"Azərbaycan öz qələbəsilə bütün dünyaya güclü dövlət olduğunu sübut etdi"

"Azərbaycan öz qələbəsilə bütün dünyaya güclü dövlət olduğunu sübut etdi"İstiqamət: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycan dövlətçiliyi müasir mərhələdə

"Ölkəmizin Vətən müharibəsində qazandığı tarixi zəfər yeni reallıqlar yaratmış oldu. Bu reallıqlar hər bir sahəni əhatə edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz ölkəmizin ərazi bütövlüyünü cəmi 44 gün ərzində bərpa olunması ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı hesab edilməlidir. Buna görə də bir sıra yeni yanaşmalar həyatımız üçün zəruri hala çevrilib. Azərbaycan öz qələbəsilə bütün dünyaya güclü dövlət olduğunu sübut etdi. İşğalla barışmayaraq öz ərazi bütövlüyünü təmin edən ölkəmiz müasir dünyanın nüfuzlu ölkəsi kimi tanınmaqdadır".

Bu sözləri Sonxeber.az-a açıqlama verən millət vəkili Cavid Osmanov deyib.

Onun sözlərinə görə, Vətən müharibəsində tarixi ədalət bərpa olunub:

"Vətən müharibəsindəki tarixi ədalətin bərpası SSRİ dövründə süni şəkildə ortaya atılmış "Dağlıq Qarabağ" ifadəsinin siyasi leksikondan çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri aktuallaşdırdı.

Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində, həmçinin, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurəti yaranıb.

Azərbaycan ərazi bütövlüyü və suverenliyini bərpa etmiş müstəqil ölkədir. Müstəqilliyimizin tarixi isə artıq 103 ildən çoxdur. Bu əsasda 28 may tarixinin bundan sonra Müstəqillik Günü adlandırılması daha məqsədəuyğundur. Çünki Azərbaycan məhz 28 may 1918-ci il tarixində mütəqil dövlət olaraq elan olunub. Sovetlər birliyi süqut etdikdən sonra Azərbaycan yenidən öz müstəqiliyini bərpa edərkən 18 oktyabr Müstəqillik Günü adlandırılmışdı. Əslində isə "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının preambulası mahiyyət etibarilə müstəqilliyin bərpası ideyası üzərində qurulub.

Azərbaycan Respublikası Ali Sovetinin 30 avqust 1991-ci il tarixində qəbul etdiyi müvafiq Bəyannamənin adı da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" adlanır. Qəbul edilərkən "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının məzmunu və başlığı arasında texniki uyğunsuzluğa yol verilib və nəticədə aktın adı "müstəqilliyin bərpası" əvəzinə, "müstəqillik aktı" kimi qəbul olunub. Nəzərdə tutulan yeni düzəlişlə məhz bu uyğunsuzluq aradan qaldırılmış olacaq. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyəti və müasir Azərbaycan Respublikası arasında siyasi-hüquqi varisliyin daha dəqiq və qabarıq formada ifadə olunması düzəliş nəticəsində təmin ediləcək. Burada mühüm məqamlardan biri də odur ki, qəbul ediləcək düzəliş ermənilərin "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının adına istinad edərək, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin heç vaxt müstəqil Azərbaycan Respublikasının tərkibində olmaması və Sovet qanunvericiliyinə uyğun olaraq, 2 sentyabr 1991-ci il tarixli referendumla onun tərkibindən ayrılması barədə ortaya atdıqları arqumenti də tam sıradan çıxaracaq.

Cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləridir. Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir.

18 oktyabrın Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa edən müasir Azərbaycanın 1918-ci ildə qurulan Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir. Uzunmüddətli perspektivdə bu, azərbaycanlıların tarixi torpaqlarına, o cümlədən Zəngəzura dinc yolla qayıdış perspektivi üçün əsasları daha da gücləndirəcək.

Mahiyyət etibarilə, 28 may 1918-cil və 18 oktyabr 1991-ci il tarixlərində baş vermiş hadisələr bir-birindən fəqlənir. 18 oktyabr tarixinin də Müstəqilliyin Bərpası Günü kimi qeyd edilməsi daha düzgündür. Bu hər iki hadisənin yeni qaydada təsbit edilməsi, eyni zamanda, yetişən gənc nəslin hadisələrin tarixi mahiyyətini daha əhatəli şəkildə dərk etməsi ilə nəticələnəcək.

Bundan əlavə, dünyanın əksər ölkələrində məhz müstəqil dövlətin yaradılış günləri Müstəllik Günü olaraq qeyd olunur. Misal olaraq ABŞ-ı göstərə bilərik. Bu ölkədə dövlətin yaranma günü "İstiqlaliyyət Günü" kimi qeyd edilir. 1918-ci ildə Azərbaycanla eyni gündə öz müstəqilliyini elan etmiş qonşu Gürcüstanda da məhz milli dövlətin yaranma günü "Respublika günü" deyil, "Müstəqillik günü" adlandırılır".

Material Azərbaycan Respublikası

Medianın İnkişafı Agentliyinin maliyyə

dəstəyi ilə hazırlanmışdır.

"Azərbaycan öz qələbəsilə bütün dünyaya güclü dövlət olduğunu sübut etdi"Aytəkin CƏLALİ


Sonxeber.az
Telegramda izləyin
Siyasət   Baxılıb: 1961   Tarix: 11 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin Zirvə Toplantısında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak etmək üçün Dublindəki Konqres Mərkəzinə gəldi. AZƏRTAC xəbər verir ki, İrlandiyanın Baş naziri Mixol Martin dövlətimizin başçısını qarşıladı

12 noyabr
.

Heydər Əliyev Fondu COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur - Foto

Heydər Əliyev Fondu Türkiyənin Antalya vilayətində davam edən COP31 çərçivəsində geniş pavilyonla təmsil olunur. xəbər verir ki, bununla bağlı AZƏRTAC-a açıqlamasında Heydər Əliyev Fondunun nümayəndəsi Qönçə Darabzadə məlumat verib. O bildirib ki, pavilyon Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullant

10 noyabr
.

Şuşadan dünyaya müttəfiqlik və əbədi qardaşlıq mesajı

Azərbaycanın müasir dövlətçilik tarixi hərbi qələbələrlə yanaşı, strateji diplomatik uğurlar və sarsılmaz dostluq salnaməsi ilə zəngindir. 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə Cənubi Qafqazın siyasi mənzərəsini kökündən dəyişməklə yanaşı, Bakı ilə Ankara arasındakı qardaşlıq tellərin

11 noyabr
.

Azərbaycanın gələcək inkişafı və dövlət müstəqilliyinin daha da möhkəmləndirilməsi ölkə başçısının təbrikinin əsasıdır

Noyabrın 6-da - Zəfər Gününün altıncı ildönümü ərəfəsində Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura növbəti dəfə səfərə gəlib. Ölkə başçısının bu bölgəyə hər bir səfəri burada aparılan genişmiqyaslı quruculuq işlərini daha da sürətləndirir, bölgədə keçirilən beynəlxalq miqyaslı tədbirlər, xaric

11 noyabr
.

Prezident İlham Əliyev Türkiyəyə səfərə gəlib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün noyabrın 10-da Türkiyəyə səfərə gedib

10 noyabr
.

Brüsseldə Zəfər Günü qeyd olunub

Zəfər Günü münasibətilə Brüssel Azərbaycan Evində Belçikanın müxtəlif şəhərlərində yaşayan Azərbaycan icmasının nümayəndələrinin və bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin iştirakı ilə bayram tədbiri keçirilib. "Report"un Avropa bürosunun məlumatına görə, tədbir ölkənin Belçikadakı səfirliyini

9 noyabr
.

Türkiyə Prezidenti Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə Azərbaycanı təbrik edib. xəbər verir ki, Prezident bu barədə Azərbaycana rəsmi səfərindən dönərkən təyyarədə jurnalistlərə açıqlamasında danışıb. "Mən azərbaycanlı qardaşlarımızı Zəfər Günü münasibətilə bir dah

9 noyabr
.

Zəfərdən suverenliyə və güclü dövlət quruculuğuna gedən yol

Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə, şanlı Zəfərin şərəfinə ucaldılmış ikinci Zəfər tağının önündə etdiyi müraciət ölkənin keçdiyi tarixi yolun və qarşıda duran vəzifələrin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu çıxışın məhz Xankəndidə səsləndirilməsi ona xüsusi məna verir

11 noyabr
.

Prezidentin Xankəndidən xalqa ünvanlanan təbriki böyük maraqla qarşılanıb

Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Azərbaycan xalqına Xankəndidən ünvanladığı təbriki tarixi Qələbəmizin siyasi, hərbi, mənəvi və ideoloji əhəmiyyətini bir daha nümayiş etdirir. Təbrikin məhz Xankəndidə, Zəfər tağının önündə səsləndirilməsi Azərbaycanın dövlət suverenliyinin, milli iradəsini

11 noyabr