Şadlıq saraylarında qiymətlər bahalaşıb? - SORĞU
Sabahdan Səfər ayı başa çatır. Məhərrəm və Səfər ayının bitməsi ilə də ölkədə toy mövsümü yenidən başlayır.
Lakin qarşıdakı aylarda toy etmək istəyənlərin bir çoxu qiymətlərdən narazıdır. Onların bildirdiyinə görə, bəzi şadlıq sarayları qiymətləri adambaşına 10 manat bahalaşdırıb. Bu da toy sahibinin 2000-3000 manat əlavə xərcə düşməsi deməkdir.
Sonxeber.az bildirir ki, Trend mövcud qiymətləri, həm də yeni mövsümdə sifarişlərin sayının çox olub-olmadığını öyrənmək üçün paytaxtda yerləşən bir neçə şadlıq sarayı arasında sorğu keçirib.
"Şahənşah" şadlıq sarayından Trend-ə bildirilib ki, pandemiyadan əvvəl restoranda üç növ menyu olub: "Menyudan asılı olaraq qiymətlər 40-50-60 manat arasında dəyişirdi. Operativ Qərargahın qərarına görə, iyulun 1-dən toylara 150 nəfərdən artıq şəxs buraxılmadığından qiymətlərdə də 5-10 manat artım oldu. Məhərrəmlikdən sonra isə restoranımızda toy sifarişləri çox azdır".
"Planet" şadlıq sarayından isə qeyd olunub ki, qiymətlər adambaşına 30 manatdan başlayır: "Müştərinin istəyinə görə menyu qiymətləri dəyişir". Şadlıq sarayından bildirdilər ki, məhərrəmlikdən sonrakı günləri üçün toy sifarişləri azdır.
"Aysun" şadlıq sarayının administratoru isə qeyd edir ki, qiymətdə artım yoxdur: "Qiymətlər adambaşına 35-50 manat arası dəyişir. Toylara icazə veriləndə sifarişlərimiz çox idi. Lakin məhərrəmlikdən sonrakı günlər üçün toy sifarişləri azdır".
Qeyd edək ki, Nazirlər Kabineti 2021-ci il iyulun 1-dən pandemiya şərtləri nəzərə alınmaqla şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsinə icazə verilməsi haqqında qərar verib. Qərara əsasən, şənlik mərasimləri 150 nəfərə qədər şəxslərin iştirakı ilə təşkil oluna bilər. Yaşı 18-dən yuxarı olan bütün şəxslərin iştirakına yalnız COVID-19-a qarşı tam peyvənd olunması və ya COVID-19-dan sağalaraq immunitetə malik olması barədə təsdiqedici sənəd olduğu halda icazə verilir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1099 Tarix: 06 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
İntensiv yağış yağacaq - SABAHIN HAVASI
Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı
10 noyabrVəfat edən rəisin yerinə müavini gətirildi (FOTO)
Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə yeni rəhbər təyin edilib. Qaynarinfo-nun məlumatına görə, bu vəzifəyə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Sadıxov Əlisultan Sənan oğlu gətirilib. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyə
12 noyabrAzərbaycanda ən çox və ən az maaş verilən sahələr
2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri
12 noyabrƏməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək
Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca
12 noyabrLökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video
Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları
11 noyabrQırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabr