Əmizdirən ananı nələr narahat edir?

Əmizdirən ananı nələr narahat edir?Əmizdirmə təbii proses olsa da, onun tənzimlənməsi (xüsusilə ana bunu təzə öyrənməyə başladıqda) anadan xeyli səbir və müəyyən biliklərin olmasını tələb edir.

Əmizdirməyə təzə başlayan anaların əksəriyyəti qorxur ki, ana südü uşağa çatmayacaq və uşaq ac qalacaq. Bu qorxu altında olan anaların bir çoxu uşaqlarını süni süd qarışıqları ilə qidalandırmağa da hazır olurlar ki, təki uşaq ağlamasın, ac qalmasın. Lakin bu böyük səhvdir ki, bunun nəticəsində əmizdirmənin tənzimlənməsi prosesi olduqca çətinləşə bilər.

Əksər hallarda uşağa süd kifayyət edir və ananın narahatçılığı əsassız olur. Bu məqalədə anaları narahat edən və südün kifayət edib-etməməsinə işarə etməyən bəzi məqamlar haqda danışmaq istərdik.

- Ana döşünün dolmasını hiss etmədikdə, bu südün az olmasından xəbər vermir. Anaların əksəriyyəti üçün, uşağı əmizdirməyə başladıqları ilk bir neçə həftədən sonra, döşün dolmasını hiss etməmələri normal hal hesab olunur. Çünki bu zaman ananın orqanizmi sadəcə olaraq uşağın tələbatına uyğunlaşmış olur.

- Ana döşündən çox az miqdarı süd sağa bilsə də, bu uşağın ac qalmasından xəbər vermir. Bir çox analar kifayət qədər süd sağa bilməsələr də, onların körpələri ac qalmırlar və öz çəkilərini normaya uyğun olaraq artırırlar.

- Əmizdirildikdən sonra uşaq ağlayır. Uşağın əmizdirilmədən sonra ağlaması, onun ac qalmasından ola bildiyi kimi, müxtəlif digər səbəblərdən də ola bilər (məsələn, qarnında olan sancılar və s.).

- Uşaq uzun müddət ərzində əmir və ya tez-tez döş istəyir.
Bu heç də bütün hallarda uşağın ac qalmasından xəbər vermir. Nəzərə almaq lazımdır ki, bütün uşaqlar (həmçinin böyüklər də) eyni olmurlar. Körpələrin bəziləri 10-20 dəqiqə əmizdirildikdən sonra ananın döşünü ağızlarından buraxırlar, bəziləri isə ananın döşünü yarım saat və daha çox müddət ərzində əmirlər. Körpənin nə qədər və neçə dəfə əmməsi barədə xüsusi bir göstəriş yoxdur.

- Bəzi hallarda analar belə bir eksperiment aprırlar: ana südü ilə əmizdirildikdən sonra uşağa butulkada süni uşaq qidası ("smes") verirlər. Anaların bir çoxu hesab edir ki, əgər bu zaman uşaq bu qidanı da qəbul etmək istəyirsə, demək o, doymamışdır – ac qalmışdır. Lakin bu, heç də belə deyil! Bu test heç də müsbət və xeyirli hesab olunmur. Çünki son nəticə etibarı ilə, bu üsul, uşaq üçün xeyli dərəcədə əhəmiyyətli və vacib olan ana südü ilə əmizdirilməni poza bilər.

- Bəzi anaları onların südünün göyümtül rəngdə olması narahat edir. Onlar düşünürlər ki, südləri kifayət qədər yağlı və keyfiyyətli deyil ki, bu da uşağın doyması və sağlam inkişafı üçün yetərli olmaya bilər. Ancaq südün bu rəngdə olması onları narahat etməli deyil. Çünki yalnız ilkin ana südü nisbətən yağlı və dolğun sarı rəngdə olur. Daha sonra ananın döşü növbəti mərhələ kimi "keçici" süd (onun rəngi nisbətən açıq sarı olur), daha sonra isə göyümtül rəngdə olan yetkin süd hazırlayır.\saglamolun.az


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1141   Tarix: 16 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Oxşar xəbərlər

.

Azərbaycanda Konstitusiya Günüdür

Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas

12 noyabr
.

General Natiq Əliyevin qızı saxlanıldı (FOTO)

General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə

12 noyabr
.

Bakıda BMW-nin körpüdən aşmasının anbaan görüntüləri

Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində BMW markalı, 10-HH-919 dövlət nömrə nişanlı avtomobilin aşmasının anbaan görüntüləri yayılıb. -ın həmin görüntüləi təqdim edir. 12:58. Nizami rayonu, Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində aşaraq köməkçi yola düşə

11 noyabr
.

Azərbaycançılıq ideyası - milli birliyimizin, dövlətçilik ənənələrimizin və gələcəyimizin əsas təməli

". Azərbaycançılıq ideyası xalqımızın milli kimliyini, tarixi yaddaşını, mənəvi dəyərlərini, dövlətçilik ənənələrini və müstəqillik iradəsini özündə birləşdirən fundamental ideoloji məfkurədir. Bu ideya yalnız milli mənsubiyyətin ifadəsi deyil, eyni zamanda Azərbaycan cəmiyyətinin vahid amal, ümum

12 noyabr
.

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin final günü məlum oldu

"Miss Mister Kids Of Azerbaijan" Uşaq Moda Müsabiqəsinin möhtəşəm final gecəsi noyabrın 30-da keçiriləcək. "Rich Events Group"un layihəsi olan müsabiqənin seçim mərhələsi uğurla başa çatıb. Bu barədə layihənin Təşkilat Komitəsinin sədri Cavid Zamanlı saytımıza açıqlamasında məluma

10 noyabr
.

Maşında musiqiyə qulaq asanlar cərimələnəcək

Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd

12 noyabr
.

Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ

Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə

11 noyabr
.

Astarada mikroavtobus aşdı: 10-a qədər yaralı var

Astarada mikroavtobusun aşması nəticəsində 10-a qədər sərnişin xəsarət alıb. "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Deqədi kəndində baş verib. Kijəbə-Deqədi marşrutu üzrə hərəkət edən mikroavtobus Astara istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və yoldan çıxaraq aşıb

11 noyabr
.

Mehriban Əliyevadan Konstitusiya Günü paylaşımı - Foto

Birinci vitse-prezident Mehriban Əliyeva sosial media hesablarında 12 noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım edib. "Qafqazinfo" paylaşımı təqdim edir:

12 noyabr