Qazilərə əlillik necə təyin olunur? - AÇIQLAMA
Bəzən qazilər onlara əlilliyin dərəcəsinin düzgün verilmədiyini deyirlər. Bununla bağlı onlar hətta sosial şəbəkədə çağırış edirlər. Bəs qazilərə əlillik necə təyin edilməlidir?
Məsələ ilə bağlı Sonxeber.az-a deputat Razi Nurullayev açıqlama verib.
Onun sözlərinə görə, Sosial Müdafiə Nazirliyi bununla bağlı videoçarx hazırlayıb:
"Demək olar ki, hər gün məsələ ilə məşğul oluram və bu sahədə kifayət qədər biliklərə malikəm. Sosial Müdafiə Nazirliyinin hazırladığı çarxda bildirilir ki, hər iki ayağını itirənlərə 1-ci qrup, bir ayağı dizdən yuxarı kəsilənlərə 2-ci qrup, dizdən aşağı ayağı olmayanlara 3-cü qrup əlillik verilir.
Heç kəs bundan imtina edə bilməz. Düşünmürəm ki, hər hansı bir qaziyə əlillik verilməsində imtina olunub. Ola bilsin ki, qazi 2-ci qrup tələb edir, amma ona 3-cü qrup uyğun gəlir.
Bu problemdən yan qaçan qurum artıq cinayət məsuliyyəti daşıyır. Buna görə hətta həbs cəzası verilə bilər. Məncə, müvafiq orqanın məsul şəxsi müharibə iştirakçısına qarşı belə bir hərəkət etməz.
Yanvarın 1-dən yeni qanun qüvvəyə minəcək. Həmin qanuna əsasən, əlillik artıq insan orqanizminin neçə faizinin işləməsinə görə təyin ediləcək. Amma istənilən halda, düşünürəm ki, müharibə iştirakçılarının narazılığını aradan qaldırmaq, şayiələrə, qeyri-dəqiq məlumatlara son qoymaq üçün həmin qurumlara nəzarət edən komissiya yaradılmalıdır. Mətbuat işçiləri, millət vəkilləri və digər nazirliklərin nümayəndələri də komissiyaya daxil edilməlidirlər.
Dediyim kimi, ayağı olmayan adama əlillik verilir. Müharibə iştirakçılarıyla bağlı qanunda isə əlavə Prezident təqaüdü nəzərdə tutulub. Ona görə də, 3-cü qrup əlilliyi olanlara ən az 350 AZN, əgər iş təcrübəsi varsa, əlavə məbləğlə təxminən 480 AZN verilir".
ZAİRA AKİFQIZI
Sonxeber.az
Telegramda izləyin
Sosial Baxılıb: 2516 Tarix: 18 oktyabr 2021
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş
Nazir pensiya artımı ilə bağlı ŞAD XƏBƏR VERDİ
Cari ildə Azərbaycanda inflyasiya gözləntisi və faktiki rəqəm artıq 5,6 % təşkil edir, 10 aylıq məlumatlar əsasında növbəti il üçün proqnozlaşdırılan göstərici isə 5,3 %-dir. report-a istinadən xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə
11 noyabrAzərbaycanda Konstitusiya Günüdür
Bu gün Azərbaycan Respublikasının əsas qanununun - Konstitusiyanın qəbul edildiyi gündür. Ölkə Konstitusiyası 30 il əvvəl - 12 noyabr 1995-ci ildə ümumxalq referendumu vasitəsilə qəbul edilib. Bu, Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra ilk Konstitusiyası idi. Azərbaycan dövlətinin ilk Konstitusiyas
12 noyabrQırmızıbazarda yaxınlığında mina partladı - Yaralı var
İşgaldan azad edilmiş Xocavənd rayonunun Qırmızıbazar kəndi yaxınlığında 11 noyabr tarixində mina hadisəsi baş verib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri məlumat yayıb. Məlumata görə, 1984-cü il təvəllüdlü Bərd
11 noyabr12-13 yaşlı uşaqların erkən münasibətlərə marağı NƏDƏN QAYNAQLANIR?
Son dövrlər yeniyetmələrin, xüsusilə 12-13 yaşlı uşaqların evdən qaçması və erkən yaşda sevgi münasibətlərinə maraq göstərməsi valideynlər və cəmiyyət arasında narahatlıq yaradır. Bu davranışların arxasında ailədaxili münaqişələr, valideynlərlə ünsiyyətin zəif olması, diqqət və sevgi ehtiyacının qarşılanmaması
12 noyabrYerə zibil atanlar 10 min manatadək cərimə olunacaq
Torpaqları tullantılarla zibilləndirən, çirkab sularla çirkləndirən və münbit qatını korlayan şəxslər minlərlə manat cərimələnə bilər. Trend-ə istinadla xəbər verir ki, hüquqi şəxslər üçün cərimənin məbləği 10 min manata qədər yüksəlir. Belə ki, torpaqların, o cümlədən meşə fondu torpaqlarının tullantılarl
10 noyabrGeneral Natiq Əliyevin qızı saxlanıldı (FOTO)
General-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva saxlanılıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, general qızı xüsusilə külli miqdarda dələduzluqda və nüfuz alverində şübhəli bilinir. İttihama görə, Türkər Əliyeva torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə bir nəfərdə
12 noyabrQəfil vəfat edən vəzifəli şəxs bacısı oğlunun toyuna hazırlaşırmış
Cahangir Alıyevin ölümü ilə bağlı bəzi məqamlar üzə çıxıb. -a istinadən xəbər verir ki, bu günlərdə 44 yaşlı məmurun bacısı oğlunun toyu olacaqmış. Bu məqsədlə, o, Bərdənin Soğanverdilər kəndinə - bacısıgilin yaşadığı evə gedib. Orada özünü narahat hiss edən C.Alıyev daha sonra öz evinə yollanıb, laki
11 noyabrMaşında musiqiyə qulaq asanlar cərimələnəcək
Gecə saatlarında avtomobillərdə yüksək səslə musiqi dinlənilməsi, eləcə də mənzillərdə səsin həddindən artıq artırılması sakinlərin narahatlığına səbəb olur. Xüsusilə gecə istirahət etmək istəyən insanlar bu cür hallarla tez-tez qarşılaşırlar. -a istinadən xəbər verir ki, Azərbaycanda gecə saatlarınd
12 noyabr