Ailəsi onu atdı, özündən 30 yaş kiçik tələbəsini aldı – Bu gün ölən Xalq artistinin həyat hekayəsi - FOTO

Ailəsi onu atdı, özündən 30 yaş kiçik tələbəsini aldı – Bu gün ölən Xalq artistinin həyat hekayəsi - FOTOBu gün dünyasını dəyişən Xalq artisti Ağakişi Kazımov haqda maraqlı məlumatları təqdim edirik.

Ağakişi Şəmməd oğlu Kazımov 28 noyabr 1935-ci ildə Ağcabədidə anadan olub.

1952-1957-ci illərdə Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsində təhsil alır.

1959-cu ildə Moskvada keçirilən Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında Akademik Dram Teatrın yaradıcı qrupunun tərkibində iştirak edir.

Ali təhsilini başa vurandan sonra o, təyinatla Quba Dövlət Dram Teatrına baş rejissor göndərilir. Bir neçə il orada işləyəndən sonra Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsinə daxil olur. Leninqradda təhsilini başa vurarkən diplom işi ərəfəsində Kazanda Q.Kamal adına Tatarıstan Dövlət Akademik Dram Teatrında M.Bayciyevin "Duel" dramını, diplom işi kimi isə C.Cabbarlının "Aydın" əsərini tatarca hazırlayır.
Ailəsi onu atdı, özündən 30 yaş kiçik tələbəsini aldı – Bu gün ölən Xalq artistinin həyat hekayəsi - FOTODaha sonra Sumqayıt Dövlət Musiqili Dram Teatrında əvvəl baş rejissor, sonra direktor kimi çalışır. "Müsibəti Fəxrəddin", "Toy", "Arşın mal alan", "Xoşbəxtliyə gedən yol", "Büllur sarayda", "Od gəlini", "Vaqif", "İkinci səs" və başqa tamaşalara quruluş verir.

Ağakişi Kazımov 1987-ci ildə Əməkdar İncəsənət Xadimi, 2000-ci ildə Xalq Artisti fəxri adlarına layiq görülüb.

Ömrünün Akademik Milli Dram Teatrına həsr edən aktyor 2010-cu ildə teatrdan ayrılır. Müsahibələrinin birində rejissor bu barədə deyir:

"Almaniyaya getmişdim. Həkim mənə dedi ki, sənə nə olub, özünü psixoterapevtə göstər, tir-tir titrəyirsən. Dedimi, şoka düşmüşəm, çünki sevimli teatrımdan ayrılmışam, şok içindəyəm. Dedi, get, ayrı teatrda işlə. Dedim, yox, axı 52-ci ildən mən gözümü açıb bu teatrda işləmişəm."
Ailəsi onu atdı, özündən 30 yaş kiçik tələbəsini aldı – Bu gün ölən Xalq artistinin həyat hekayəsi - FOTOTeatrdan uzaq qalan aktyor həmkarı Cənnət Səlimova ilə Gənc Tamaşaçılar Teatrında birgə işləməyə can atsa da, Cənnət xanım ona müsbət münasibət bildirməyib. Aktyor müsahibələrinin birində xatırlayır:

"Cənnət Səlimovanı mən öz çiynimdə dördüncü kursdan beşinci kursa keçirmişəm. Hələ tələbə ikən o, rəqs qurmalı idi və gəldi ki, "Ağakişi, mən rəqs qurmalıyam rəqsim boş qalıb". Dedim, dəli olmusan? Sən Telli, mən Vəli, bu saat onu qurarıq. Qurduq, oynadıq, indiyə qədər o institutda müəllimlər o nömrəni xatırlayır. İndi də biz onunla bir kafedrada işləyirik, mehribanıq, amma görürəm ki, Cənnətdə qısqanclıq var. Deyirəm, Cənnət, mən də gəlim bir-iki tamaşa verim, deyir, məndə yeddi rejissor var, yer yoxdur. Bax bu da var və adamı yandırır. Bəs mənim vaxtımda sənin özünü elə beş dəfə çağırmışdım ki, ay Cənnət... Gənc Tamaşaçılar Teatrının baş rejissoru olduğum 20 il ərzində kimlər istəyirdi gəlib orada tamaşa qoyurdu, çünki mən onlardan qorxmurdum. Bilirdim ki, nə qədər tamaşa qoysalar, gəlib mənim səviyyəmə çatmayacaq. O sözdən sonra yalvarsa da, ora getmərəm".

Ağakişi Kazımovun 120-yə yaxın tamaşası olsa da, o, özü bunlardan yalnız onunu yaxşı hesab edib, o biri tamaşalarına isə xaltura kimi yanaşıb.
Ailəsi onu atdı, özündən 30 yaş kiçik tələbəsini aldı – Bu gün ölən Xalq artistinin həyat hekayəsi - FOTORejissor Ağakişi Kazımov iki dəfə ailə qurub. Birinci xanımından ayrılandan sonra o, tələbəsi, Gənc Tamaşaçılar teatrının aktrisası Mehriban Abdullayeva ilə tanış olur. "Solğun çiçəklər" televiziya tamaşasının çəkilişləri vaxtı onların işgüzar münasibəti sevgiyə çevrilir və Ağakişi Kazımov özündən 30 yaş kiçik olan aktrisa ilə münasibətlərini rəsmiləşdirir. Aktrisa müsahibəsinin birində xatırlayır:

"Ağakişi Kazımov mənə həm sənətdə, həm də həyatda dəstək olub. Eşidirdi ki, onunla mənim haqqımda söz-söhbət gəzir, mənə deyirdi, başını sal aşağı, işinlə məşğul ol. Bu barədə heç vaxt açılmazdı. İndi bilirəm ki, o da o söz-söhbətlərdən əziyyət çəkib, amma üzə vurmayıb. Onunla mənim haqqımda yayılan dedi-qodunun heç bir əsası yox idi. İndiyə qədər bu barədə nə o, nə mən danışmışıq. Hər gecə ağlayırdım. Ola bilər, məhz bu şayiələr bizim tez ailə qurmağımıza mane oldu. Bu gün o əsassız söz-söhbətlərin səbəbkarı olan adam həyat yoldaşımdır. Kaş, elə o vaxt - o yersiz söhbətlər yayılan vaxt evlənəydik. Onsuz da Ağakişi Kazımovu ailəsi atıb getmişdi. Ona qarşı olan sevgim tamam başqa bir şeydir. Ağakişi ilə saatlarla, günlərlə, illərlə durmadan söhbət edək, bezmirik. Sözsüz anlayırıq bir-birimizi. Yaş fərqi məni qorxutmur, onun yaşı 75-i keçib, mənimki 45-i. Yalnız ona peşmanam ki, çoxdan evlənməmişik, indi övladlarımız olardı, illəri bada verməzdik."

Ağakişi Kazımovun bioqrafiyası ilə bağlı daha bir maraqlı məqam təkrarolunmaz aktyor, Xalq artisti Yusif Vəliyevlə bağlıdır. Belə ki, Yusif Vəliyevin həyat yoldaşı Zemfira xanımın sözlərinə görə, aktyorun ölümünü tezləşdirən rejissor Ağakişi Kazımov olub. Aktrisa bu barədə deyir:

"Yusifi bu dünyadan yox edən Gənc Tamaşaçılar Teatrının baş rejissoru Ağakişi Kazımov olub. O, həm də bizimlə qonşu idi, onlar səkkizinci mərtəbədə yaşayırdılar, biz 9-da. Yusif rəhmətə gedəndən sonra o və arvadı mənim başıma nə oyunlar gətirdilər. Axırda mənim qonşularım onları polisə verdilər. O, Yusifi teatrda repertuardan çıxarmışdı. Yoldaşım ölənə qədər bu münasibəti gördü. On il bu cür nəhəng aktyor rolsuz qaldı. Mən hətta demişdim ki, Ağakişi Yusifin qəbrinin üstünə gəlməsin. Amma gəldi. Yusiflə vida mərasimi işlədiyi teatrda deyil, evimizdə oldu. Çünki ona layiq olduğu qiyməti vermədilər".

Ağakişi Kazımov ötən il noyabrın 28-də öz ad günündə insult keçirir. Xəstəxana şəraitində müalicə alsa da, səhhətindəki problemlər səngimək bilmir.

Uzun sürən xəstəlikdən sonra Xalq artisti bu gün - 8 oktyabr 2021-ci ildə dünyasını dəyişir.

Mənbə: Kulis.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 7047   Tarix: 08 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr
.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş (FOTO)

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyət

12 noyabr
.

İşə qəbulda 30 yaş məhdudiyyəti, pensiyada 65 yaş - Vətəndaş 35 il necə dolanmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda əmək bazarında işə qəbul zamanı yaş amili yenidən müzakirə mövzusuna çevrilir. İstər dövlət, istərsə də özəl sektorda bir çox vakansiyalarda 18-30 yaş aralığında namizədlərə üstünlük verilməsi daha yaşlı işaxtaranların məşğulluq imkanlarını məhdudlaşdırır. Halbuki ölkədə pensiya yaşı 6

12 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca

12 noyabr
.

Aslan Fətullayevin nəşi Bakıya gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz

12 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin nədən zəhərləndiyi bilindi

"Lənkəranda qeydə alınan zəhərlənmə faktı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb". Bu barədə AQTA-dan -ın sorğusuna cavabda bildirilib. Qeyd edilib ki, sözügedən məsələ ilə bağlı dərhal araşdırmalara başlanılıb:. "İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakin

12 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr