Nəşi 27 gün sonra tapılan şəhidin atası: "Anası narahat olmasın deyə hər dəfə arxa cəbhədəyəm deyirdi" - FOTO

Nəşi 27 gün sonra tapılan şəhidin atası: "Anası narahat olmasın deyə hər dəfə arxa cəbhədəyəm deyirdi" - FOTOVətən müharibəsinə könüllü olaraq qatılan igidlərimizdən biri də Süleymanov Mirsüleyman Aydın oğludur. Şəhidimiz Vətən müharibəsinə gedərkən ailəsinə belə deməyib. Əslən İsmayıllı rayonunun Lahıc kəndindən olan şəhid qəhrəmanımız 1998-ci il martın 30-da Bakı şəhərində anadan olub.
Nəşi 27 gün sonra tapılan şəhidin atası: "Anası narahat olmasın deyə hər dəfə arxa cəbhədəyəm deyirdi" - FOTOAtası Aydın Süleymanov Oxu.Az-a açıqlamasında oğlunun ali təhsil aldıqdan sonra hərbi xidmətə getdiyini deyir:

"2004-cü ildə 271 saylı orta məktəbə daxil olub və 2015-ci ildə orta məktəbi bitirib. Daha sonra Azərbaycan Universitetinin riyaziyyat fakültəsinə daxil olub. Universiteti bitirikdən sonra 2019-cu ilin iyul ayında hərbi xidmətə çağırılıb. Tərtər rayonunda "N" saylı hərbi hissədə xidmət edib".
Nəşi 27 gün sonra tapılan şəhidin atası: "Anası narahat olmasın deyə hər dəfə arxa cəbhədəyəm deyirdi" - FOTOAtası deyir ki, oğlu müharibəyə getdiyini anasından və ondan gizlədib:

"Heç bizə deməyib ki, müharibəyə gedir. Anası ilə danışanda hər zaman hər şeyin yaxşı olduğunu deyirdi. Arada özüm də danışırdım ki, bəlkə anasını narahat etmək istəmir, mənə deyər. Amma demirdi. Mənə dedi ki arxa tərəfdəyik, ön cəbhədə deyilik. Amma sən demə müharibənin ilk günlərindən irəlidə olub. Müharibə başlayan vaxtdan bir neçə döyüş əməliyyatlarında iştirak edib.
Nəşi 27 gün sonra tapılan şəhidin atası: "Anası narahat olmasın deyə hər dəfə arxa cəbhədəyəm deyirdi" - FOTOOktyabrın 15-də onların dəstəsi irəliləyərək Suqovuşana gəlib. Ağdərə istiqamətində hücum əməliyyatları zamanı bir neçə qəlpə Mirsüleymanı ağır yaralayır. Silah yoldaşları bildirirlər ki, o, iki erməni postuna daxil olub və düşmənləri məhv edib. Elə orada da yaralanıb və şəhid olub. Yoldaşları onun şücaəti barədə çox danışırlar. Özü həm manqa komandiri, həm də pulemyotçu olub. Bəzi döyüşlərdə pulemyotla iştirak etdiyi üçün yoldaşları ona "boyevik" deyib.
Nəşi 27 gün sonra tapılan şəhidin atası: "Anası narahat olmasın deyə hər dəfə arxa cəbhədəyəm deyirdi" - FOTOÖz komandiri ilə hücum əməliyyatlarında iştirak edib. Komandiri danışır ki, qorxmaz oğul idi. Şücaətinə görə onu Mübariz İbrahimovla müqayisə edirdilər. Qismətində şəhid olmaq varmış. Düşmənin atdığı minaatan mərmisi ilə 13 yoldaşıyla bərabər şəhid olub. Mənə dedilər ki, oktyabrın 15-i vurulub və neytralda qalıb".
Nəşi 27 gün sonra tapılan şəhidin atası: "Anası narahat olmasın deyə hər dəfə arxa cəbhədəyəm deyirdi" - FOTOŞəhid atası oğlunun itkin əsgərlər sırasında axtardığını deyib:

"Oğlum 13 gün neytralda erməni postunda qalıb. Daha sonra Bərdəyə morqa gətirilib. Biz onun nəşini çox axtardıq, təxminən 27 gün. Nəhayət tapdıq və noyabrın 20-də Bakıxanov qəsəbəsində torpağa tapşırdıq. Fəxr edirəm ki, belə igid oğul böyütmüşəm".
Nəşi 27 gün sonra tapılan şəhidin atası: "Anası narahat olmasın deyə hər dəfə arxa cəbhədəyəm deyirdi" - FOTOPrezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Mirsüleyman Aydın oğlu Süleymanov ölümündən sonra "Vətən Uğrunda" , "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edilib.
Nəşi 27 gün sonra tapılan şəhidin atası: "Anası narahat olmasın deyə hər dəfə arxa cəbhədəyəm deyirdi" - FOTO


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2048   Tarix: 06 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

İntensiv yağış yağacaq - SABAHIN HAVASI

Sabah Azərbaycanda hava necə olacaq?. Noyabrın 11-də gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq?. Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Gündüzdən yarımadanı

10 noyabr
.

Vəfat edən rəisin yerinə müavini gətirildi (FOTO)

Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinə yeni rəhbər təyin edilib. Qaynarinfo-nun məlumatına görə, bu vəzifəyə Dağlıq Şirvan Regional Mədəniyyət İdarəsinin rəis müavini Sadıxov Əlisultan Sənan oğlu gətirilib. Qeyd edək ki, Mədəniyyət Nazirliyinin Dağlıq Şirvan Regional Mədəniyyə

12 noyabr
.

Azərbaycanda ən çox və ən az maaş verilən sahələr

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,8 faiz artaraq 1172,7 manat təşkil edib. Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, oktyabrın 1-i vəziyyətinə ölkədə muzdla çalışan işçiləri

12 noyabr
.

Bakıda mənzil alarkən tıxac probleminə innovativ həll: "Prayk.com" süni intellekt dəstəkli interaktiv xəritəsini təqdim etdi

Bakıda mənzil seçimi edən alıcıların və kirayə axtaranların ən böyük çətinliklərindən biri - büdcəyə uyğun tapılan evin gündəlik saatlarla tıxacda qalmaqla nəticələnməsidir. Azərbaycanda fəaliyyət göstərən innovativ " platforması daşınmaz əmlak axtarışında yeni mərhələ açaraq süni intellekt əsasl

12 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca

12 noyabr
.

Qonşunuz həyətinizin bir hissəsini zəbt edibsə, torpağınızı necə geri ala bilərsiniz? - ƏMLAK EKSPERTİNDƏN AÇIQLAMA

Qonşular arasında torpaq sahəsinin sərhədləri ilə bağlı mübahisələr bəzən ciddi problemlərə yol açır. Xüsusilə qonşulardan birinin digərinə məxsus həyətin bir hissəsini zəbt etməsi, hasarı qanunsuz şəkildə irəli çəkməsi və ya öz torpaq sahəsini genişləndirmək məqsədilə qonşunun ərazisinə müdaxilə etməs

11 noyabr
.

Lökbatanda itlər sakinə hücum etdi - Həmin gün 5-ci hadisə imiş - Video

Qaradağ rayonunun Lökbatan qəsəbəsində sakin bir neçə itin hücumuna məruz qalıb. "Qafqazinfo" xəbər verir ki, hadisə dünən səhər Qobu Park yaşayış massivində qeydə alınıb. Həmin anın görüntüləri binalardan birinin yuxarı mərtəbəsindən qeydə alıblar. Sakinlərin sözlərinə görə, həmin səhər binaları

11 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr