Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLAR

Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLAROktyabrın 8-də Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platformanın - "ictimaishura.az" saytının təqdimatı keçirilib.

Tədbirin moderatoru, layihə eksperti Cəsarət Hüseynzadə diqqətə çatdırıb ki, bu platforma ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən "FHI 360", "ICNL və MG Consulting" təşkilatları ilə birgə əməkdaşlıqda həyata keçirilən "Şəffaflıq Naminə Vətəndaş Cəmiyyəti - ECSOFT" proqramı çərçivəsində "İctimai Şuralar üçün onlayn portalın yaradılması" layihəsi formatında ərsəyə gəlib.

Cəsarət Hüseynzadə bildirib ki, son dövrlər ölkəmizdə ictimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərin yaradılması və inkişafı üçün müxtəlif addımların atıldığını deyib. Bildirilib ki, bu prosesdə vətəndaş cəmiyyəti təşkilatlarının rolunu artırmaq üçün mərkəzi və yerli icra hakimiyyətləri yanında İctimai Şuraların yaradılması və fəaliyyətinin genişləndirilməsi də günün vacib tələblərindən biridir. Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı" təsdiq edilib. Fəaliyyət Planında "İctimai Şuraların əhəmiyyətinin artırılması, dövlət orqanlarında yaradılmış İctimai Şuraların sayının çoxaldılması, şuralarda müzakirə edilən məsələlərin əhatə dairəsinin genişləndirilməsi, İctimai Şuraların fəaliyyəti ilə bağlı maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi və dövlət qurumlarının rəsmi internet resurslarında əks etdirilməsi" qeyd olunur.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Azərbaycan üzrə missiya direktoru Jay Singh çıxışında bildirib ki, oxşar platformalar bəzi ölkələrdə də mövcuddur. USAİD missiya rəhbəri qeyd edib ki, təmsil etdiyi təşkilat Azərbaycanda ictimai iştirakçılığın və onun əsas mexanizmlərindən biri olan İctimai Şuraların inkişaf etdirlməsi istiqamətində tövhə verməkdən məmnundur. Jay Singh USAID-in bu istiqamətdə Azərbaycanın səylərini dəstəkləməyə hazır olduğunu vurğulayıb.

"MG Consulting" MMC-nin direktoru, QHT qanunvericiliyi üzrə ekspert Məhəmməd Quluzadə çıxışında "ECSOFT" proqramı haqqında məlumat verərək bildirib ki, ictimaishura.az saytı bu proqram çərçivəsində hazırlanan 2-ci platformadır. Bundan öncə E-Nəzarət Platforması (www.enezaret.az) fəaliyyətə başlayıb. Məhəmməd Quluzadə bildirib "ECSOFT" proqramı çərçivəsində dövlət qurumları ilə geniş əməkdaşlıq qurulub və həmin qurumların əməkdaşları üçün treninqlər təşkil edilib. Proqramın müxtəlif fəaliyyət istiqamətləri ilə QHT-lərlə də geniş əməkdaşlıq həyata keçirilib.

Daha sonra layihənin eksperti və ictimaishura.az saytının rəhbəri Cəsarət Hüseynzadə əyani formada saytın təqdimatını edib və görülən işlər barəsində məlumat verib.

Qeyd olunub ki, ötən ilin sonuna kimi 12 mərkəzi icra hakimiyyəti yanında ictimai şura fəaliyyət göstərib. "Milli Fəaliyyət Planı" çərçivəsində görülən tədbirlər nəticəsində hazırda mərkəzi icra hakimiyyəti yanında İctimai Şuraların sayı 20-yə çatıb. Bu ilin 9 ayı ərzində 14 nazirlik, dövlət komitəsi və xidmətləri yanında İctimai Şuralara seçkilər keçirilib. Bu baxımdan "Milli Fəaliyyət Planı"na qeyd olunun istiqamətlər üzrə töhfələr vermək məqsədilə 2021-ci ilin əvvəlindən "ictimaishura.az" platformasının yaradılmasına start verilib.
.

Layihənin əsas məqsədi İctimai Şuralar barədə ictimaiyyətin məlumatlığını artırmaq və onlarla qarşılıqlı əlaqə yaratmaqla fəaliyyət göstərdikləri dövlət qurumlarının işində şəffaflığının artırılmasıdır. Platforma 30 mərkəzi və yerli icra hakimiyyəti yanında İctimai Şuranı əhatə edir. İctimai Şuraların sayı çoxaldıqca platformadakı şuraların da sayı paralel olaraq artacaq. Sayt xəbərlər, elanlar, seçki, qanunvericilik, nəşrlər, hesabatlar, multimedia və İctimai Şuralar bölməsindən ibarətdir. İctimai Şuralar bölməsində mərkəzi icra hakimiyyəti, yerli icra hakimiyyəti və digər qurumlar yanında İctimai Şuralar kataloqu mövcuddur. Bu bölmələr üzrə yaradılan İctimai Şuralar haqqında məlumatların bazası formalaşdırılıb. Funksionallığı və əlçatanlığı təmin etmək məqsədilə platforma üzərindən İctimai Şuralar üçün subsaytlar yaradılıb. Sayt, eyni zamanda, İctimai Şuralar üçün öz subsaytlarını idarə etmək kimi texniki imkanlara da sahibdir. Həmin subsaytlarda İctimai Şuranın bazasının bölmələr üzrə formalaşdırılması üçün imkanlar mövcuddur.
Layihə çərçivəsində, eyni zamanda, cari ilin 9 ayı ərzində 14 mərkəzi İcra Hakimiyyəti və 3 digər qurum yanında İctimai Şuraya keçirilən seçkilərlə bağlı məlumatlandırma, maarifləndirmə və monitorinq tədbirləri həyata keçirilib. İctimai Şuralara seçkilərlə bağlı saytda, sosial şəbəkələrdə məlumatlar verilib və elektron poster yayımlanıb. Monitorinq çərçivəsində müxtəlif qurumlar yanında İctimai Şuralara keçirilən seçkilərlə əlaqədar qanunvericilik məsələləri ilə bağlı irəli sürülən 13 təklif nəzərə alınıb.

Tədbirdə çıxış edən Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Zaur İbrahimov, Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Elşad Məmmədov digər dövlət qurumlarının əməkdaşları və ictimai şura sədrləri bu layihənin informasiya mübadiləsi və qarşılıqlı fəaliyyət üzrə İctimai Şuraların potensialının genişləndirilməsi, ictimaiyyətin məlumatlandırılması və seçkilər də daxil olmaqla İctimai Şuraların fəaliyyətinə nəzarətin artırılması baxımından mühüm əhəmiyyətə malik olduğunu bildiriblər.
Azərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLARAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLARAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLARAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLARAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLARAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLARAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLARAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLARAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLARAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLARAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLARAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLARAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLARAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLARAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLARAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLARAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLARAzərbaycanda ilk dəfə İctimai Şuralar üçün vahid onlayn platforma yaradılıb - FOTOLAR


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 883   Tarix: 08 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr
.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş (FOTO)

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyət

12 noyabr
.

İşə qəbulda 30 yaş məhdudiyyəti, pensiyada 65 yaş - Vətəndaş 35 il necə dolanmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda əmək bazarında işə qəbul zamanı yaş amili yenidən müzakirə mövzusuna çevrilir. İstər dövlət, istərsə də özəl sektorda bir çox vakansiyalarda 18-30 yaş aralığında namizədlərə üstünlük verilməsi daha yaşlı işaxtaranların məşğulluq imkanlarını məhdudlaşdırır. Halbuki ölkədə pensiya yaşı 6

12 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca

12 noyabr
.

Aslan Fətullayevin nəşi Bakıya gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz

12 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin nədən zəhərləndiyi bilindi

"Lənkəranda qeydə alınan zəhərlənmə faktı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb". Bu barədə AQTA-dan -ın sorğusuna cavabda bildirilib. Qeyd edilib ki, sözügedən məsələ ilə bağlı dərhal araşdırmalara başlanılıb:. "İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakin

12 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr