Xərçəngdən əziyyət çəkən Xüsusi Təyinatlı komandirlə bağlı XOŞ XƏBƏR
Xərçəngdən əziyyət çəkən Vətən Müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı kəşfiyyat bölüyünün komandiri, baş leytenant Qəzənfər Ağayev Türkiyədə səhhəti ilə bağlı müsbət cavab alıb.
YAŞAT Fondundan "Qafqazinfo"ya bildirilib ki, Vətən müharibəsində yaralanan, habelə xərçəng xəstəliyindən əziyyət çəkən qazi Ağayev Qəzənfər Mahmud oğlu fond tərəfindən sentyabrın 26-da Türkiyəyə göndərilib. Müayinələrin nəticəsinə əsasən, həkimlər tərəfindən ölkəmizdə aparılan müalicənin effektiv nəticə verməsi bildirilib, hazırda onda xərçəng hüceyrələri aşkar edilmədiyi barədə rəy verilib.
Eyni zamanda şəxs dərman vasitələri ilə də təmin edilib. Xəstəliyin yenidən yaranıb-yaranmamasını yoxlamaq məqsədilə 4 ay sonra müayinə edilməsi üçün Türkiyəyə göndərilməsi məqsədəuyğun görülüb.
Qəzənfər Ağayevin atası Mahmud Ağayev də saytımıza açıqlamasında təsdiqləyib ki, artıq ölkəyə qayıdıblar və hazırda oğlunun vəziyyəti yaxşıdır, müalicəsi ev şəraitində davam etdiriləcək.
Qeyd edək ki, 25 yaşlı Vətən Müharibəsi Qəhrəmanı Ağdərə istiqamətində gedən döyüşlərdə aldığı xəsarətə görə yaranan xəstəlik səbəbindən hazırda ordu sıralarından tərxis olunma müddətindədir. Müharibədən qayıtdıqdan sonra səhhətində ciddi problemlər yaranıb.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1917 Tarix: 01 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Küləklə bağlı - Xəbərdarlıq
Noyabrın 13-də küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Xızıda sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi əsəcək, küləyin sürət
12 noyabrGeneral Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabrEvdə halı pisləşən 25 yaşlı qız öldü
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay
12 noyabrMənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA
Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında
12 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabr