Beş dəfə evləndi, həbsxanada yatdı, həkimlər ölümünə bais oldu - Xalq artistinin hekayəti

Beş dəfə evləndi, həbsxanada yatdı, həkimlər ölümünə bais oldu - Xalq artistinin hekayətiBu gün Xalq artisti Hacıbaba Bağırovun anım günüdür.

Hacıbaba Bağırovun atası Ağarza "Passaj" bazarının direktoru olub. Həmçinin uzun illər "Muskomediya"nın inzibatçısı işləyib. Anası Sona xanım isə Cəbrayılın Qumlaq kəndindən olan Cəlal bəyin qızıdır. Məlumata görə, sənətkarın ana nənəsi polyak olub. Onlar ötən əsrin əvvəlində Cəlal bəylə Polşada evlənib Cəbrayıla köçüblər.

***

1947-ci ildə orta məktəbi bitirən gənc Hacıbaba Azərbaycan Dövlət Akademik Dram Teatrı nəzdindəki aktyor studiyasına üz tutub. Üç ildən sonra Lənkəran Dövlət Dram Teatrında müstəqil fəaliyyətə başlayıb. Hacıbaba Bağırovun tanınmış aktyor kimi yetişməsində ən böyük rolu isə Opera və Balet Teatrında uzun illər rejissor olmuş Soltan Dadaşov oynayıb.
Beş dəfə evləndi, həbsxanada yatdı, həkimlər ölümünə bais oldu - Xalq artistinin hekayətiAktyorun həyatında daha bir maraqlı məqam onun Biləcəri deposunda maşinist köməkçisi işləməsidir. Qeyd edək ki, aktyor 1953-cü ildə Azərbaycan Dəmiryol Məktəbini bitirib.

***

Sənətkar 5 dəfə rəsmi nikahda olub və bu nikahların üçündən övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Sənətkarın ikinci evliliyi Leyla adlı qadınla baş tutub və Lalə adlı qızı dünyaya gəlib. Üçüncü dəfə əslən Şamaxıdan olan həkim xanımla ailə həyatı qurub. Almaz adlı bu qadın Qanköçürmə İnstitutunda həkim işləyirmiş. Almaz xanımla Hacıbaba Bağırovun ailə münasibətləri daha uzunömürlü olub və onlar 15 ilə yaxın bir evdə yaşayıblar. Xalq artistinin bu nikahdan övladı olmayıb. Aktyorun 80-ci illərin sonunda ailə həyatı qurduğu Tamara xanım isə Bakıdakı 4 saylı çörək zavodunun direktoru imiş. Sənətkar Tamara xanımın qızlarını rəsmən öz övladı hesab edib və "Bağırov" soyadına keçirib. "Şirbalanın məhəbbəti" filmində Şirbalanın uşaqlarından ikisi məhz həmin qızlardır. Sənətkarın sonuncu evliliyi özündən 37 yaş kiçik olan Arzu xanımla baş tutub. Onun bu evlilikdən Şölə adlı qızı doğulub.
Beş dəfə evləndi, həbsxanada yatdı, həkimlər ölümünə bais oldu - Xalq artistinin hekayətiAktyorun şəxsi həyatı barədə danışanlar mərhum aktrisa Lütfiyyə Səfərova ilə də eşq macərası yaşadığını bildirirlər. Ancaq sənətkarın bəzi dostları iddia edir ki, bu, yalandır və onların arasında heç bir şəxsi münasibət olmayıb. Sənət yoldaşları onu təxminən belə xarakterizə edirlər: "O, iki şeyi çox sevirdi: Qadınlarla münasibət qurmağı və gözəl geyinməyi..."
Beş dəfə evləndi, həbsxanada yatdı, həkimlər ölümünə bais oldu - Xalq artistinin hekayətiHacıbaba Bağırov müxtəlif dönəmlərdə teatrda gecələməli olub. Qısaca desək, bu gün hər kəsin korifey adlandırdığı sənətkar evsiz imiş. Bu dönəmlərdən birincisi Leyla adlı xanımdan ayrılıb Tamara Ocaqova ilə ailə həyatı qurana qədər olub. Almaz xanımla ailəli olanda isə o, həmkarı, Xalq artisti Siyavuş Aslanın qardaşı Rəsul Aslanovun evində kirayədə yaşayıb. Nəsibə Zeynalova Bakı şəhər sovetinin o vaxt ki sədri Aydın Məmmədovun yanına gedib xahiş edəndən sonra aktyora birotaqlı mənzil verilir və o, bu evdə Almaz xanımla yaşayıb. Onunla ayrılanda isə heç bir iddia qaldırmır və yalnız pencəyini götürərək, evdən çıxır. Aktyorun teatrda gecələdiyi ikinci dönəm isə Tamara Ocaqova ilə boşanandan sonra olur. Sonuncu həyat yoldaşı Arzu Bağırova ilə ailə qurana qədər aktyor teatrda yatırmış. Yalnız bundan sonra ümummilli lider Heydər Əliyevin göstərişi ilə sənətkara Bakı şəhərində mənzil verilir. Bu gün həmin mənzil Hacıbaba Bağırovun sonuncu ailəsinə məxsusdur.
Beş dəfə evləndi, həbsxanada yatdı, həkimlər ölümünə bais oldu - Xalq artistinin hekayətiYəqin, Hacıbaba Bağırovun əllərindəki "nakolka"ları görmüşdünüz. Çoxları bilmir ki, o, ömrünün dörd-beş ilini dəmir barmaqlıqlar arasında keçirib. Belə ki, sovet dövründə hərbi xidmətdən qaçan Hacıbaba fərari kimi həbsə məhkum edilib. Amma bu, onun həbsxana həyatı ilə ilk və son "ünsiyyəti" olub.

***

Uzun illər dost olduğu Siyavuş Aslanla küsülü olublar. Onların mübahisəsi Musiqili Komediya teatrında direktorluq vəzifəsi üstündə yaranıb. Bir müddət sonra Hacıbaba Bağırov direktor olub, Siyavuş Aslan bədii rəhbər. Siyavuş Aslan isə bu səbəbdən küsüb Akademik Milli Dram Teatrına gedir. Nəsibə Zeynalovanın 75 illik yubileyində hər ikisi gəlib, "Hicran" tamaşasından qısa bir səhnəcik göstəriblər. Burada barışıblar, amma o demək deyil ki, onlar tam barışmışdılar.
Beş dəfə evləndi, həbsxanada yatdı, həkimlər ölümünə bais oldu - Xalq artistinin hekayətiXalq artistinin ölümü qəfil olub. Onikibarmaq bağırsağın iltihabı diaqnozu ilə xəstəxanaya aparılır. Qəfildən belindən başlayan ağılar, ayağına keçir. Həkimlər müxtəlif diaqnoz qoyurlar. Ona elə dərmanlar yazırlar ki, 60 yaşdan sonra qəbul etmək olmazmış. Doza həddi aşılandan sonra aktyorun həzm orqanlarında qanaxma başlayır. Xalq artisti 2006-cı il oktyabrın 4-də 74 yaşında dünyasını dəyişir. Onun xəstəliyinin nə olduğunu tapa bilmədilər.
Beş dəfə evləndi, həbsxanada yatdı, həkimlər ölümünə bais oldu - Xalq artistinin hekayətiSənətkarın həyat yoldaşı Arzu xanım aktyorun son günlərini belə xatırlayır:

"Mənə dedi, "balam yetim qaldı" və gözlərini yumdu. Bu, onun son kəlməsi oldu. Ona ürək-dirək verdim. "Dedim, onun sənin kimi atası, mənim kimi anası var, heç vaxt yetim qala bilməz, bundan əmin ol". Amma o, gözlərini açmadı. Həkim mənə dedi, gözlərini açmayacaq. Əli əlimdə idi. Əlimi buraxmırdı. Sıxmışdı. Əllərini öpdüm. Yalvardım ona, dedim, "əgər məni sevirsənsə, gözlərini aç, gözlərini görmək istəyirəm". Bütün gücü ilə gözlərini açdı, mənə baxdı və təzədən yumdu...bir daha açmadı".

Mənbə: Kulis.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2646   Tarix: 04 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Mənşəyi bilinməyən toyuq əti hansı təhlükələri yaradır? - EKSPERTDƏN AÇIQLAMA

Zabrat qəsəbəsindəki ət emalı müəssisəsində mənşəyi məlum olmayan və müşayiətedici sənədləri olmayan toyuq ətinin aşkarlanması qida təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirir. Mənşəyi və saxlanma şəraiti bilinməyən məhsullar bakterial çirklənmə, qida zəhərlənməsi və müxtəlif infeksiyalar baxımında

12 noyabr
.

Evdə halı pisləşən 25 yaşlı qız öldü

Sumqayıt şəhərində gənc qız müəmmalı şəkildə vəfat edib. "Qafqazinfo" xəbər verir ki, hadisə noyabrın 11-i saat 12 radələrində Hacı Zeynalabdin qəsəbəsində baş verib. 2001-ci il təvəllüdlü Fəxriyyə Məmmədova halı pisləşdiyi üçün təcili tibbi yardım avtomobili ilə yaşadığı evdən xəstəxanay

12 noyabr
.

Lənkəranda bir ailənin nədən zəhərləndiyi bilindi

Lənkəran rayonunda kütləvi zəhərlənmə ilə bağlı xəstəxanaya müraciət edənlərin hamısı evə buraxılıblar. xəbər verir ki, rayonun Osaküçə kənd sakinləri olan bir ailə səhər saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının İnfeksion Xəstəliklər Şöbəsinə müraciət ediblər. Göstərilən tibbi yardımlardan sonr

12 noyabr
.

Maşında musiqiyə qulaq asanlar cərimələnəcək

Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd

12 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Fəhmin Hacıyevin həyat yoldaşı vəfat etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki üz verib. -a istinadən xəbər verir ki, Fəhmin Hacıyevin xanımı Laləzar Hacıyeva uzun illər sürən ağır xəstəlikdən sonra bu səhər dünyasını dəyişib. Məlumat sosial şəbəkədə yayılıb. Allah rəhmət eləsin!. Qeyd edək ki

12 noyabr
.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

9 gün iş olmayacaq

2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar

11 noyabr