Azərbaycanın bölünməsindən 208 il keçir: Gülüstan müqaviləsi - VİDEO

Azərbaycanın bölünməsindən 208 il keçir: Gülüstan müqaviləsi - VİDEOOktyabrın 12-də tarixi Azərbaycan torpaqlarını ikiyə bölən "Gülüstan müqaviləsi"nin bağlanmasından 208 il ötür.

1813-cü ilin 12 oktyabr tarixində imzalanan həmin müqavilə ilə Azərbaycan Rusiya ilə İran arasında bölündü. Həmin tarixdə Gülüstan kəndində bağlanan, birinci Rusiya-İran müharibəsinin başa çatmasını bildirən müqavilə tarixə imzalandığı yerin adı ilə – "Gülüstan müqaviləsi" kimi yazılıb.

Müqaviləni İran tərəfdən şahın vəkili Mirzə Əbülhəsən xan, Rusiya tərəfdən isə imperiyanın Gürcüstandakı komandanı Nikolay Ratişev imzalayıb. Bu sülh müqaviləsinin şərtlərinə əsasən, Azərbaycanın şimalındakı xanlıqlarından İrəvan və Naxçıvanı çıxmaq şərti ilə yerdə qalan bütün xanlıqlar, yəni Lənkəran, Şirvan, Quba, Bakı, Gəncə, Qarabağ və Şəki Rusiya İmperiyasına verilib.

208 il öncə Azərbaycan türklərini iki yerə ayıran "Gülüstan" müqaviləsi xaqımızın həyatında dəhşətli hadisələr üçün pis başlanğıc oldu. Fars və rus işğalçılığına qarşı dura bilməyən xalqımızın aqibətinə ayrılıq, parçalanma yazıldı. Farslarla ruslar 410 min kvadratkilometrlik ərazimiz olan dövlətçilik imkanımız, tarixi torpaqlarımızı şəxsi malları kimi öz aralarında böldülər.

Yurdumuzu 11 maddədən ibarət müqavilə ilə bölən bu iki yad dövlət öz aralarında savaşa son qoymaq üçün bundan sonra əbədi dostluq şəraitində yaşayacaqlarına söz də verdilər. Həmin dostluq bu gün də davam edir. Beləliklə, bütöv Azərbaycan iki yerə parçalandı və ən acınacaqlısı isə müqavilə imzalanarkən Azərbaycandan, yəni bölüşdürülən torpaqdan kimsə orada iştirak etmədi.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2111   Tarix: 12 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Turlar.az

Oxşar xəbərlər

.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş (FOTO)

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyət

12 noyabr
.

Fəhmin Hacıyevin həyat yoldaşı vəfat etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki üz verib. -a istinadən xəbər verir ki, Fəhmin Hacıyevin xanımı Laləzar Hacıyeva uzun illər sürən ağır xəstəlikdən sonra bu səhər dünyasını dəyişib. Məlumat sosial şəbəkədə yayılıb. Allah rəhmət eləsin!. Qeyd edək ki

12 noyabr
.

Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, proses çərçivəsində ümumilikd

11 noyabr
.

Teymur Musayevə yeni vəzifə verildi

Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib. "Qafqazinfo" xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev təyin olunub. Qeyd edək ki, bu təyinatadək Nazirlə

12 noyabr
.

Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd

12 noyabr
.

Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək

Noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzr

12 noyabr