Uşaqlar məktəbə 5 yaşlarında gedəcəklər? - AÇIQLAMA

Uşaqlar məktəbə 5 yaşlarında gedəcəklər? - AÇIQLAMATəhsil naziri Emin Əmrullayev uşaqların 5 yaşdan məktəbə getmələrini təklif edib. Bu isə valideynlərin narazılığına səbəb olub.

Məsələ ilə bağlı Sonxeber.az-a Təhsil eksperti Kamran Əsədov açıqlama verib.

O, məktəbə hazırlığı təhsilin bir pilləsi olaraq qəbul etmədiklərini, 12 illik təhsilə keçmək üçün hazırlığın icbari olacağını bildirib:

"Qeyd edim ki, 2013-cü ildə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmiş təhsil inkişafı üzrə dövlət staregiyasına görə, Azərbaycan 12 illik təhsilə keçməlidir.

12 illik təhsilə keçid deyəndə hər kəs fikirləşirdi ki, 1 il əlavə oxumaq lazım olacaq. Əvəzində isə hörmətli təhsil naziri vəziyyətin həm çıxış yolu kimi, həm də öyrənmənin daha erkən yaşa çəkilməsi üçün uşaqları kiçik yaşlardan təhsilə cəlb etməliyi təklif edib.

Bu, çox doğru yanaşmadır. Təhsili öndə olan dünya reytinqli ölkələrdə təhsilə cəlb edilmə daha erkən yaşlarda başlayır.

Bu, ölkənin iqdisadi inkişafı üçün çox vacib amildir. Digər tərəfdən, uşaqları daha az yaşlarda məktəbə cəlb edilən ölkələrdə vətəndaşlar daha xoşbəxt, uğurlu və karyerada rahat irəlləyiş əldə edə bilirlər.

Əslində Azərbaycanda 2016-cı ildən təhsilə 5 yaşdan cəlb edilmə tətbiq edilib. O ildən ölkədə məktəbə hazırlıq qrupları var və şagirdlər könüllü olaraq kiçik yaşdan məktəbə cəlb edilirlər.

Ölkənin 2900 məktəbində 90 min şagird 5 yaşından məktəbə hazırlıq qruplarına cəlb olunur.

Baxırıq ki, məktəbə hazırlıq qruplarına gedən uşaqla getməyən uşaqların tədris göstəricisi kifayət qədər fərqlidir. 5 yaşdan gedənlər daha uğurludurlar, mənimsəmələri daha yaxşıdır.

Hesab edirəm ki, uşaqlar 5 yaşda məktəblərə cəlb edilsə, bu, orta məktəbdə müəllimlərin sayının artmasına, iş yerlərinin olmasına, ölkə iqdisadiyyatının daha da inkişaf etməsinə gətirib çıxaracaq.

Yaponiyada, Cənubi Koreyada, Sinqapurda, Avropa ölkələrində bu model artıq tətbiq edilir.

Reallıq ondan ibarətdir ki, valideynlər narahatdırlar. Amma həmin valideyinlər övladlarını 2-3 yaşdan etibarən uşaq bağçalarına qoyurlar. Bu gün monitorinq aparsaq görərik ki, 3 ya 4 yaşda uşaqların bəziləri valideynlərinin təkidi ilə oxumağı, yazmağı, şeir əzbərləməyi bilirlər.

Sadəcə nazirimizin "uşaqları erkən yaşdan məktəbə cəlb etmək lazımdır" fikri ibtidai sinif proqramlarının yumşaldılmasına hesablanıb. Bu gün hər birimiz ibtidai siniflərdə tədris proqramlarının ağırlığını bilirik və narahatıq. Amma biz artıq birinci sinfin işini daha erkən yaşda uşaqlara çatdırmalı olacağıq.

Bu gün icbari təhsil 6 yaşdandır, amma biz 5 yaşdan etibarən bunu uşaqlara aşılasaq, artıq uşaqlar o yaşda oxumağı, yazmağı biləcəklər, ibtidai sinif proqramı isə sadələşəcək.

Bu gün biz məktəbə hazırlığı təhsilin bir pilləsi olaraq qəbul etmirik. 12 illiyə keçmək istəyiriksə, artıq məktəbə hazırlıq icbari olmalıdır.

Öyrənmənin daha erkən yaşlara çəkilməsində heç bir problem yoxdur. Onsuz da bu gün uşaqlar hazırlıqlara gedirlər. Valideynlərin də əmək fəaliyyəti ilə məşğul olmaq üçün kifayət qədər vaxtları olacaq".

ZAİRA AKİFQIZI


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2317   Tarix: 04 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA

Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında

12 noyabr
.

Evdə halı pisləşən 25 yaşlı qız öldü

Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay

12 noyabr
.

Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi

Lənkəran rayonunda kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıblar. xəbər verir ki, rayonun Osaküçə kənd sakinləri olan bir ailə səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət ediblər. Göstərilən tibbi yardımlardan sonr

12 noyabr
.

Maşında musiqiyə qulaq asanlar cərimələnəcək

Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd

12 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Fəhmin Hacıyevin həyat yoldaşı vəfat etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki üz verib. -a istinadən xəbər verir ki, Fəhmin Hacıyevin xanımı Laləzar Hacıyeva uzun illər sürən ağır xəstəlikdən sonra bu səhər dünyasını dəyişib. Məlumat sosial şəbəkədə yayılıb. Allah rəhmət eləsin!. Qeyd edək ki

12 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr