Erməni xalqı anlamalıdır ki, ölkənin taleyi... - Suda

Erməni xalqı anlamalıdır ki, ölkənin taleyi... - SudaMüharibədən sonra Azərbaycan, Rusiya və Ermənistan liderləri tərəfindən imzalanmış Bəyanatdan sonra təkcə Cənubi Qafqaz regionu deyil, Avropa və Asiya ölkələri də yeni geosiyasi reallıqla üzləşib.

Sonxeber.az xəbər verir ki, bunu iordaniyalı akademik, Beynəlxalq Ərəb-Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin təsisçisi və prezidenti Mərvan Suda deyib.

"Çin və Böyük İpək yolu şəbəkəsi üzrə tədqiqatlar aparıram. Azərbaycanın Qələbəsi və Ermənistanın kapitulyasiya sənədinin imzalaması mühüm nəqliyyat dəhlizlərinin açılması perspektivini yaradıb. Əvvəllər Prezident İlham Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə əlavə olaraq, Rusiya və Türkiyənin bilavasitə iştirakı ilə Avropa və Uzaq Şərq ölkələri arasında daha etibarlı nəqliyyat əlaqələri təmin edilə bilər. Bu, ABŞ hərbi kontingentinin Əfqanıstanı tərk etməsindən sonra həmin ölkədə yaranan gərginlik və xaos fonunda olduqca mühümdür. Azərbaycanın regional aktor kimi, siyasi əhəmiyyəti və iqtisadi qüdrəti daha da artacaq. Müharibədə ağır məğlubiyyətə uğrayan Ermənistanın isə gələcəyi onun sülhün və sabitliyin qorunub saxlanılması istiqamətində davranışından asılı olacaq. Erməni xalqı anlamalıdır ki, bu ölkənin gələcək taleyi qonşularla dinc yanaşı yaşaması və onlara qarşı qanunsuz ərazi iddialarından birdəfəlik əl çəkməsindən asılıdır.

Hazırda Avropa, Türkiyə, Çin şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərində iştirak edirlər. Rəsmi Bakı digər ölkələrin, o cümlədən ərəb dövlətlərinin şirkətlərini də bu prosesə qoşulmağa dəvət edir. Düşünürəm ki, Qarabağ torpağı, orada Prezident İlham Əliyevin yaratdığı iqtisadi zonalar beynəlxalq və regional əməkdaşlıq mərkəzinə çevriləcək", - M.Suda qeyd edib.


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1492   Tarix: 09 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Abbas Abbasov təcili Rusiyaya qayıtdı

Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən istintaqa cəlb edilən və barəsində axtarış elan olunan Baş nazirin sabiq birinci müavini Abbas Abbasov Türkiyədən Rusiyaya yollanıb. -ya istinadən xəbər verir ki, A. Abbasov bir neçə ay öncə Türkiyədə yaşayan övladlarının yanına gedib və İstanbulda qalırmış. Abba

17 dekabr
.

Azərbaycanda keçiriləcək U-20 dünya çempionatı ilə bağlı SƏRƏNCAM

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. -a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə sərəncam imzalayıb. "Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurasının 2025-c

15 dekabr
.

"Amnistiya təşəbbüsləri beynəlxalq müstəvidə də Azərbaycanın humanist və hüquqi dövlət imicini gücləndirir" - DEPUTAT

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktını

17 dekabr
.

"20 min insanın azadlığa çıxması ailələrə böyük sevinc gətirəcək" - AÇIQLAMA

Azərbaycan Respublikasının Prezidenti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan Amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrumetmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktını

17 dekabr
.

"İlham Əliyev hər bir Azərbaycan vətəndaşının Prezidentidir" - AÇIQLAMA

"Ölkə başçısı cənab İlham Əliyev 2024-cü ilin 7 fevral tarixində müstəqillik tariximizdə ilk dəfə olaraq bütün ölkə ərazisində keçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçmə mərasimində onu da böyük inamla, qürur hissi ilə bildirdi ki, 2003-cü ildə verdiyim bütün vədlər yerin

23 dekabr
.

"Azərbaycan tarixində ən böyük amnistiya aktı gözlənilir" - AÇIQLAMA

"Azərbaycan tarixində ən böyük amnistiya aktı gözlənilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən suverenliyimizin tam bərpa olunması və Konstitusiyamızın qəbul edilməsinin 30 ilinin tamam olması ilə əlaqədar "Konstitusiya və Suverenlik" ili çərçivəsində ölkəmizd

17 dekabr
.

İlham Əliyevdən amnistiya təşəbbüsü - 20 min nəfərə şamil olunması gözlənilir

Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası sayəsində müstəqil Azərbaycan dövləti qurulub möhkəmlənmiş, ulu öndərin rəhbərliyi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini yaradıb. Ulu öndərin siyasi kursunu

15 dekabr
.

Ölkə başçısının növbəti humanist addımı

Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçən 34 il ərzində ölkədə 12 dəfə amnistiya aktı qəbul edilib və həmin aktlar ümumilikdə 70 min şəxsə şamil olunub. İlk amnistiya elə Azərbaycanın müstəqilliyinin bərpası münasibətilə qəbul edilmişdi. Bu amnistiya aktlarının əksəriyyəti İlham Əliyevi

18 dekabr
.

Mədə ağrısı ilə xəstəxanaya getdi, tomoqrafiyanı görən həkim dərhal polisə xəbər verdi

Mərakeşdən təxminən 3 min kilometr məsafəni təyyarə ilə qət edərək Türkiyəyə gələn Cüneyt G., iki gün sonra qarın ağrısı şikayəti ilə İstanbulun Fulya səmtində yerləşən özəl xəstəxanaya müraciət edib. Müayinədən sonra şübhəlinin tomoqrafiyası çəkilib. türk mediasına istinadən xəbər verir ki, aparıla

23 dekabr