"Bu, cənab Prezidentin diplomatik cəbhədəki növbəti qələbəsidir" - Deputatla MÜSAHİBƏ

"Bu, cənab Prezidentin diplomatik cəbhədəki növbəti qələbəsidir" - Deputatla MÜSAHİBƏBu gün Azərbaycanda dövlətin suverenliyini, xalqın azadlığını, möhkəm iradəsini və həmrəyliyini təcəssüm etdirən Müstəqilliyin Bərpası Günü qeyd olunur. Xatırladaq ki, 1991-ci il oktyabrın 18-də Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktını qəbul edib. Artıq bu ilin oktyabr ayının 18-də Azərbaycan Respublikasının müstəqilliyinin bərpa olunmasının 30 ili tamam olur. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Azərbaycan xalqı ötən əsrin əvvəlində müstəqil repsublika qurmuş, 1991-ci ildə isə Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi öz müstəqilliyini bərpa edib. Azərbaycan parlamentinin 15 oktyabr 2021-ci il tarixli plenar iclasında isə "Müstəqillik Günü haqqında" yeni qanun qəbul edilib. Elə həmin gün də Prezident İlham Əliyev tərəfindən "Müstəqillik Günü haqqında" qanun təsdiqlənib. Qanunun təsdiqlənməsi ilə 28 May - Respublika Gününün və 18 Oktyabr - Dövlət Müstəqilliyi Gününün adı dəyişdirilib. Belə ki, mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilib.

Bununla əlaqədar deputat Cavanşir Paşazadə Sonxeber.az-ın suallarını cavablandırıb.

Onuna müsahibəni oxuculara təqdim edirik:

- Cavanşir bəy, 18 oktyabr Azərbaycanda Müstəqilliyin Bərpası Günüdür. Bu barədə fikirlərinizi bölüşərdiniz.

- Bu gün Azərbaycan xalqı olaraq, müstəqilliyimizin bərpasının 30 illiyini qeyd edirik və 1991-ci ildən sonra ilk dəfə bu bayramı öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi keçiririk. İlk olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanın qədim dövlətçilik ənənələrini özündə təcəssüm etdirən Xalq Cümhuriyyəti hökuməti qısa zaman ərzində ilk parlamenti yaradaraq dövlət atributlarını təsis etmiş, dövlət quruculuğu sahəsində mühüm işlər görmüşdü. Belə ki, Azərbaycanın qədim dövlətçilik ənənələrini özündə təcəssüm etdirən Xalq Cümhuriyyəti hökuməti qısa zaman ərzində ilk parlamenti yaradaraq dövlət atributlarını təsis etmiş, dövlət quruculuğu sahəsində mühüm işlər görmüşdü. Məhz 103 il bundan öncə, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyamnəməsi imzalamaqla Azərbaycanın müstəqil ölkə olduğunu bütün dünyaya bəyan etdi. Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində demokratiya ənənələrinin formalaşmasına əhəmiyyətli təsir göstərib.

XX əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana öz dövlət müstəqilliyini bərpa etmək imkanı verdi. Azərbaycan Ali Sovetinin 1991-ci il, oktyabrın 18-də keçirilən növbədənkənar sessiyasında tarixi sənəd - "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında"Konstitusiya Aktı - qəbul edildi. Dövlət müstəqilliyinin bərpası yaranmış tarixi şəraitdən əlavə, həm də Azərbaycan xalqının müstəqillik arzusu və azadlıq mübarizəsi nəticəsində mümkün oldu. Azərbaycanın müstəqilliyi ağır sosial-iqtisadi şəraitdə və xalqımızın ağır sınaqlardan keçdiyi bir dövrdə əldə edildi. 70 il ərzində Azərbaycanın da daxil olduğu Sovetlər Birliyinin dağılması, Ermənistanın ölkəmizə qarşı başlatdığı ərazi iddiaları və elan olunmamış müharibə şəraiti müstəqilliyimizin bərpasına böyük təhlükə törədirdi. Lakin 90-cı illərin əvvələrində Azərbaycan xalqının tələbi ilə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra müstəqilliyi qorumaq və inkişaf etdirmək mümkün oldu. Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub.

Heç kəsə sirr deyil ki, Azərbaycanın sürətli inkişafı və əldə edilmiş nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Məhz cənab İlham Əliyevin prezidentliyi dövründə həyata keçirdiyi uğurlu daxili, xarici siyasət, müasir ordu quruculuğu işləri Azərbaycanı regionun güclü dövlətinə çevirdi.

27 sentyabr 2020-ci il tarixdə başlanan və cəmi 44 gün davam edən Vətən mühariəsində Azərbaycan güclü dövlət olduğunu, düşmənlə yanaşı, bütün dünyaya nümayiş etdirmiş oldu. Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə tarixi ədaləti bərpa edərək möhtəşəm zəfər qazanan Azərbaycan öz qələbəsi ilə regionda və dünyada yeni reallıqlar yaratdı. Yaradılan yeni reallıqlar özlüyündə hər bir məsələyə yanaşma tərzinin yenilənməsi zərurətini meydana çıxarmış oldu. Bunlardan biri də dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zərurətidir. Bu gün Azərbaycan xalqı bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan, dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.

- Cavanşir bəy, oktyabrın 14-15-də Qarabağda, Rusiya sülhməramlılarının olduğu bölgədə qanunsuz erməni silahlı qüvvələri növbəti təxribat törədib. Təxribat zamanı bir hərbi quluqçumuz şəhid olub. Rusiya sülhməramlılarının olduğu yerdə qanunsuz erməni silahlı qüvvələrinin olması ötən ilin noyabrın 10-da imzalanmış üçtərəfli bəyanamənin şərtlərinin açıq aşkar pozulmasdır.

- Rusiya sülhməramlılarının davranışında yaranan narazılıqla bağlı cənab Prezident də çıxışlarında danışıb. Bilirsiniz ki, 60 yaxın erməni terrorçusu bizim hərbçilərimiz tərəfindən saxlanılmışdı. Aparılan istintaq zamanı günahsız olanlar Rusiya sülhməramlılarının iştirakı ilə Ermənistana geri qaytarıldı. İstintaq zamanı cinayəti sübuta yetirilmiş ermənilər barədə cinayət işi açılmış, araşdırmalar davam etməkdədir. Lakin Ermənistan yenə də yalan danışmaqda davam edir, terrorçuları hərbi əsir kimi dünyaya "sırımağa" çalışırlar. Azərbaycanda erməni hərbi əsir yoxdur. Ermənilər növbəti dəfə də beynəlxalq razılaşmanı pozaraq oktyabrın 14-də daha bir təxribata əl atdı və nəticədə də bir hərbi quluqçumuz şəhid oldu. Azərbaycan, hər zaman olduğu kimi, yenə humanist addım atır və problemləri sülh yolu ilə həll etməyə çalışır. Amma Ermənistan humanistliyimizdən istifadə edib, təxribata əl atmağa davam edərsə, yenə də Azərbaycan ordusunun sərt üzü ilə qarşılaşmalı olacaq. Cənab Prezidentin vurğuladığı kimi, "dəmir yumruq" hələ də yerindədir. Ərazi bütövlüyümüzü təhlükəyə atacaq hər hansı təxribata sərt cavab verərək, düşməni yerində otuzdurmaq gücünə malikik. Yaxşı olardı ki, Ermənistan 44 günlük Vətən müharibəsindəki biabırçı məğlubiyyətini unutmasın.

- Qanunsuz erməni silahlı qüvvələrinin təxribatları davam edərsə, Azərbaycan tərəfi geniş anti-terror əməliyyatına başlaya bilərmi?

- Bəli, Qarabağ bölgəsində bu təxribatlar davam edərsə, hər an anti-terror əməliyyatı başlaya bilər. Bəzi diversant qüvvələr təxribatları ilə yenidən müharibənin başlanmasına çalışır. Təbii ki, qanunsuz silahlı qüvvələrin arasında digər ölkələrdən gətirilən terrorçular da var. Heç kəsə sirr deyil ki, mənfur ermənilər tarix boyu başqa ölkələrin torpaqlarında öz dövlətini formalaşdıran millətdir. Təbbi ki, ermənilərə kömək edən qüvvələr də var. Biz ölkəmizə qarşı aparılan hər bir təxribatdan xəbərdarıq. Ermənistan həqiqət və məğlubiyyətlə barışmalıdır. Bu gün hər hansı bir ölkənin torpağını zəbt etmək və 30 il müddətinə işğalda saxlamaq mümkünsüzdür. İllər keçsə də, əvvəl-axır ədalət öz yerini tapır. Necə ki, 2020-ci ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində haqq-ədalət bərpa olundu. Düşünürəm ki, ermənilər təxribatlarına yenə davam edəcəklər. Əlbəttə, bizim adiyyəti qurumlar hər şeydən xəbərdardır və vəziyyəti nəzarətdə saxlayır. Cənab Prezident də hər gün həmin qurumlardan məlumat alır.

Müharibənin bitməsindən 1 il keçir. Artıq erməni xalqının bir hissəsi məğlubiyyətlə barışıb və Qarabağın Azərbaycana aid olduğunu qəbul edir.

- Ermənistanda vahid hakimiyyət olmadığına görə hərə öz tərəfdarlarını toparlayıb, bildiyi kimi davranır. Eləcə də Arayik Harutyunyan. Bilirsiniz ki, Arayik Harutyunyanın Xankəndinə qanunsuz səfərləri davam edir. Lakin bu səfərlərlə bağlı biz Rusiya sülhməramlıları tərəfindən ciddi bir addım atıldığını görmürük.

- Rusiya sülhməramlılarının Arayik Harutyunyanın səfərlərinə reaksiyasız qalmasına mən inanmıram. Ola bilsin ki, mətbuatın və bizlərin bilmədiyimiz məsələlər var. Düşünürəm ki, Arayik Harutyunyanın Xankəndinə səfər etməsinin məqsədi erməni xalqının "gözündən pərdə asmaq"dan ibarətdir. Harutyunyan ölümlə yaşam arasında qalıb. O bizim və erməni xalqının bir hissəsi üçün ölmüş insandır. Sadəcə Arayik Harutyunyan bu səfərləri ilə "diriliyini" sübuta yetirməyə çalışır. Əlbəttə, bu məsələdə Rusiya sülhməramlılarının da səhvi var. Bundan bizim ölkə başçımızın və müvafiq dövlət orqanlarının xəbəri var. Hesab edirəm ki, zamanla bütün problemlər öz həllini tapacaq. Önəmli olan bu gün bizim ərazi bütövlüyümüzü bərpa etməyimizdir. Yerdə qalan digər problemlər zamanla öz həllini tapacaq.

- Cavanşir bəy, bu məsələdə Moskva görüşünün bir müsbət təsiri olacaqmı?

- Moskva görüşü bizim üçün əhəmiyyətlidir. Bilirsiniz ki, Rusiya 10 noyabr bəyanaməsinin imzalanmasında aparıcı rol oynayan dövlətdir. Həqiqətən də, Moskva bu məsələyə məhsuldar yanaşır.

- Cavanşır bəy, digər maraqlı məsələ Fransanın mövqeyi ilə bağlıdır. Fransa Qarabağın bərpası üçün maliyyə yardımı ayırıb. Hər zaman Ermənistanı dəstəkləyən Fransanın mövqeyini dəyişməsini Azərbaycanın diplomatik qələbəsi hesab etmək olarmı?

- Artıq dünya güclünün tərəfindədir. Biz öz hərbi gücümüzün hesabına 30 illik işğala son qoyaraq ərazi bütövlüyümüzü bərpa etdik. Dünya yavaş-yavaş reallığı qəbul edir və Azərbaycanı dəstəkləyir. Təbii ki, bütün bunlar cənab Prezidentin bu illər ərzində apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir. 44 günlük Vətən müharibəsində bizə qarşı çıxan Fransa artıq Azərbaycanı dəstəkləyir və Qarabağın bərpasına maddi yardım ayıraraq öz səhvlərini başa düşdüyünü göstərməyə çalışır. Əlbəttə, bu, cənab Prezidentin diplomatik cəbhədəki növbəti qələbəsidir.

Aysel Yusifqızı


Sonxeber.az
Telegramda izləyin
Sosial   Baxılıb: 1473   Tarix: 18 oktyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş


Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasının ilk iclası keçirilib

Yanvarın 16-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin yaz sessiyasında ilk iclası keçirilib. Komitənin sədri Hicran Hüseynova yeni sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik edib və onlara fəaliyyətlərində uğurlar arzulayıb. xəbər ki, komitə sədri, əvvəlcə

16 yanvar
.

Tanınmış şair vəfat etdi (FOTO)

Tanınmış şair, yazıçı Aydın Rəşid vəfat edib. "Yeni Sabah"-a istinadla xəbər verir ki, o, 64 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Aydın Ağasaleh oğlu Rəşidov 1962-ci il iyunun 1-də Bakıda anadan olub. Bədii yaradıcılığa ötən əsrin 80-ci illərində başlayıb. Mətbuatda şeirləri dərc olunub

16 yanvar
.

"Dağlılar Balıq" restoranının fəaliyyəti məhdudlaşdırıldı - SƏBƏB

Bakı şəhərinin Binəqədi rayonu, Novxanı bağları 679 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Niftəliyev Pərviz Şakir oğluna məxsus "Dağlılar Balıq" ictimai iaşə müəssisəsində yoxlama keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki

16 yanvar
.

Füzulidə əmi və qardaşı oğlunun FACİƏLİ ÖLÜMÜ: Maşından meyitləri tapıldı

Füzuli rayonunda avtomobildə yatan əmi və qardaşı oğlu dəm qazından boğularaq ölüblər. -ın əldə etdiyi məlumata görə, yanvarın 15-i Qarabağ kəndində avtomobili işlək vəziyyətdə saxlayıb yatan 1977-ci il təvəllüdlü Bayram Cavan oğlu Hətəmov və onun 1998-ci il təvəllüdlü qardaşı oğlu Vüsal Natiq oğlu Hətəml

15 yanvar
.

Bakının 7 rayonunda söküntü olacaq: Hansı ərazilər plana düşüb? (VİDEO)

Bakının 7 rayonunda söküntü işləri planlaşdırılır. Artıq bəzi ünvanlar da bəllidir. Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc söküntüsü nəzərdə tutulan ərazilərlə bağlı məlumat verib. O deyib ki, Binəqədi rayonunda İsrafil Həşimov küçəsi 205, 2-ci mədən küçəsi, Sabunçu rayonunda Səmə

16 yanvar
.

Cənubi azərbaycanlı tələbələr bir həftədir ailələrindən xəbər ala bilmirlər

Xəbərləri həyəcanla izləyən bu bacılar - Pərəstu və Pərisa Təbrizdəndirlər. Onlar Bakıda təhsil alırlar, lakin İranda internetin məhdudlaşdırılması səbəbindən bir həftədir ki, ailələri ilə əlaqə saxlaya bilmirlər. Ailə həsrəti çəkən bacılar yaşadıqları çətin günləri belə nəql ediblər:. "Mən bi

16 yanvar
.

"Atamın qocalar evinə yerləşdirilməsi ilə bağlı xəbər doğru deyil"

"Atam şərəfli bir ömür yaşayıb. Tərtərdə, Şuşada, Qarabağın digər bir çox ərazilərində döyüşüb". xəbər verir ki, bunu -a açıqlamasında Milli Qəhrəman Şahin Tağıyevin qızı Nigar Tağıyeva deyib. Onun sözlərinə görə, atası 2002-ci ildən İsveçdə yaşayırdı və işləmirdi: "Xəstə idi, iki ildi

16 yanvar
.

Qar yağacaq, 20° şaxta olacaq

Yanvarın 17-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli, axşam isə arabir yağıntılı olacağı gözlənilir. Gecəy

16 yanvar
.

Zakir Quliyev yeni BMW alır

"Regional Su Meliorasiya Xidməti" publik hüquqi şəxsi 3 ədəd "BMW 520i" markalı xidməti nəqliyyat vasitəsi alır. -a istinadla xəbər verir ki, avtomobillərin alınmasına 364 140 AZN sərf olunacaq. "Regional Su Meliorasiya Xidməti" və satışı həyata keçirəcək "İmprote

16 yanvar