Bakıda qeyri-adi soyğunçuluq: Ər və arvadı suya atdılar - VİDEO
Bakıda soyğunçuluq hadisəsi baş verib.
Xəzər TV xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində, Xəzər dənizinin sahilində baş verib.
Dəniz kənarında istirahət edən ər və arvada yaxınlaşan üç nəfər qadının çantasını ələ keçirmək üçün qəfil qərar veriblər ki, həmin şəxsləri dənizə atıb soyğunçuluq niyyətlərini həyata keçirsinlər. Elə bu məqsədlə də 35 yaşlı Nibə Əkbərovanı suya atıb çantasını və mobil telefonunu götürüblər. Amma onun ərini suya ata bilməyiblər. Zərərçəkmiş kişi yeniyetmələrin arxasınca qaçsa da, onları tuta bilməyib.
Zərərçəkmiş Nibə Əkbərova sudan çıxan kimi 30-cu polis şöbəsinə şikayət edib. Əməliyyat-axtarış tədbirləri ilə cinayəti törətməkdə şübhəli bilinən üç yeniyetmə saxlanıb. Onlar törətdikləri əməli etiraf ediblər.
Faktla bağlı 30-cu polis şöbəsində toplanan materiala baxılması üçün rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 3551 Tarix: 02 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabah 20 dərəcə isti olacaq
Bakıda və Abşeron yarımadasında noyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 8-11 isti
12 noyabrPolad Həşimovun anasının son durumu (AÇIQLAMA)
Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd
12 noyabrQəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrNatiq Əliyevin qızından şikayətçi olan da general imiş (FOTO)
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyət
12 noyabrBakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri
Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin aşmasının anbaan görüntüləri yayılıb. -ın həmin görüntüləi təqdim edir. 12:58. Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşə
11 noyabrFəhmin Hacıyevin həyat yoldaşı vəfat etdi
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki üz verib. -a istinadən xəbər verir ki, Fəhmin Hacıyevin xanımı Laləzar Hacıyeva uzun illər sürən ağır xəstəlikdən sonra bu səhər dünyasını dəyişib. Məlumat sosial şəbəkədə yayılıb. Allah rəhmət eləsin!. Qeyd edək ki
12 noyabrƏməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca
12 noyabr