Bakının parkinq dərdi: Şəhəri maşın bazarına çevirən sürücülər - VİDEO
Bakının parkinq dərdi bitmək bilmir.
Belə ki, paytaxtın Nizami rayonu ərazisində, daha dəqiq desək "Xalqlar Dostluğu" metrosundan çıxanda insan özünü maşın bazarında hiss edir.
Piyadaların belə çətinliklə hərəkət etdiyi ərazidə avtomobillərin qanunsuz saxlanılması işləri daha da çətinləşdirir.
Ərazidə yaşayan sakinlərdən biri bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Onun sözlərinə görə, metronun çıxışı nəqliyyat vasitələri üçün dayanacaq halına gəlib:
"Bu qanunsuz dayanacaqda avtomobillərin park edilməsi üçün qanunsuz ödənişlər də alınır. Metrodan çıxan şəxslər avtomobillərə görə yan-yana yol gedə bilmir. Ümumiyyətlə, Nizami rayonu ərazisindəki metro çıxışları bu səbəbdən çox acınacaqlı vəziyyətdədir".
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əlaqə saxladıq. Agentlikdən Oxu.Az-a cavab olaraq bildirildi ki, dəfələrlə nəqliyyat vasitələrinin sahiblərinə xəbərdarlıq edilib:
"Aidiyyəti üzrə ərazidə xidmət aparan əməkdaşlarımız tərəfindən parkinq üçün ayrılmayan yerlərdə avtomobillərin qanunsuz parkinq edilməsi səbəbindən protokol tərtib edilib".
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Oxu.Az-a açıqlamasında bildirib ki, sürücülər avtomobillərini istədikləri yerdə saxlaya bilməzlər:
"Sürücülərin üzərinə çox böyük məsuliyyət düşür. Onlar tək özlərini deyil, başqa sürücüləri də düşünməlidir. Nə qədər yol polisi əməkdaşı ərazidə xidmət aparmalıdır və inzibati tənbeh tədbiq etməlidir ki, bunların qarşısı alınsın? Azərbaycanda dünyanın altı inkişaf etmiş ölkəsində tətbiq edilən "I-Patrul" xidməti tətbiq edilir. Hətta bu gün də yol polisinin xidməti ərazisi 5-7 km aralığında olduğu halda 13-18 km aralığında əraziyə nəzarət edir. İnzibati tənbeh tədbirləri ilə yanaşı profilaktik tədbirlər də aparır. Lakin bütün bunlara rəğmən bu cür qanunsuz parkinq edən sürücülər görülən işlərə kölgə salır. Hesab edirəm ki, hərəkətin təhlükəsizliyinin təmin edilməsi yol polisi əməkdaşlarının xidməti ilə əlaqəlidirsə, digər hərəkət iştirakçıları da öz məsuliyyətini dərk etməlidir. Bu və ya buna bənzər faktların azalması üçün avtomobil sürücülərinin nəzərinə çatdırıram ki, yol hərəkəti zamanı şəxsi mənafelərini qanunlardan üstün tutmasınlar".
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1058 Tarix: 04 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
"Bakı Metropoliteni" QSC və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) birgə məlumatına əsasən, xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişinlər üçün əlavə hərəkət imkanlarının yaradılması və nəqliyyat axınlarının daha səmərəli təşkili məqsədilə sentyabrın 23-dən "Xocəsən"
22 sentyabrPaytaxtın iki böyük bağı birləşdirildi
"Mərkəzi Nəbatat Bağı" və "Dendrologiya Bağı" publik hüquqi şəxslər Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində "Mərkəzi Nəbatat və Dendrologiya Bağı" Məhdud Məsuliyyətli Cəmiyyətinə çevrilmə yolu ilə yenidən təşkil ediləcək. xəbər verir ki, bununla bağlı Baş nazi
23 sentyabrPaytaxtda anım gününə həsr edilən ağacəkmə aksiyası keçirilib
Bakı Şəhər İcra Hakimiyyəti və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə həsr edilən ağacəkmə aksiyası təşkil edilib. Paytaxtın Qaradağ rayonunda, Salyan şossesi boyunca keçirilən aksiyada Bakı Şəhər İcra Hakimiyyətlərinin rəhbərliyi, əməkdaşlar
23 sentyabrBakı Dövlət Universitetinin giriş qapısında niyə izdiham yarandı?
Bakı Dövlət Universitetinin (BDU) giriş qapısında izdihama aydınlıq gətirilib. -ın sorğusuna cavab olaraq BDU-nun Mətbuat Xidmətindən bildirilib ki, izdiham növbələrarası tələbə axını ilə bağlı olub. "Növbələrarası vaxtda adətən tələbə axını çox olur, amma bu hərəkət tənzimlənir və tələbələr dərs
22 sentyabrBu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Sərnişinlərin ödənişsiz fəaliyyət göstərəcək "Avtovağzal" və "Xocəsən" metrostasiyalarından rahat istifadə edə bilməsi üçün AYNA tərəfindən bu stansiyalar müntəzəm marşrutlar üçün aralıq dayanacaq məntəqəsi kimi müəyyən edilib. xəbər verir ki, bu barədə AYNA məlumat yayıb. Bildirili
22 sentyabr"Gözlərim açıq qalır" - Estetik əməliyyatdan sonra qadının şok iddiası
Estetik əməliyyatdan sonra gözlərində ciddi problemlərin yarandığını iddia edən qadın həkimdən şikayətçidir. APA TV-yə istinadla xəbər verir ki, Aygün Məhəmmədova keçirdiyi göz qapağı əməliyyatından sonra gözlərinin tam bağlanmadığını və bu səbəbdən quruluq və sulanma kimi problemlərlə üzləşdiyini iddi
23 sentyabrÇingiz Mustafayevin çəkdiyi Ləfxanım yenidən Xocalıya qayıtdı - Video
Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Çingiz Mustafayevin Xocalı soyqırımı zamanı lentə aldığı kadrlarla yaddaşlarda qalan Ləfxanım Mahmudova 34 ildən sonra doğma yurduna, Xocalıya qayıdıb. Bu barədə "Qafqazinfo"ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti v
24 sentyabr