2021 mədəniyyətimizdən kimləri aldı? - VƏFAT EDƏN MƏŞHURLAR / FOTOLAR

2021 mədəniyyətimizdən kimləri aldı? - VƏFAT EDƏN MƏŞHURLAR / FOTOLARDeyirlər ki, ömrü vaxt ilə deyil, əməllərlə ölçmək lazımdır. Hansı yaşda yaxalamağından asılı olmayaraq, hər zaman erkən görünən ölüm bizi düşünməyə də vadar etməlidir. Özümüzdən sonra nə kimi izlər qoyacağıq?

Metbuat.az bildirir ki, bu gün elə məhz onlardan yazacağıq. Azərbaycan mədəniyyətində özünəməxsus iz qoyan, 2021-ci ilin isə bizdən aldığı o məşhur simalardan.
Tahir Salahov
Sovet Azərbaycan və Rusiya rəssamı, pedaqoq, professor, Rusiya Rəssamlıq Akademiyasının vitse-prezidenti. 1928-ci il noyabr ayının 29-da Bakı şəhərində anadan olub. 27 yaşında "Dalğa" və "Estakada" adlı ilk əsərlərini çəkmiş, ümumittifaq, xarici və respublika sərgilərində iştirak etmişdir.

20 may 2021-ci ildə 92 yaşında Almaniyanın Berlin şəhərində müalicə olunduğu ağciyər iltihabından vəfat etmişdir. Bakıda Fəxri Xiyabanda dəfn olunub.
2021 mədəniyyətimizdən kimləri aldı? - VƏFAT EDƏN MƏŞHURLAR / FOTOLARRamiz Əzizbəyli

Azərbaycan kino rejissoru, aktyor və Azərbaycanın xalq artisti (2008), professor. 20 iyul 1948-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildə isə "Bəxt üzüyü" tammetrajlı bədii filmini çəkib. Film kinoteatrlarda nümayiş olunan ən baxımlı kassa filmi və yeni tariximizdə çəkilən ilk ən gəlirli kino işi kimi yadda qalıb.

Ramiz Əzizbəyli 9 iyun 2021-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Qurd qapısı qəbiristanlığında dəfn edilib.
2021 mədəniyyətimizdən kimləri aldı? - VƏFAT EDƏN MƏŞHURLAR / FOTOLARFikrət Qoca

Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi, Azərbaycan Respublikasınının xalq şairi. 1935-ci il avqustun 25-də Ağdaş rayonunun Kotanarx kəndində anadan olmuşdur. Əsərləri bir sıra xarici dillərə tərcümə olunmuş, şeirlərinə musiqi bəstələnmişdir ("Anacan dostum evlənir", "Könlüm", "Günay", "Gəl ey səhər", "Çiçək tapa bilmədim", "Gecə yaman uzundur", "Payız gəldi" və s.).

Xalq şairi Fikrət Qoca 5 may 2021-ci ildə, 85 yaşında vəfat edib. Fəxri Xiyabanda dəfn olunub.
2021 mədəniyyətimizdən kimləri aldı? - VƏFAT EDƏN MƏŞHURLAR / FOTOLARArif Quliyev

Aktyor, Azərbaycan SSR əməkdar artisti, Azərbaycan Respublikasının xalq artisti. 16 may 1950-ci ildə Şirvan şəhərində dünyaya gəlib. "Bəyin oğurlanması", "Yaramaz", "Bəxt üzüyü", "O dünyadan salam", "Qəm pəncərəsi", "Mənim ağ şəhərim", "Alma almaya bənzər", "Ağ gəmi" bədii filmlərdəki obrazları yaradıcılıq potensialının zənginliyini ifadə edir.

Xalq artisti 7 may 2021-ci il tarixində koronavirus səbəbindən vəfat etmişdir. Qurd qapısı qəbiristanlığında dəfn edilib.
2021 mədəniyyətimizdən kimləri aldı? - VƏFAT EDƏN MƏŞHURLAR / FOTOLARYalçın Rzazadə

Məşhur Azərbaycan müğənnisi, Azərbaycan Respublikası Xalq artisti. 31 dekabr 1946-cı ildə Lənkəran rayonunun Boladı kəndində doğulub. Onu Azərbaycan tamaşaçısına tanıdan 60-cı illərinin sonunda musiqisi Cahangir Cahangirova aid "Durnalar" mahnısı olub.

Yalçın Rzazadə 22 fevral 2021-ci ildə 74 yaşında vəfat etmişdir. Lənkəran rayon, Liman şəhərində dəfn olunub.
2021 mədəniyyətimizdən kimləri aldı? - VƏFAT EDƏN MƏŞHURLAR / FOTOLAREldar Quliyev

Azərbaycan kinorejissoru, ssenaristi, Azərbaycan SSR xalq artisti. 18 yanvar 1941-ci ildə Bakıda anadan olub. İlk böyük ekran əsəri olan "Bir cənub şəhərində" filmi ilə özünü təsdiqləyib və bu filmlə Azərbaycan kinosunda yeni bir mərhələnin təməlini qoyub.

İnfark keçirən Xalq artisti 16 aprel 2021-ci ildə müalicə aldığı Respublika Müalicəvi Diaqnostika Mərkəzində vəfat etmişdir. Yasamal qəbiristanlığında həyat yoldaşının məzarı yanında torpağa tapşırılıb.
2021 mədəniyyətimizdən kimləri aldı? - VƏFAT EDƏN MƏŞHURLAR / FOTOLARYaqub Zurufçu

Güney Azərbaycandan olan məşhur vokalist, müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti. 1956-cı ildə aprelin 8-də Təbriz şəhərinin Çərandab məhəlləsində anadan olub. Ayrılıq mahnısı ilə çox sevilən sənətçi 1989-cu ildə Gülağa Məmmədovun dəvəti ilə ilk dəfə Azərbaycana gəldi.

Yaqub Zurufçu14 sentyabr 2021-ci ildə 65 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir.
2021 mədəniyyətimizdən kimləri aldı? - VƏFAT EDƏN MƏŞHURLAR / FOTOLARNailə Mirməmmədli

Bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü. 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan estradasındakı minlərlə mahnının müəllifidir.

Nailə Mirməmmədli 4 yanvar 2021-ci ildə ürək tutmasından vəfat edib. Qurd qapısı qəbiristanlığında dəfn olunub.
2021 mədəniyyətimizdən kimləri aldı? - VƏFAT EDƏN MƏŞHURLAR / FOTOLARZöhrə Abdullayeva

Müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti. 16 dekabr 1952-ci ildə Şuşada anadan olub. Daha çox Məmmədbağır Bağırzadə ilə ifa etdiyi duetlərə görə tanınmışdır. Bundan başqa, xalq və bəstəkar mahnıları, muğamlar da ifa etmişdir.

Zöhrə Abdullayeva 28 may 2021-ci ildə uzun sürən ağır xəstəlikdən sonra vəfat etmişdir. Xırdalanda dəfn olunmuşdur.
2021 mədəniyyətimizdən kimləri aldı? - VƏFAT EDƏN MƏŞHURLAR / FOTOLARBaloğlan Əşrəfov

Müğənni, Azərbaycan Respublikasının Əməkdar artisti. 1951-ci il oktyabrın 8-də Masallı rayonunun Bədəlan kəndində anadan olmuşdur. Oxuduğu mahnılarının musiqilərinin çoxunu demək olar ki, özü bəstələyib. "Yuxuma gəl", "Anam mənim", "Günayım", "Tanrıdan diləyim ol" və s. kompakt audio, video diskləri musiqisevərlərin ixtiyarına verilib.

26 aprel 2021-ci ildə 69 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir. Masallı rayonunun Bədəlan kəndində doğmalarının məzarı yanında torpağa tapşırılıb.
2021 mədəniyyətimizdən kimləri aldı? - VƏFAT EDƏN MƏŞHURLAR / FOTOLARSəyyad Əlizadə

Azərbaycanın məşhur müğənnisi. 6 avqust 1958-ci ildə Füzuli rayonunun Babı kəndində anadan olub. Xüsusilə, "Bəyaz gecələr", "Gül ki" mahnıları ilə xalqın sevgisini qazanmışdır.

Səyyad Əlizadə 30 sentyabr 2021-ci ildə 63 yaşında Covid-19 xəstəliyindən vəfat etmişdir. Füzuli rayonunun Babı kəndində valideynlərinin yanında torpağa tapşırılıb.
2021 mədəniyyətimizdən kimləri aldı? - VƏFAT EDƏN MƏŞHURLAR / FOTOLARSəməd Səmədov

Müğənni, Azərbaycan Respublikasının Xalq artisti. 1946-cı il, sentyabrın 17-də Aşqabadda anadan olub. 2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə, Səməd Səmədov "Toylar Kralı" adını qazandı. Ona bu adı Azərbaycan estradasının korifeyi Mirzə Babayev verib.

24 iyul 2021-ci ildə 74 yaşında sepsis və septik şok diaqnozu səbəbindən vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.
2021 mədəniyyətimizdən kimləri aldı? - VƏFAT EDƏN MƏŞHURLAR / FOTOLARAslan Hüseynov

Azərbaycanın məşhur müğənnisi. 1967-ci il mayın 17-də Qazaxıstanın Cambul vilayətində anadan olub. Onun ən məşhur ifaları olan "Reyhan", "İgidlər", "Bulaq suyu, dağ havası" və "Of dədə" Azərbaycan tamaşaçıları tərəfindən sevilib.

Aslan Hüseynov 4 may 2021-ci ildə yol-nəqliyyat qəzasında vəfat etmişdir. Gəncədə anasının məzarının yanında dəfn edilib.
2021 mədəniyyətimizdən kimləri aldı? - VƏFAT EDƏN MƏŞHURLAR / FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3135   Tarix: 08 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Xidmetler

Oxşar xəbərlər

.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr
.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş (FOTO)

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyət

12 noyabr
.

İşə qəbulda 30 yaş məhdudiyyəti, pensiyada 65 yaş - Vətəndaş 35 il necə dolanmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda əmək bazarında işə qəbul zamanı yaş amili yenidən müzakirə mövzusuna çevrilir. İstər dövlət, istərsə də özəl sektorda bir çox vakansiyalarda 18-30 yaş aralığında namizədlərə üstünlük verilməsi daha yaşlı işaxtaranların məşğulluq imkanlarını məhdudlaşdırır. Halbuki ölkədə pensiya yaşı 6

12 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca

12 noyabr
.

Aslan Fətullayevin nəşi Bakıya gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz

12 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin nədən zəhərləndiyi bilindi

"Lənkəranda qeydə alınan zəhərlənmə faktı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb". Bu barədə AQTA-dan -ın sorğusuna cavabda bildirilib. Qeyd edilib ki, sözügedən məsələ ilə bağlı dərhal araşdırmalara başlanılıb:. "İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakin

12 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr