Rüfət məktəbli qızı qaçırdı, təcavüz etdi

Rüfət məktəbli qızı qaçırdı, təcavüz etdiGədəbəy rayonunda 1995-ci il təvəllüdlü Rüfət Vəliyev yetkinlik yaşına çatmayan Könül (ad və soyadlar şərti verilib - red.) ilə cinsi əlaqədə olub.

Rüfət 2007-ci il təvəllüdlü Könül ilə 21 fevral 2021-ci ildə gecə saat 03 radələrində Gədəbəy rayonu, Qaradağ kəndində idarə etdiyi avtomobildə onun öz razılığı əsasında təbii və qeyri-təbii yolla cinsi əlaqəyə girib, ona qarşı seksual xarakterli hərəkətlər edib.

Sonxeber.az teleqraf.com-a istinadən bildirir ki, istintaq orqanı tərəfindən Rüfətin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

"Məndən uzaqlaşdırmaq üçün Bakıya göndərdilər"

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Rüfət ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Könül onun oxuduğu məktəbdə oxuyub: "Könülü məktəbdə görüb bəyənmişəm. Könül həm də dayım qızı Nurayın qonşusudur. Nuraya Könül ilə məni danışdırmasını xahiş etsəm də o, buna qarışmaq istəmədiyini bildirdi. Könül ilə danışa bilmək üçün ona içərisində sim nömrə olan mobil telefon verdim. Könül ilə bir il danışdıqdan sonra onun evinə anam Leylanı və xalam Sevinci elçi göndərdim. Könülün valideyinləri onun yaşının az olmasını əsas gətirdilər, mənə verməkdən imtina etdilər. Könülü məndən uzaqlaşdırmaq üçün Bakı şəhərinə qohumunun evinə göndərdilər. Könül Bakı şəhərindən gəldikdən sonra mənimlə danışdı. Yenidən elçi göndərmək istədiyimi dedim. Könül valideyinlərinin onu mənə verməyəcəyini bildirdi və onu qaçırmağımı təklif etdi".

"Avtomobildə cinsi əlaqədə olduq"

Rüfətin sözlərinə görə, bu ilin fevralın 20-də, saat 21 radələrində evdə olan vaxtı Könül anası Natəvanın nömrəsi ilə ona zəng edib: "Könül hazır olduğunu və gəlib onu götürməyimi bildirdi. Özümə məxsus "VAZ-21010" markalı avtomobillə Könülün yaşadığı küçəyə getdim. Küçəyə çatanda artıq Könül məni çöldə gözləyirdi. Avtomobili saxladım, Könül avtomobilin arxa oturacağına əyləşdi. Avtomobili Gədəbəy rayonu, Slavyanka kəndində yaşayan xalam qızı Elmiranın evinə sürdüm. Hamin vaxtı qar yağmışdı və 3-4 saata ora çatdıq. Elmiranın evinə girdikdə Şəmkir rayon polis şöbəsindən axtarıldığımızı dedilər. Buna görə də Könülü götürərək oradan Gədəbəy rayonu istiqamətində avtomobili idarə etdim. Asfalt yoldan çıxdıq və kənd yoluna girdik. Təxminən 15-20 dəqiqə torpaq yol ilə getdikdən sonra avtomobil sürüşərək yoldan çıxdı. Avtomobili yola çıxara bilmədim. Sonra avtomobildə arxa oturacağa oturan Könülə cinsi əlaqədə olmağı təklif etdim. Könül razılaşdı".

"Biz birlikdə polis şöbəsinə getdik"

Rüfət qeyd edib ki, avtomobil düz dayanmadığı üçün motora yanacaq getməyib: "Bu səbəbdən də avtomobili işə sala bilmədim. Bu səbəbdən avtomobildə gecələdik. Səhər saatlarında biz yuxudan oyandıq və mobil telefonu açdım. Qohumlarımla əlaqə saxladım, vəziyyət barədə öyrəndim. Könülün atası Turalın məndən polisə şikayət etdiyini öyrəndim. Onlara avtomobilin yoldan çıxdığını və yolda qaldığımızı dedim. Tanışım Samir və qohumum Elvin bizim olduğumuz yerə gəldilər. Avtomobili çıxarmaq istədilər, lakin qara görə alınmadı. Könül ilə birlikdə Elvinin avtomobilinə əyləşdik. Şəmkir rayon mərkəzi bazarının yanında avtomobildən düşdük. Xalam Sevinc oraya gəldi. Biz birlikdə polis şöbəsinə getdik".

"Məqsədim olub ki, anam mənim ailə qurduğumu görsün"

Təqsirləndirilən şəxs deyib ki, Könülün 2007-ci il təvəllüdlü olduğunu bilməyib. Onun sözlərinə görə, Könül ilə telefonla danışan zaman o, 9-cu sinifə oxuduğunu və 15 yaşının içində olduğunu deyib. O, Könülü qaçıran zaman ona zor tətbiq etməyib: "Anamda ağır xərçəng xəstəliyi var. Atam itkin düşüb. Ailənin yeganə işləyəni və dolandıranıyam. Könül ilə ailə qurmaq məqsədim olub ki, anam mənim ailə qurduğumu görsün. Könül ilə biri-birimizi sevirik və gələcəkdə ailə qurub, evlənəcəyik".

"Qoşulub getməyi təklif etdim"

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Könülün bildirdiyinə görə, Şəmkir rayonu, Aşağı Seyfəli kəndi Natiq Abbasov adına Orta Məktəbin 8-ci sinfində təhsil alır: "Rüfət qonşumuz Nurayın dayısı oğludur. Təxminən bir il əvvəl Nuray mənə yaxınlaşaraq dayısı oğlu Rüfətin məndən xoşu gəldiyini və mənimlə ailə qurmaq istədiyini dedi. Rüfət mənimlə telefonla danışa bilmək üçün mobil telefon vermək istədiyini bildirdi. Mən bu barədə anama dedim. Anam mənə etiraz edərək yaşımın az olduğunu söylədi. Buna baxmayaraq Nuraydan telefonu götürdüm və Rüfət ilə danışmağa başladım. Biz təxminən bir il Rüfətlə danışdıq. Sonra anam bunu bildi, telefonu məndən alaraq qırdı. Bir müddət anamın telefonu ilə axşamlar Rüfətlə danışdım. İki dəfə Nurayın yaşadığı evdə Rüfətlə görüşdüm. Bir dəfə də Rüfət hədiyyə alaraq pəncərəmizin qarşısına qoydu. Rüfətin anası və xalası bizə elçi gəldi. Atam yaşımın az olmasını dedi, Rüfətlə evlənməyimə etiraz etdi. Rüfətə atamın məni onu verməyəcəyini bildirdim, qoşulub getməyi təklif etdim. Rüfət də mənimlə razılaşdı".

Zərərçəkmiş daha sonra ifadəsində Rüfətə qoşularaq qaçmasından, gecəyarısı avtomobildə öz razılığı ilə cinsi əlaqədə olmasından danışıb. Qeyd edib ki, Rüfəti sevir, onunla evlənmək istəyir.

Bu cinayət işinə Gədəbəy rayon Məhkəməsində baxılıb.

Rüfətin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olamaqla 1 il 6 ay 16 gün şərti cəza verilib.

Rüfətin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 4771   Tarix: 09 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Musiqi adı altında uşaqlara hansı dəyərlər aşılanır? - PSİXOLOQDAN AÇIQLAMA

Son dövrlər azyaşlı uşaqlar arasında narkotik maddələri, cinayətkar həyat tərzini və həbsxana mühitini təbliğ edən mahnılara maraq diqqət çəkir. Xüsusilə sosial şəbəkələr və musiqi platformaları vasitəsilə yayılan bu cür mahnılar uşaqların gündəlik dinlədiyi musiqilərin bir hissəsinə çevrilir. Mahnıları

11 noyabr
.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş (FOTO)

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyət

12 noyabr
.

İşə qəbulda 30 yaş məhdudiyyəti, pensiyada 65 yaş - Vətəndaş 35 il necə dolanmalıdır? - İQTİSADÇIDAN AÇIQLAMA

Azərbaycanda əmək bazarında işə qəbul zamanı yaş amili yenidən müzakirə mövzusuna çevrilir. İstər dövlət, istərsə də özəl sektorda bir çox vakansiyalarda 18-30 yaş aralığında namizədlərə üstünlük verilməsi daha yaşlı işaxtaranların məşğulluq imkanlarını məhdudlaşdırır. Halbuki ölkədə pensiya yaşı 6

12 noyabr
.

Qırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var

İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd

11 noyabr
.

Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək

Almaniyanın Fulda şəhərində vəfat edən bəstəkar, orqan ifaçısı və pianoçu-improvizator, Əməkdar artist Arif Mirzəyevin nəşi Azərbaycana gətiriləcək. Bu barədə Qaynarinfo-ya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, komitənin tabeliyindəki Azərbayca

12 noyabr
.

Aslan Fətullayevin nəşi Bakıya gətirildi

Əməkdar mədəniyyət işçisi, Prezident mükafatçısı Aslan Fətullayevin nəşi Moskvadan Bakıya gətirilib. xəbər verir ki, bu məlumatı -a açıqlamasında Azərbaycan Dövlət Kukla Teatrının mətbuat katibi Həmidə Rüstəmova verib. "Aslan müəllimin nəşi bu gün səhər saat 05:30-da Moskvadan gətirilib. Direktorumuz

12 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr
.

Lənkəranda üçü azyaşlı olmaqla 11 nəfərin nədən zəhərləndiyi bilindi

"Lənkəranda qeydə alınan zəhərlənmə faktı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb". Bu barədə AQTA-dan -ın sorğusuna cavabda bildirilib. Qeyd edilib ki, sözügedən məsələ ilə bağlı dərhal araşdırmalara başlanılıb:. "İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakin

12 noyabr
.

Yerə zibil atanlar 10 min manatadək cərimə olunacaq

Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl

10 noyabr