundadır:

"Balaca qızının 3 yaşı var, oğlu birinci sinfə gedir. Polis əməkdaşı bacımın oğlundan izahat alıb. Uşaq deyib ki, "atam anamı tapança ilə vurdu". İndi o uşaqların psixologiyası necə olacaq? Bu uşaqların yetim qalmasında orada olan hər kəsin az da olsa günahı var".

Qeyd edək ki, hadisədən sonra İ.Məmmədov şübhəli şəxs qismində saxlanılıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) ilə cinayət işi başlanılıb, istintaq davam etdirilir.
Polis əri tərəfindən şöbədə qətlə yetirilən qadının qardaşı gizlinləri açdı - FOTOPolis əri tərəfindən şöbədə qətlə yetirilən qadının qardaşı gizlinləri açdı - FOTOPolis əri tərəfindən şöbədə qətlə yetirilən qadının qardaşı gizlinləri açdı - FOTOPolis əri tərəfindən şöbədə qətlə yetirilən qadının qardaşı gizlinləri açdı - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 12413   Tarix: 01 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Vaksinasiyadan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırıldı

Fransada koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən üç min səhiyyə işçisi vəzifəsindən kənarlaşdırılıb. -a istinadən xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Olivye Veran bildirib. Onun sözlərinə görə, müvafiq tədbir müvəqqəti xarakter daşıyır. Belə ki, qeyd olunan əməkdaşların çoxu artı

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

Skuterdə gəzən it və pişik "Ginnesin Rekordlar Kitabı"na düşdü - FOTO - VİDEO

Kanadadan Lollipop adlı it və Saşimi adlı pişik skuterdə beş metr məsafəni qət etməklə "Ginnesin Rekordlar Kitabı"na düşüb. Filmlər və şoular üçün heyvanları təlim edən Melissa Millett Lollipop və Saşiminin skuter sürməyi xoşladıqlarını, lakin adətən bunu tək-tək həyata keçirdiklərini deyib

17 sentyabr 2021
.

Hacı Zeynalabdin Tağıyevin qız məktəbi açmasına kimlər mane olurdu? – VİDEO

Məşhur filmdə deyildiyi kimi, ona elə təklif edəcəm ki, yox deyə bilməsin. Bakı milyonçusu, mesenat Hacı Zeynalabdin Tağıyev də II Nikolayın həyat yoldaşı Aleksandra Fyodorovnaya elə hədiyyə göndərib, elə təklif etmişdi ki imperator şərqdə ilk qız məktəbinin açılmasına yox deyə bilməmişdi. Üstəlik, açılaca

17 sentyabr 2021
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18 sentyabr 2021
.

Azərbaycanda Təcili Yardımla pişik üstündə dava - VİDEO

Təcili Tibbi Yardımın operatoru ilə vətəndaşın səs yazısı sosial şəbəkələrdə müzakirəyə səbəb olub. Kimi təcili yardım operatorunu günahlandırıb, kimi isə zəng edən şəxsi qeyri-ciddilikdə qınayıb. xəbər verir ki, yayılan səs yazısına aydınlıq gətirilməsi üçün BAKU TV Təcili Tibbi Yardımla əlaqə saxlayıb

17 sentyabr 2021
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18 sentyabr 2021
.

Prezident Xalq artistinə mənzil verdi

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Xalq artisti, görkəmli tarzən Vamiq Məmmədəliyevə mənzil verib. Bu barədə Xalq artisti özü sosial şəbəkə hesabında məlumat verib. O qeyd edib ki, 75 illik yubileyi münasibəti ilə bağlı mənzil şəraitinin yaxşıllaşdırılaması üçün İlham Əliyev tərəfində

17 sentyabr 2021
.

Vətən müharibəsinin 22 iştirakçısı polis oldu

Sentyabrın 17-də daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun iştirakı ilə keçirilən respublikanın şəhər, rayon polis orqanlarında sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan gənclərin növbəti sıra baxışı keçirib. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

17 sentyabr 2021