Bakıda qonşunun azyaşlı uşağına qarşı əxlaqsızlıq edən şəxs hər şeyi etiraf etdi

Bakıda qonşunun azyaşlı uşağına qarşı əxlaqsızlıq edən şəxs hər şeyi etiraf etdiBu ilin 31 may tarixində Bakı şəhər Xəzər rayonu Şimal DRES qəsəbəsi, Starçuk küçəsində azyaşlıya qarşı əxlaqsızlıq etmiş şəxs barəsində açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Sonxeber.az Publika.az-a istinadən xəbər verir ki, Xəzər rayon Məhkəməsində Vitali Alekseyev (şərti) barəsində Cinayət Məcəlləsinin 153.2-ci (əxlaqsızlıq-yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi üzrə açılmış cinayət işi ilə bağlı keçirilmiş məhkəmədə təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edib:

"Çox peşmanam, vəziyyətin bu yerə gəlib çıxmasına görə mənəvi əzab çəkirəm, sarsıntı keçirirəm. Həm Uğurdan (şərti), həm də onun valideynlərindən üzr istəyirəm, bağışlanmağımı xahiş edirəm və söz verirəm ki, həmin məhəllədən başqa yerə köçüb gedəcəyəm. Himayəmdə yetkinlik yaşına çatmayan bir uşağım var. Bütün bunların nəzərə alınaraq mənə yüngül cəza verilməsini xahiş edirəm".

Məhkəmə prosesində məlum olub ki, Vitali elektrik-santexnik ustası kimi çalışıb. O, uzun illərdir tanıdığı qonşusunun evində təmir işləri ilə məşğul olarkən ev sahibinin mağazaya getməsindən istifadə edərək onun 7 yaşlı oğluna qarşı əxlaqsız hərəkətlər edib. Etdiyi hərəkətin mahiyyətini tam anlamayan azyaşlını qucağına otuzduran usta ona müxtəlif hərəkətlər edərək və etdirərək cinsi ehtirasını pozğuncasına təmin edib. Hadisədən bir neçə gün sonra azyaşlı Vitalinin hərəkəti barədə anasına danışıb və polisə məlumat verilib.

Azyaşlının atası məhkəməyə ifadəsində hadisə baş verən gün Vitalinin hərəkətlərindən, xüsusilə axşam evə gedərkən onun uşağı özü ilə evinə oynamaq adı ilə aparmaq istəməsindən şübhələndiyini deyib.

Məhkəmə Vitalinin 2 il müddətinə azadlıqdan məhrum edilməsinə hökm edib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1433   Tarix: 06 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Vəfat edən rəisin yerinə müavini gətirildi (FOTO)

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə yeni rəhbər təyin edilib. Qaynarinfo-nun məlumatına görə, bu vəzifəyə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Sadıxov Əlisultan Sənan oğlu gətirilib. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyə

12 noyabr
.

Azərbaycanda ən çox və ən az maaş verilən sahələr

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri

12 noyabr
.

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ " platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsasl

12 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca

12 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr