Nə üçün COVİD-19 əleyhinə 3-cü doza vaksin vacibdir? - ARAŞDIRMA

Nə üçün COVİD-19 əleyhinə 3-cü doza vaksin vacibdir? - ARAŞDIRMAHavaların soyuması səbəbindən mövsümi xəstəliklərin çoxalması immun sistemimizin zəifləməsinə gətirib çıxarır. Bu, koronavirusa qarşı immun sisteminin müqavimətini gücləndirməyi zəruri edir.

Sonxeber.az Trend-ə istinadən bildirir ki, Azərbaycanda oktyabrın 5-nə qədər olan məlumata görə, 8,7 milyondan çox insan COVİD-19 əleyhinə vaksinasiya olunub. Onlardan 4,8 milyondan çoxu vaksinin birinci dozasını, 3,9 milyondan çoxu isə hər iki dozanı qəbul edib. Dünya Bankının Avropa və Mərkəzi Asiya ölkələri üzrə hesabatında da bildirilib ki, Azərbaycanda koronavirusa qarşı tam vaksinasiya sayı dünya üzrə ortalama göstəricidən çoxdur.

Mütəxəssislər hesab edir ki, havaların soyuq keçməsi epidemiyanın daha geniş yayılması riskini artırır. Həmçinin koronavirusun daha yoluxucu "Delta" ştammının gündəmdə olması virusla daha ciddi mübarizə aparılması zəruri edir. Hazırda dünyanın qabaqcıl ölkələrində yeni dalğaların yaranmasının və virusun yayılmasınıbn qarşısının alınması üçün vaksinin üçüncü dozasının vurulmasına başlanılıb.

Üçüncü doza vaksinin nə qədər önəmli olduğunu göstərən faktlardan biri də İsraildə baş verənlər oldu. İsrail əhalisinin 50%-dən çoxu tam vaksinləndiyindən karantin tələbləri yumşaldıldı. İyulda qeydə alınan ilk delta variantı bir ayın içərisində infeksiya sayını 4 rəqəmli ədədə çevirdi, daha sonra isə say 10 minə çatdı.

Bunlar onu göstərir ki, COVID-19 əleyhinə tam effektiv vasitə tapılana qədər mütəmadi peyvəndlənmə yeganə çıxış yoludur. Yoluxmanın bu ölçüdə artması İsrail hökumətini 3-cü (buster) doza vaksinlərin vurulmasına istiqamətləndirdi. Hazırda 3-cü mərhələ vaksinasiyanın köməyi ilə İsraildə pandemiya şəraiti yenidən nəzarət altına alınıb.

2021-ci ilin İyul-Avqust aylarında İsraildə 1 milyon 114 min insan arasında tədqiqat aparılıb. Aparılan tədqiqatlar zamanı müəyyən edilib ki, gücləndirici (buster) doza infeksiyanın yayılma riskini 11,4 dəfə azaldır, həmçinin xəstəliyin ağır keçməsinin qarşısını 10 dəfədən çox alır.

Digər tərəfdən koronavirusa qarşı istifadə olunan peyvəndlərin effektinin müəyyən müddətdən sonra azaldığı da araşdırmalarla sübuta yetirilib. "Pfizer" şirkətinin apardığı tədqiqatlara görə, vaksinin effektivliyi ikinci dozadan 6-8 ay sonra zəifləyir və xəstəliyə qarşı immuniteti artırmaq üçün 3-cü (buster) dozanın vurulması ehtiyacı yaranır. Gücləndirici doza isə immuniteti 2-ci doza ilə müqayisədə 3-5 dəfə artırır.

Peyvəndin gücləndirici dozası immunitet reaksiyasını yenidən gücləndirməyi və bununla da peyvəndin effektivliyini artırmağı hədəfləyir.

Böyük Britaniya rəsmiləri 2021-ci il sentyabrın 14-də bütün həssas əhali qruplarının, "önxətt"də çalışan səhiyyə işçilərinin və 50 yaşından yuxarı şəxslərin gücləndirici vaksin vurdurmasını tövsiyə ediblər.

Almaniyada isə ötən aydan yaşlılara və zəif immun sistemi olan şəxslərə 3-cü doza vaksin vurulmağa başlanılıb. Həmçinin Fransada da 65 yaşdan yuxarı şəxslərə, xüsusi sağlamlıq vəziyyəti olan şəxslərə, habelə qocalar evlərinin əməkdaşlarına 3-cü doza vaksinlər təklif edilməyə başlanılıb. Kanada isə immun zəifliyi olun şəxslərə 3-cü doza vaksinin vurulmasını təsdiqləyib.

3-cü gücləndirici doza vaksinasiyaya ən geniş şəkildə başlayan dövlətlərdən biri də ABŞ-dır. ABŞ-da yeni yoluxma dalğasının müşahidə olunması ilə əlaqədar sentyabrın 22-dən 65 yaşdan yuxarı şəxslər, ağır xəstəliklərlə bağlı risk qrupunu daxil olanlar və virusa yoluxma ehtimalı yüksək olan şəxslərə 3-cü doza vaksin təklif olunur.

Bundan əlavə Türkiyə, Çin, Avstriya, Belçika, Finlandiya, Macarıstan, Rusiya, İspaniyada, İsveçrədə də 3-cü gücləndirici doza vaksinasiya start verilib.

Bu gün Azərbaycanda da üçüncü dozanın qəbul edilməsi üçün kifayət qədər vaksin ehtiyatı var. Yeni dalğaların yayılması fonunda yoluxmaların və ölənlərin sayının artması da dünyanın ağuşuna alan bəlaya qarşı daha ciddi tədbirlər görməli olduğumuzdan xəbər verir. Ölkədə üçüncü doza ilə peyvəndlənmə 2 doza vaksin almış bütün tibb işçilərinə, yaşı 60-dan yuxarı olanlara və immun sistemi zəif olan şəxslərə tövsiyə edilir. Üçüncü doza üçün Azərbaycanda təsdiq olunan bütün vaksinlər istifadə oluna bilər.

Qeyd edək ki, hazırda ölkədə koronavirusa qarşı 4 növ vaksin tətbiq edilir. Bunlar "Pfizer", "AstraZeneca", "Sinovac" və "Sputnik V" vaksinləridir.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1907   Tarix: 06 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanda xarici diplomların tanınması qaydası dəyişir

"Xarici kvalifikasiyaların (diplomların) tanınması qaydalarına dəyişiklik edilməsi ilə bağlı hökumətə yeni layihə təqdim edilib. Yaxın bir ayda diplomların tanınması başqa formata keçəcək". xəbər verir ki, bunu Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) İdarə Heyətinin sədri Eldar Oruco

17 sentyabr 2021
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18 sentyabr 2021
.

ATS rabitə xidmətindən ŞİKAYƏT: "Belə sürünə-sürünə işlətməkdənsə..."

ın redaksiyasına ATS rabitə xidməti ilə bağlı şikayət daxil olub. Belə ki, şikayətçi Cəfər Məmmədovun sözlərinə görə, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Əli Məmmədov küçəsində yerləşən 11 nömrəli binada günlərdir ki, internet bərbad vəziyyətdədir:. "Tək bizim "WiFi" olsa, modem aparatınd

18 sentyabr 2021
.

Nyu-Yorkda köç edən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılaraq öldü - VİDEO

ABŞ-ın Nyu-York şəhərindən köç etmək istəyən yüzlərlə quş "Dünya Ticarət Mərkəzi"nin binasına çırpılıb. Nyu-York Quşları Qoruma qrupu quşların cənuba doğru uçduqları zaman işıqlar və yansıtıcı şüşələr səbəbindən yolu səhv saldıqlarını açıqlayıb. Nəticədə azı 300 quş ölüb

18 sentyabr 2021
.

TƏBİB-ə yeni səlahiyyət verildi

Doğumun qeydə alınması qaydası dəyişib. Bu haqda məlumat Baş nazir Əli Əsədovun imzaladığı "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"da öz əksini tapıb. Dəyişikliyə əsasən, doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri

17 sentyabr 2021
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18 sentyabr 2021
.

Rayonlara dolu düşüb, şimşək çaxıb

Azərbaycanda faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sentyabrın 17-si saat 16.00-a olan məlumatına əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Zaqatala, Tovuz, İsmayıllıd

17 sentyabr 2021
.

Mədəsində narkotik maddə keçirmək istəyirdi - DƏHŞƏTLİ şəkildə ÖLDÜ

Ekvadorlu narkotik kuryeri İstanbul Hava Limanından kokain tərkibli olan kapsulları keçirmək istəyərkən dəhşətli şəkildə ölüb. -ın "Ahaber" agentliyinə istinadən verdiyi məlumata görə, narkotik kuryeri Zambrano Xavyer Fernando Lur təyyarə ilə İstanbula keçirtmək üçün tərkibində "kokain"

18 sentyabr 2021
.

Peyvənd olunanların sayı AÇIQLANDI

Azərbaycanda son sutkada koronavirus əleyhinə 57 357 vaksin vurulub. xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilir ki, birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 17 920, ikinci mərhələ üzrə 39 437 nəfərdir. Vaksinasiyadan keçənlərin ümumi say

17 sentyabr 2021