"İran heç vaxt bizə qarşı səmimi olmayıb" - Deputatdan AÇIQLAMA

"İran heç vaxt bizə qarşı səmimi olmayıb" - Deputatdan AÇIQLAMA"İranın Cənubi Qafqaza yönəlik siyasətini, təəssüflər olsun ki, sülhpərvər siyasət adlandırmaq olmaz".

Bu sözləri Sonxeber.az-a danışan deputat Nəsib Məhəməliyev bildirib.

Deputat qeyd edib ki, üzdə müsəlman həmrəyliyindən, din qardaşlığından, mehriban qonşuluqdan danışaraq, əməldə işğalçı Ermənistana hərtərəfli dəstək vermək siyasi riyakarlıqdır:

"Ən azından ona görə ki, həmin işğalçı sənin dinini təhqir edir, məscidləri dağıdır, orada donuz otarır. Müsəlman uşaqlarını, qadınları qətlə yetirir. Müqəddəs Qurani-Kərimdə də qeyd olunduğu kimi, müsəlman müsəlmanın yanında olmalıdır. Cənub qonşumuz zalımın yanında olduğunu heç zaman gizlətmədi. İran heç vaxt bizə qarşı səmimi olmayıb.

Cəbrayıl rayonuna səfəri çərçivəsində, ən kritik anlarda belə, səbrini, təmkinini qorumağı bacaran ölkə başçımız İranın son təxribatlarına münasibət bildirmək məcburiyyətində qaldı. Azərbaycanın hər zaman qonşuluq prinsiplərinə sadiq qalmasına baxmayaraq, qarşı tərəf bu dostluğu, alicənablığı lazımınca qiymətləndirməyi bacarmayıb. Əksinə, uydurulmuş, əsassız ittihamlarla ölkəmizə qarşı böhtanlar atmaqla məşğuldurlar. Cənab Prezident haqlı olaraq, fakt, dəlil-sübut tələb edir. İttiham səsləndirirsənsə, sübut etməlisən. Münaqişə vəziyyətində olan qonşulara münasibətdə haqqın, ədalətin yanında olmalısan. Heç olmasa, neytrallıq nümayiş etdirməlisən. Yalnız belə olan halda sən böyük ola bilərsən. sənə hörmətlə yanaşarlar. Təəssüflər olsun ki, bu ölkə böyük, ədalətli, dürüst, mehriban qonşu olmağı bacarmadı. Məhz ona görə də, Ermənistanı çıxmaq şərti ilə, bütün qonşuları, İslam dünyası, ümumiyyətlə, dünyanın əksər ölkələri ilə gərgin münasibətdədir, sanksiyalardan əziyyət çəkir, təbiii sərvətlərin bolluğuna baxmayaraq, əhalisi yoxsulluq içində yaşayır".

Deputat vurğulayıb ki, İranın apardığı siyasət, regionun təhlükəsizlik sisteminə təhdiddir və gərginliyi artırır:

"İnanmaq istərdim ki, İran bölgədə yaranmış yeni reallıqları normal qəbul edəcək və sülhün yaranmasında öz töhfəsini verəcək".

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2754   Tarix: 06 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Vəfat edən rəisin yerinə müavini gətirildi (FOTO)

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə yeni rəhbər təyin edilib. Qaynarinfo-nun məlumatına görə, bu vəzifəyə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Sadıxov Əlisultan Sənan oğlu gətirilib. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyə

12 noyabr
.

Azərbaycanda ən çox və ən az maaş verilən sahələr

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri

12 noyabr
.

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ " platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsasl

12 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca

12 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr