Rəşad Dağlının dostunu güllələyən şəxsə hökm oxunub

Rəşad Dağlının dostunu güllələyən şəxsə hökm oxunubBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Tural Nağıyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Sonxeber.az "report"a istinadən xəbər verir ki, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, T.Nağıyev 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2019-cu ilin dekabr ayının 22-də saat 23:50 radələrində Yasamal rayonu, Şərifzadə küçəsində 67A nömrəli evin qarşısında naməlum şəxs "Niva" markalı avtomobilə atəş açıb.

Nəticədə həmin vaxt maşında olan 1989-cu il təvəllüdlü Muradov Zülfü İlqar oğlu və 1984-cü il təvəllüdlü Bağıyev İlkin Gülhüseyn oğlu yaralanıb.

Z.Muradov sinəsindən, İ.Bağıyev isə bud nahiyəsindən yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Bakı Şəhər Baş Polis İdarəsinin (BPİ) Cinayət Axtarış İdarəsi və Yasamal Rayon Polis İdarəsi Cinayət Axtarış Şöbəsi əməkdaşlarının birgə keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərilə ictimai təhlükəli əməli törətməkdə şübhəli bilinən 1983-cü il təvəllüdlü, əvvəllər məhkum olunan T.Nağıyev tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Yasamal rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi açılıb.

Xatırladaq ki, güllələnən Z.Muradov tanınmış meyxanaçı Rəşad Dağlının dostudur. O, xəstəxanadan çıxandan sonra həbs edilib.

Ona qarşı külli miqdarda narkotik vasitə əldə etmə və satma maddəsi ilə ittiham irəli sürülüb və 6 il müddətinə azadlıqdan məhrum edilib.


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 2184   Tarix: 13 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Eyni binada mənzillərin qiyməti niyə kəskin fərqlənir? - EKSPERTDƏN AÇIQLAMA

Eyni binada yerləşən mənzillərin qiymətləri arasında bəzən ciddi fərqlər müşahidə olunur. Bu fərqə mənzilin yerləşdiyi mərtəbə, sahəsi, otaqların planlaşdırılması, təmiri, mənzərəsi, günəş işığı alması, binanın infrastrukturu və sənədləşmə vəziyyəti kimi amillər təsir edə bilər. Lakin bəzi hallarda oxşa

11 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Əhalininin nəzərinə - Noyabrın 15-dən start veriləcək

Azərbaycanda 2026-2027-ci illər üzrə istilik mövsümü noyabrın 15-də başlayacaq. Mövsüm Bakı şəhəri və respublikanın digər ərazilərində aprelin 15-dək davam edəcək. -in məlumatına görə, bu, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 may 2026-cı il tarixli 128 nömrəli Qərarı ilə təsdiqlənmiş "İstili

11 noyabr
.

Natiq Əliyevin qızından şikayətçi olan da general imiş (FOTO)

Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub. "Qafqazinfo"ya istinadla xəbər verir ki, Türkərdən şikayət edənlərdən biri Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyət

12 noyabr
.

Fəhmin Hacıyevin həyat yoldaşı vəfat etdi

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının keçmiş komandanı Fəhmin Hacıyevə ağır itki üz verib. -a istinadən xəbər verir ki, Fəhmin Hacıyevin xanımı Laləzar Hacıyeva uzun illər sürən ağır xəstəlikdən sonra bu səhər dünyasını dəyişib. Məlumat sosial şəbəkədə yayılıb. Allah rəhmət eləsin!. Qeyd edək ki

12 noyabr
.

Azərbaycanın bu şəhərində 40-a yaxın bina söküləcək - 2000 AZN kompensasiya...

"Sumqayıt şəhərində istismar müddətini başa vurmuş və qəzalı vəziyyətdə olan yaşayış binalarının mərhələli şəkildə sökülməsi nəzərdə tutulur". -in məlumatına görə, bunu Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc açıqlayıb. Onun sözlərinə görə, proses çərçivəsində ümumilikd

11 noyabr
.

Teymur Musayevə yeni vəzifə verildi

Nazirlər Kabineti yanında uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri dəyişib. "Qafqazinfo" xəbər verir ki, baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, komissiyanın yeni sədri baş nazirin müavini Teymur Musayev təyin olunub. Qeyd edək ki, bu təyinatadək Nazirlə

12 noyabr
.

Polad Həşimovun anasının son durumu (AÇIQLAMA)

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın vəziyyəti açıqlanıb. xəbər verir ki, Sumqayıt Tibb Mərkəzindən -a verilən məlumata görə, 1949-cu il təvəllüdlü şəxsin müalicəsi Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasında davam etdirilir:. "Hazırd

12 noyabr
.

Sabah bu ərazilər üzrə pensiyalar ödəniləcək

Noyabrın 13-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərdə tutulub. xəbər verir ki, bununla bağlı Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb. Bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzr

12 noyabr