Qohum evlilikləri həqiqətənmi qüsurlu uşaq doğuşuna səbəb olur? - ARAŞDIRMA
Qohum evlilikləri tarix boyu nəinki Azərbaycanda, hətta digər ölkələrdə də mövcuddur. Bəs bu, tibbi cəhətdən necə qarşılanır? İcbari tibbi siğortanın hazırladığı fotoda qeyd olunan "Sağlam gələcək naminə qohum nikahlarına "yox" deyək!" şüarı diqqət çəkib. Qohum evliliyi zamanı həqiqətənmi qüsurlu uşaqların doğulması halları baş verir?
Sonxeber.az-ın məlumatına görə, mütəxəssislər bildirirlər ki, əgər yad insanların evliliyi zamanı onların uşaqlarının qüsurlu olması riski 2-4 faizdirsə, qohum evliliklərində bu göstərici 4-8 faizdir.
Yəni, bu risk 2 dəfə artır. Ona görə də qohum evliliyinə qərar verən cütlüklər evlilik öncəsi və hamiləliliyin ilk aylarında genetik araşdırmalar üçün mütəxəssislərə müraciət etməlidirlər. Həmin insanlara ilk öncə "soy ağacı" qurulur. "Soy ağacında" ailədə hər hansı bir anormallıq, əqli cəhətdən qüsur və ölü doğuşların olub-olmadığı dəqiqləşdirilir. Əgər belə xəstəliklərə rast gəlinibsə, deməli, risk artır.
Qohumlar arası evlilik ata soyundan gəldiyi kimi, ana soyundan da gələ bilir. Hər ikisi eyni dərəcədə önəmlidir. Əmi uşaqlarının evliliyi 1-ci dərəcəli qohum evliliyi sayılır. Nəvə evlilikləri isə 2-ci dərəcəli evliliklərdir.
Hər insanda 23 cüt xromosom var. Hər cüt xromosomun biri anadan, digəri atadan gəlir. Xromosomlar DNT-nı formalaşdırır. DNT-nın funksiyalarını müəyyənləşdirən, kodlaşdıran bölümlərinə isə gen deyilir. Qohum evliliklərində zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəlir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur.
Qohum nikahları genetik xəstəlikləri artıran önəmli faktordur. Dünyada qohum evliliklərinin nisbəti 20 faizdir. 8,4 faiz doğulan uşaqlar da bu ailələrin payına düşür. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evlilklərində 9 faizdir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı yad evliliklərə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklərində ən çox rast gəlinən xəstəliklər ağıldankəmlik, göz, qulaq, əzələ-sinir, ürək-damar və şəkər və qan xəstəlikləridir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya kimiləri daha çox yayılıb.
Türkiyədə aparılan sorğuda qohum olan cütlüklərə "İndi belə bir evliliyə razı olardınızmı?" sualı verilib. Onların əksəriyyəti çox peşman oldqlarını bildiriblər.
Aysel Səfərzadə
Sonxeber.az
Telegramda izləyin
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş











Bir şəhər boyda: 1400 ildir böyüyən qəbiristanlıq
Bu bank müştərilərini boğaza yığıb: "Pul hesaba oturmur"
Əməkhaqlarından tutulan vergi 7%-ə ÇATACAQ - Deputatdan AÇIQLAMA
Məktəbli formasında YENİ DÖVR: vahid geyim qaydaları dəyişir - məqsəd nədir?
Sabahdan metronun bu stansiyalarına giriş pulsuz olacaq
Yerdə maqnit qasırğası gözlənilir: Tarix açıqlandı
Namiq Mənanın meyxana dediyi restoranda nə baş verir? (VİDEO)
Sentyabrın 24-də Yer kürəsində nə baş verəcək? - Alimlərdən xəbərdarlıq
Çingiz Qənizadə ilə bağlı məhkəmə başladı - İlk iclasda gözlənilməz gediş: proses təxirə salındı
Bakıda 150-dən çox bina söküləcək - Kompensasiya məbləğləri açıqlandı
Bu avtobuslar sabahdan "Avtovağzal" stansiyasında da dayanacaq - Siyahı
Əfvə düşən yeganə qadın məhbus AZADLIĞA ÇIXDI
Bakıda ətin qiyməti 19 manat oldu
Paytaxtın iki böyük bağı birləşdirildi