Həsən Ruhani Bakıda necə biabır oldu? - Sabiq səfir tarixi faktları açdı

Həsən Ruhani Bakıda necə biabır oldu? - Sabiq səfir tarixi faktları açdıSon günlər İran Cənubi Qafqaz regionunda qarşıdurma yaratmağa çalışır.

İranın xarici işlər nazirinin ad çəkmədən "qonşuluqda sionist rejimin möhkəmlənməsini özümüzə təhdid hesab edirik" deməsi xüsusilə birmənalı qarşılanmayıb. İran tərəfi dolayısı ilə İsrailin Azərbaycanda hərbi baza yaratması kimi uydurma iddialar irəli sürməkdədir.

Azərbaycanın 11 ildən çox İranda səfiri olmuş Abbasəli Həsənov məsələ ilə bağlı fikirlərini bölüşüb.

Sabiq səfir son vaxtlar İran İslam Respublikasının kütləvi informasiya vasitələrində Azərbaycan dövlətinin ünvanına müxtəlif böhtanlar, heç bir əsası olmayan uydurma fikirlərin yer almasından narahat olduğunu deyib:

"Təəssüf ki, bu cür əsassız bəyanatlar İranın dövlət rəsmiləri, millət vəkilləri tərəfindən səslənib. Sözsüz ki, bunların heç birinin əsası yoxdur. Həqiqətdən çox uzaq fikirlər söylənilir".

Abbasəli Həsənov məsələ ilə bağlı yaxın keçmişə qayıtmaq və iki faktı söyləmək istədiyini də bildirib:
Həsən Ruhani Bakıda necə biabır oldu? - Sabiq səfir tarixi faktları açdı"Birincisi, 2001-ci ilə aiddir. Həmin ilin iyun ayında İranın eks-prezidenti Həsən Ruhani o dövrdə ölkənin Təhlükəsizlik Şurasının katibi kimi Azərbaycana rəsmi səfərə gəlmişdi. Səfər zamanı Ruhani və başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanın ovaxtkı milli təhlükəsizlik naziri Namiq Abbasovla görüşmüşdü. Onda da Ruhani belə bir iddia səsləndirmişdi:

"İranla Azərbaycan dost və qardaş ölkələrdir. Biz müsəlmanıq, şiəyik. Amma Azərbaycan öz ərazisində İsrailə imkan verib ki, İranın sərhədlərinə yaxın bölgələrdə hərbi qurğular quraşdırsın. İsrail o qurğular vasitəsilə İranın ərazisinə nəzarət edir".

Guya Azərbaycanda İranın təhlükəsizliyinə xələl gətirə biləcək fəaliyyət göstərilib. Ruhani bu məsələ ətrafında 15 dəqiqə çıxış etdi. Namiq Abbasov ona axıra qədər qulaq asdı və çox lakonik, qısa cavab verdi: "Təhlükəsizlik Şurasının katibi kimi dediyiniz fikirlərlə bağlı sizin əlinizdə fakt olmalıdır. Siz fakta əsaslanmalısınız. Əgər dediyiniz düzdürsə, siz o qurğuların yerini də bilməlisiniz. Siz xəritəyə barmağınızı qoyun və o qurğuların harada olduğunu göstərin. Mən maşın təşkil edim və elə indi burdan durub birbaşa dediyiniz yerə gedin və baxın". Sözsüz ki, Həsən Ruhani Namiq Abbasova cavab verə bilmədi. Çünki iddialarının arxasında fakt olmalı idi. Sonra 2-3 nəfər bir-birinin üzünə baxdı, amma heç nə deyə bilmədilər. Məlum oldu ki, söylədikləri uydurmadır".

Sabiq səfir İran tərəfinin səsləndirdiyi əsassız fikirlərlə bağlı ikinci faktı da qeyd edib:

"2006-cı il aprelin sonlarında Prezident İlham Əliyevin ABŞ-a səfəri olmuşdu. Səfər mətbuatda geniş işıqlandırılmışdı. Onda İlham Əliyev Ağ Evin qarşısında ABŞ və digər xarici ölkələrin jurnalistlərinin suallarını cavablandırmışdı. Bu məsələ ilə bağlı Prezident bəyan etmişdi ki, Azərbaycanla İran dost və qonşu ölkələrdir. İranla Azərbaycanın münasibətləri hərtərəfli inkişaf edir. Yaxşı əməkdaşlıq münasibətləri qurulub. Əməkdaşlığımızın da yaxşı inkişafı var. Bütün sahələrdə əlaqələrimiz yaxşı inkişaf edib: "Azərbaycan öz ərazisində İrana xələl gətirə biləcək, İranın əleyhinə hər hansı qurğuların tikilməsinə heç zaman heç kəsə icazə verməyəcək".

Sözsüz ki, torpaqlarının 20 %-i işğal edilmiş və 1 milyon qaçqın-köçkünü olan bir ölkənin dövlət başçısının ABŞ-da - Ağ Evin qarşısında belə bəyanat verməsi böyük cəsarət tələb edirdi. Bununla Prezidentimiz fikirlərini açıq və mərdi-mərdanə bütün dünyaya bəyan etdi. Dünyanın heç bir dövləti İranın xeyrinə bu cür cəsarətli və qətiyyətli bəyanat verməyib. Bu, bir daha onu göstərir ki, Azərbaycanın dövlət başçısı cəsarətlə və çəkinmədən həqiqəti deyib. Bununla Prezident dostluqda Azərbaycanın etibarlı tərəfdaş olduğunu nümayiş etdirmiş oldu. Əgər dövlətlərarası münasibətlərdə "dostuq" deyirsə, onu əməldə, işdə həyata keçirir. Bu ikinci fakt bir daha onu göstərir ki, Azərbaycanda İsrailin və ya hər hansı başqa dövlətin İrana qarşı fəaliyyəti yoxdur və İranın təhlükəsizliyi üçün hər hansı qurğunun təsis edilməsinə Azərbaycan tərəfi icazə verməyib, verməyəcək də".

Abbasəli Həsənov onu da əlavə edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Ev qarşısında İranı dəstəkləyən bəyanatı haqqında məlumatı heç vaxt İran mətbuatı işıqlandırmadı:

"Ağayi Ruhaninin milli təhlükəsizlik naziri Namiq Abbasovla görüşünü mətbuatda verə bilməzdik. O qapalı bir toplantı idi. Amma Prezidentin Ağ Ev qarşısında İran haqda qətiyyətli bəyanatını mətbuatda verməli idilər. Hər dəfə bu haqda danışsam da, İran mətbuatı işıqlandırmırdı. Dəfələrlə həm İran rəsmilərinə, həm də yerli mətbuata Prezident İlham Əliyevin Ağ Ev qarşısında İranla bağlı qətiyyətli mövqeyi barədə söyləyirdim. Amma İran mətbuatı bu faktların heç birinin yayılmasına dəstək olmadı".

Sabiq səfir bildirib ki, Prezident İlham Əliyevin 2006-ci ildə Ağ Evin önündə jurnalistlər qarşısında bəyan etdiyi o prinsipial mövqe bu gün də Azərbaycan dövləti tərəfindən həyata keçirilir:

"Prezident İlham Əliyevin mövqeyi hər zaman belə olub. Sözü və əməli üst-üstə düşüb. Bu, bir məsələ. Məlum olduğu kimi, 30 il ərzində Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayıb. Bu işğal nəticəsində 1 milyondan artıq azərbaycanlı dədə-baba yurdundan, ev-eşiyindən didərgin düşüb. Ağır, məşəqqətli günlər keçirib. Amma İran Azərbaycan torpaqlarının 20 %-ni işğal edən, nəticədə azərbaycanlıları doğulduğu yerlərdən didərgin salan Ermənistanla əlaqələri həmişə inkişaf etdirib. Təəssüf ki, İran həmişə işğalçı Ermənistana dəstək olub. Ermənistanın eks-prezidenti Ter-Petrosyanın təbirincə desək, İran Ermənistanla sərhədini bir həftə, on günlük bağlasa, onda Ermənistan acından ölər və məhv olar. Bu, Ermənistan prezidentinin fikri idi və mətbuatda geniş yayılmışdı"./Modern.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 3284   Tarix: 08 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr
.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş (FOTO)

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyət

12 noyabr
.

İşə qəbulda 30 yaş məhdudiyyəti, pensiyada 65 yaş - Vətəndaş 35 il necə dolanmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda əmək bazarında işə qəbul zamanı yaş amili yenidən müzakirə mövzusuna çevrilir. İstər dövlət, istərsə də özəl sektorda bir çox vakansiyalarda 18-30 yaş aralığında namizədlərə üstünlük verilməsi daha yaşlı işaxtaranların məşğulluq imkanlarını məhdudlaşdırır. Halbuki ölkədə pensiya yaşı 6

12 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca

12 noyabr
.

Aslan Fətullayevin nəşi Bakıya gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz

12 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin nədən zəhərləndiyi bilindi

"Lənkəranda qeydə alınan zəhərlənmə faktı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb". Bu barədə AQTA-dan -ın sorğusuna cavabda bildirilib. Qeyd edilib ki, sözügedən məsələ ilə bağlı dərhal araşdırmalara başlanılıb:. "İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakin

12 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr