8 yaşlı qıza dəfələrlə anasının görüşdüyü kişilər tərəfindən təcavüzə cəhd olunub - ŞİKAYƏT - RƏSMİ

8 yaşlı qıza dəfələrlə anasının görüşdüyü kişilər tərəfindən təcavüzə cəhd olunub - ŞİKAYƏT - RƏSMİAta 15 yaşlı qızının 7 il ərzində cinsi istismara cəhdə və psixologi təcavüzə məruz qaldığını deyir, bu işdə həyat yoldaşını, yəni qızın anasını günahlandırır.

"Həyat yoldaşım 7 ildir məni aldadır. Bu müddət ərzində dəfələrlə başqa adamlarla görüşərək cinsi münasibətə girib. Prosesə qıızm da şahidlik edib. Hətta bir neçə dəfə qızımın özünə cinsi əlaqə üçün cəhdlər olunub. Qızım 8 yaşından bunları görsə də kiməsə deməyə qorxub. Özünə qapanıb. Çünki həyat yoldaşım Musayeva Səidə Zakir qızı hər dəfə qızıma atan bilsə səni də öldürər, məni də deyib. Buna görə heç kimə bir şey deməyib. Dəfələrlə intihara cəhdlər edib. Əlini-ayağını kəsib, dərman içib. Ən sonuncu intihara cəhdi bir neçə gün bundan qabaq olub. Özünü oxuduğu Qobu qəsəbəsi Aşağı Güzdək qəsəbəsi Səmidxan Əzizov adına məktəbin ikinci mərtəbəsindən atmaq istəyərkən mühafizəçi tərəfindən xilas olunub. Biz Türkiyəyə köçəyimizi planşaldırdığımız üçün qızımı rəsmi qaydada məktəbdən çıxartmışdıq. Sadəcə baş verən hadisəyə görə gedə bilmədik. Qızım məktəbə ərizəsiz yalnız atestatla geri qayıtmışdı. Ərizə yazması üçün anası məktəbə müraciət etməli idi. Ana evdən getdiyi üçün bu məsələ qalmışdı. Artıq məktəb uşağın psixoloji durumu yerində deyil deyə qəbul etmir", - deyə Mahir Musayev qeyd edib.

Şikayətçinin iddiasına görə, sentyabrın 16-i məsələ ilə bağlı həyat yoldaşı ilə danışıb və bundan sonra xanım evini tərk edib. Bununla bağlı Musayev 18-ci Qobu polis bölməsinə həyat yoldaşımın tapılması xahişi ilə müraciət edib. Məsələmə baxılmır.

Mahir Musayev iddia edir ki, onun ərizəsinin baxılmamasına səbəb həyat yoldaşının ailəsinin "kriminal aləm"lə bağlı qohumlarının olması ola bilər.

" Həmin qohumları bir neçə dəfə mənə zəng edərək ölümlə hədələyib. Daha sonra izahatımı geri götürməyim üçün pul təklif edilib. Bir dəfə də evimə basqın olunub. Uşaqlarım və mən təhlükədəyik. Dövlətdən sığınacaq istəyirik. Sentyabrın əvvəlində Türkiyəyə getmişdim. İşlərimi qurub ailəmlə bərabər ora köçməli idi. Həyat yoldaşımın bir qohumu tərəfindən xəbər aldım ki, başqası ilə kəbinə girir. Hər şey alt-üst oldu. Ailə,qadın və Uşaq Komitəsinə, Ombusman Aparatına, polisə müraciət etsəm də nəticə olmadı. Ailə, Qadın və Uşaq Komitəsindən bir xanım bildirdi ki, onlara yazılı müraciətdən sonra məsələyə baxıla bilər", - deyə Musayev vurğuladı.

O, həmçinin deyir ki, qızının yaşadığlarına cavab olaraq lazımı tədbirlər görülməsini istəyir. Dövlət başçısından bu məsələni diqqətdə saxlamasını xahiş edir.

Məsələ ilə bağlı Musayevin qızı da atasının dediklərini təsdiqlədi.

"9 yaşımdan olandan anamın başqa adamlarla görüşdüyü zaman yanında olmuşam. Etdiyi hərəkəti atama deyəcəyim halda məni öldürəcəyi ilə qorxudurdu. Anam atamın dayısı gəlininin qardaşı ilə daha ciddi münasibətdə olub. Amma başqa adamlarla da elə-belə görüşürdü. Bir dəfə Ağdaşda bibimin əmisinin qaynı ilə görüşmüşdü. Adını çəkdiyim hər iki şəxs tərəfindən mənə qarşı da zorakılığa cəhdlər edilib. Dəfələrlə intihara cəhd etmişəm. Anam hər dəfə məni tozsoran çubuğu ilə döyürdü, bəzən isə dişləyirdi. Çox qorxurdum. Atama deməyə bir neçə dəfə cəhd etsəm də deyə bilmirdim.Düşünürdüm necə olsa anamdır. Bu yay atam bildikdən sonra ona gördüklərimi danışdım. Özümü çox yüklü adam kimi hiss edirəm. Yaşadıqlarımı daşıya bilmirəm. Çıxış yolumu hər dəfə intihar etməkdə görürdüm. Düşünürdüm günahkar mənəm və ölməklə canımı qurtara bilərəm", deyə Günay Əliyeva bildirdi.

Mahir Musayevin qızının təhsil aldığı Qobu rayonu Aşağı Güzdək qəsəbəsi Səmidxan Əzizov adına məktəbin müəllimlərindən biri isə bildirdi ki, qıza çox qısa zamanda dərs deyibi və uşaq çox sakit, savadlı və ağıllı bir şagird kimi yadda qalıb.

Müəllimə həmçinin sorğumuz barədə direktora deyəcəyini və direktorun bizimlə əlaqə saxlayacağını söylədi.

Eyni nömrədən zəng edərək özünü Xuraman müəllimə kimi təqdim edən xanım ( Güzdək qəsəbəsi Səmidxan Əzizov adına məktəbin direktoru Xuraman Kərimova olduğundan xanımın direktor olduğunu ehtimal etmək olardır, - red.) isə boş-boş şeylərə görə onları narahat etməməyimizi xahiş edərək bir də narahat edəcəyimiz təqdirdə bizdən polisə şikayət etməklə bizi təhdid etdi.

İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat katibi Emil Şahzadə anews.az-a açıqlamasında onlara bu məsələ ilə bağlı müraciətin daxil olduğunu təsdiqlədi. Bildirdi ki, ombudsman tərəfindən bu məsələ araşdırlaraq aiddiyatı üzrə yönləndirilib.

Daxili İşlər Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev anews.az-a açıqlamasında DİN-ə bununla bağlı şikayət olduğunu təsdiqlədi.

"Hazırda daxil olmuş şikayətlər üzrə zəruri prosesual tədbirlər icra olunur. Vətəndaşın şikayətinə baxılmaması iddiaları əsassızdır. Ortada qarşılıqlı şikayət var. Şahid və adı hallanan şəxslər dindirilir.Araşdırmanın nəticəsindən asılı olaraq hüquqi qiymət veriləcək", deyə DİN sözçüsü qeyd edib.

Məsələyə münasibətini almağa cəhd etsək də Mahir Musayevin həyat yoldaşı ilə əlaqə qura bilmədik. Amma açıqlama verəcəyi təqdirdə onun da mövqeyini verməyə hazır olduğumuzu bildiririk.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 5803   Tarix: 13 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş (FOTO)

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyət

12 noyabr
.

Fəhmin Hacıyevin həyat yoldaşı vəfat etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki üz verib. -a istinadən xəbər verir ki, Fəhmin Hacıyevin xanımı Laləzar Hacıyeva uzun illər sürən ağır xəstəlikdən sonra bu səhər dünyasını dəyişib. Məlumat sosial şəbəkədə yayılıb. Allah rəhmət eləsin!. Qeyd edək ki

12 noyabr
.

Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, proses çərçivəsində ümumilikd

11 noyabr
.

Teymur Musayevə yeni vəzifə verildi

Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib. "Qafqazinfo" xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev təyin olunub. Qeyd edək ki, bu təyinatadək Nazirlə

12 noyabr
.

Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd

12 noyabr
.

Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək

Noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzr

12 noyabr