Reket-"jurnalist" Ata Abdullayev: "Günahımın nə olduğunu bilirəm"
Bakı Ağır Cinayətlər Məhkəməsində reket-"jurnalist" Ata Eldar oğlu Abdullayevin cinayət işi üzrə məhkəmə istintaqı keçirilib.
"Report" xəbər verir ki, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Ata Abdullayevin vəkili müdafiə etdiyi şəxs barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb.
Məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra A.Abdullayev çıxış edib. O, həbsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etməyəcəyini deyib:
"Mən həmin şəxslərdən deyiləm ki, müdafiəm üçün beynəlxalq təşkilatlara müraciət edim. Mənim onların müdafiəsinə ehtiyacım yoxdur. Mən bu 7 ayda günahımın nədən ibarət olduğunu bilirəm, başa düşmüşəm. Şikayətçilərin elələri var ki, onlarla ünsiyyətim olmayıb. 7 ayda nə çəkdiyimi bir Allah bilir. Bu 7 ayda məni nə incidən, nə də zorla heç nə yazdıran olmayıb".
Məhkəmənin baxış iclası oktyabrın 19-na təyin edilib.
Qeyd edək ki, A.Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilərək barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 1857 Tarix: 08 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Fatmayı bələdiyyəsinin sədrinin yalanı üzə çıxıb - 13 hektar sahə...
Abşeron rayonu, Fatmayı Bələdiyyəsinin sədri Nəsir Nəsirlinin qanunsuz əməlləri ilə bağlı cinayət işi açılıb. Baş Prokurorluğa istinadən xəbər verir ki, torpaqları qanunla nəzərdə tutulan dəyərindən aşağı satmaqda təqsirləndirilən sədr barəsində cinayət işi məhkəməyə göndərilib. Belə ki, Abşeron rayonu
10 aprelBakıda 16, rayonlara 20 dərəcə isti olacaq
Bakıda aprelin 11-də havanın 16 dərəcə isti olacağı, rayonlarda yağış yağacağı gözlənilir. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gec
10 aprelBu xəstəxanın sahibinin üç milyon manat borcu yaranıb
Gəncə Beynəlxalq Xəstəxanasının sahibi "Synergy Medical" MMC külli miqdarda borca düşüb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, kommersiya qurumlarının dövlət reyestrindəki məlumata görə, MMC-nin 12 saylı Ərazi Vergilər Baş İdarəsinə 2 938 328.7 manat borcu yaranıb. Qeyd edək ki, "Synerg
9 aprelQaxla Şahdağa qar yağır
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur. Belə ki, Sabirabad, Kürdəmir, Qobustan, Neftçalada arabir yağış yağır, Daşkəsən, Qax (Sarıbaş) və Şahdağd
9 aprelBakıya yenə ardıcıl yağışlar yağacaq - Bu tarixlərdə
Bakı şəhərində yenidən yağışlı hava şəraiti gözlənilir. xəbər verir ki, hava proqnozu tətbiqlərində yer alan məlumatlara əsasən, paytaxtda 13 və 14 aprel tarixlərində yağış yağacağı ehtimal olunur. Yağıntının intensivliyi ilə bağlı dəqiq məlumat olmasa da, qeyd olunan günlərdə hava şəraitinin qeyri-sabi
9 aprelQəssabda ürəkbulandıran görüntülər! Hamısını insanlara satacaqdılar
Antalyada qida qalmaqalı: 55 kilo yararsız ət satışda aşkarlanıb, obyekt bağlanıb. Türkiyənin Antalya vilayətinin Serik rayonunda aparılan yoxlamalar zamanı ciddi qida təhlükəsizliyi pozuntusu üzə çıxıb. türk mediasına istinadən xəbər verir ki, bir qəssab dükanında istehlaka yararsız 55 kiloqram əti
10 aprelBinadan gələn pis qoxu acı gerçəyi ortaya çıxardı - VİDEO
Türkiyənin Edirnə şəhərində tək yaşayan yaşlı kişinin evindən yayılan pis qoxu faciənin üstünü açıb. türk mediasına istinadən xəbər verir ki, şəhərin mərkəzi rayonuna bağlı Meydan məhəlləsində yerləşən yaşayış binasında tək yaşayan 67 yaşlı Y.E.-dən bir müddətdir xəbər ala bilməyən qonşular mənzildə
9 aprel