Bakıda bu məktəbdə dərslər tamamilə dayandırıldı - VİDEO
Paytaxtın Nərimanov rayonu ərazisində yerləşən 57 nömrəli tam orta məktəbdə dərslər tamamilə dayandırılıb.
Sonxeber.az xəbər verir ki, buna səbəb məktəbin qəzalı vəziyyətə düşməsi olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, məktəbdə təhsil alan şagirdlər rayon ərazisində fəaliyyət göstərən digər təhsil ocaqlarında dərslərini davam etdirəcəklər.
Məktəbin qəzalı vəziyyətdə olması ilə bağlı Fövqəladə Hallar Nazirliyi rəy verəndən sonra şagirdlərin digər məktəblərə köçürülməsinə başlanılıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, sabahdan etibarən İdarənin tabeliyindəki 57 nömrəli tam orta məktəbin 1-4-cü sinif şagirdləri 291 nömrəli Ekologiya liseyində, 5-11-ci sinif şagirdləri isə 82 nömrəli tam orta məktəbdə əyani tədrisə davam edəcəklər.
Məktəbdə tədrisin dayandırılması ilə bağlı qərar son vaxtlar əlverişsiz hava şəraiti nəticəsində yağış və qrunt sularının binanı qəzalı vəziyyətə salması səbəbindən verilib. Lakin məktəbdə təmir işlərinin nə vaxt başlanıb, yekunlaşacağı tarix isə bilinmir.
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 42021 Tarix: 11 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
9 gün iş olmayacaq
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş rejimi ilə çalışanları 9 qeyri-iş günü gözləyir. Ölkə.az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təsdiqlədiyi 2026-cı ilin istehsalat təqvimində qeyd olunub. Təqvimə əsasən, dekabr ayı ərzində səkkiz gün şənbə və bazar
11 noyabrTeymur Musayevə yeni vəzifə verildi
Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib. "Qafqazinfo" xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev təyin olunub. Qeyd edək ki, bu təyinatadək Nazirlə
12 noyabrMaaşların gecikdirilməsi və ya azaldılmasına nəzarət gücləndiriləcək
Azərbaycanda əməkhaqqının gizlədilməsi hallarına qarşı yeni mexanizm tətbiq olunacaq. Axşam.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Zaur Əliyev Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, işçilərə əməkhaqq
11 noyabrƏhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək
Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili
11 noyabr