"Döyülən qadınları müdafiə edəndə təhqir olundum"

"Döyülən qadınları müdafiə edəndə təhqir olundum"Aparıcı Xoşqədəm Hidayətqızı Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı İsmayıl Məmmədovun 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq arvadı Xanım Məmmədovanı qəsdən öldürməsi ilə bağlı paylaşım edib.
Sonxeber.az xəbər verir ki, hadisəyə münasibət bildirən aparıcı dəfələrlə əri tərəfindən döyülən qadınların ona müraciət etdiyini bildirib:

"Daha bir qadın əri tərəfindən, həm də polis şöbəsində uşaqlarının gözü önündə qətlə yetirilir… Polis şöbəsində polis olan ər öz xidməti silahı ilə həyat yoldaşını öldürür, bir gün öncə isə "dubinka"yla onu vəhşicəsinə döyür. Budurmu kişilik?! Zəif, gücsüz bir qadına əl qaldırmaq, öldürmək kişilikdirmi? İşgəncədən bezib, polisə şikayət etməsini namusunamı sıgışdırmadın, ay kişi? Bəs, namusunu insanların gözü önündə döyərkən, öldürərkən, bağlı qapılar arxasında saxlayarkən o namus, vicdan yadına düşmədimi, səni narahat etmədimi? Körpələrin yanında günahsız bir qadını öldürərkən namuslumu oldun? Sənin olmayan vicdanına lənət... İndi kiminsə, çıxıb ortaya ölən bir qadının namusunu ləkələyər, hər zaman bu cür olub. Əxlaqsız idi, ona görə öldürdü və sair...

12 ildir rəhbəri olduğum layihəyə müraciət edən sənin kimi ərlərin işgəncəsindən qurtulmaq istəyən yüzlərlə qadınla qarşılaşdım: Ayıbdır, boşana bilməzsən deyib, valideynləri tərəfindən ər evinə qaytarılan bəxtsiz gəlinlər mənim üstümə qaçıb kömək istəyirdilər. Mən onları müdafiə edərkən nə təhqirlərə məruz qalmadım. Bax, bu ölümlərdən o gəlinləri qorumaq ücün müdafiə edirdim və hər zaman da edəcəm.

Bir onu bilirəm ki, sənin kimi kişilərə güllələnmə verilməyənə qədər qətlə yetirilən, ailəsi tərəfindən qəbul edilmədiyini görüb evdən qaçan qadınlar çox olacaq. Bu manyaklara görə, ölüm hökmü bərpa edilsin. Ən azı ömürlük həbs edilməlidir"./Axşam.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2190   Tarix: 02 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Sabah 20 dərəcə isti olacaq

Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti

12 noyabr
.

Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd

12 noyabr
.

Qəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış

Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki

11 noyabr
.

Saxta zeytun yağını necə müəyyən etmək olar? - Alıcıların diqqət etməli olduğu məqamlar - QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Zeytun yağı sağlam qidalanmada geniş istifadə olunan məhsullardan biri hesab edilir. Lakin marketlərdə müxtəlif marka və qiymətlərlə satışa çıxarılan zeytun yağlarının hamısı eyni keyfiyyətə malik deyil. Bəzi məhsulların tərkibi, istehsal üsulu və saxlanma şəraiti onların keyfiyyətinə birbaşa təsir göstərir

12 noyabr
.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş (FOTO)

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyət

12 noyabr
.

Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri

Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin aşmasının anbaan görüntüləri yayılıb. -ın həmin görüntüləi təqdim edir. 12:58. Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşə

11 noyabr
.

Fəhmin Hacıyevin həyat yoldaşı vəfat etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki üz verib. -a istinadən xəbər verir ki, Fəhmin Hacıyevin xanımı Laləzar Hacıyeva uzun illər sürən ağır xəstəlikdən sonra bu səhər dünyasını dəyişib. Məlumat sosial şəbəkədə yayılıb. Allah rəhmət eləsin!. Qeyd edək ki

12 noyabr
.

Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca

12 noyabr
.

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ " platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsasl

12 noyabr