Telman İsmayılov 3 il polisdən necə gizlənib?
Moskvada "Çerkizovski" bazarının keçmiş sahibi, azərbaycanlı milyarder Telman İsmayılovun Podqoritsa Ali Məhkəməsi tərəfindən həbs edilməsi ilə bağlı yeni təfərrüat məlum olub.
"Qafqazinfo" xəbər verir ki, bu barədə "Kommersant" yazıb. Məlumatda qeyd olunur ki, Telman İsmayılov təxminən üç il ərzində Monteneqronun paytaxtında kirayə götürdüyü malikanədə yaşayıb. Monteneqronun yerli hakimiyyət orqanları isə biznesmenin ölkədə olduğundan xəbərdar olublar. Lakin Monteneqro onun İnterpol tərəfindən axtarışda olmasına baxmayaraq, buna heç bir şəkildə reaksiya verməyib.
Həmçinin bildirilir ki, T. İsmayılovun yaşadığı malikanə ölkə polisinin və Daxili İşlər Nazirliyinin binasının çox yaxınlığında yerləşir:
"Biznesmen mühafizədən istifadə etmirdi, adi həyat tərzi yaşayaraq heç kimdən gizlənmirdi. Yerli rəhbərlik İsmayılovun ölkədə olduğunu bilirdi. Biznesmenin İnterpol tərəfindən axtarışda olmasına baxmayaraq, onunla bağlı suallar yaranmayıb. Bu cür sadiqlik iş adamının Monteneqro rəsmiləri ilə qurduğu şəxsi əlaqələrinə əsaslanır. Misal üçün, məlumdur ki, ölkə Prezidenti Milo Cukanoviç Telman İsmayılovun Türkiyədəki "Mardan Palace" otelində qonaq olub. Bununla əlaqədar olaraq, Monteneqro parlamentində artıq Telman İsmayılov ilə ölkə rəhbərliyi arasında əlaqəni araşdırmaq təklif olunub".
Telman İsmayılovun vəkili Marina Rusakovanın sözlərinə görə, iş adamı həbs olunmazdan bir neçə ay əvvəl Monteneqro hökumətinə siyası sığınacaq üçün müraciət edib. Vəsatətə baxılması noyabrın 12-də baş tutmalı idi.
Rusakova bildirib ki, müvəkkilinin məsələsinə müğənni Avram Russonun qaçırılması ilə bağlı açılan cinayət işinin ikinci hökmü və Ali Məhkəmənin iyun ayında başqa bir iş (sahibkarlar Vladimir Savkin və Yuri Brilevin qətlə yetirilməsi) üzrə hökmü yenidən nəzərdən keçirməkdən imtina etməsi təsir edib. Qeyd olunur ki, Telman İsmayılov hər iki cinayət işində sifarişçi olaraq təqsirli bilinir. Cinayət əməllərinin T.İsmayılovun qohumları tərəfindən təşkil olunduğu qeyd olunur.
Qeyd edək ki, Telman İsmayılov bir neçə cinayət işində, o cümlədən iki sahibkarın qətlində ittiham olunur və 2017-ci ildə qiyabi həbs edilib. O, Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1480 Tarix: 04 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Mənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA
Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında
12 noyabrEvdə halı pisləşən 25 yaşlı qız öldü
Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay
12 noyabrLənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi
Lənkəran rayonunda kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıblar. xəbər verir ki, rayonun Osaküçə kənd sakinləri olan bir ailə səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət ediblər. Göstərilən tibbi yardımlardan sonr
12 noyabrMaşında musiqiyə qulaq asanlar cərimələnəcək
Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd
12 noyabrQırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabrFəhmin Hacıyevin həyat yoldaşı vəfat etdi
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki üz verib. -a istinadən xəbər verir ki, Fəhmin Hacıyevin xanımı Laləzar Hacıyeva uzun illər sürən ağır xəstəlikdən sonra bu səhər dünyasını dəyişib. Məlumat sosial şəbəkədə yayılıb. Allah rəhmət eləsin!. Qeyd edək ki
12 noyabrİntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabr9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabr